/ / Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rusiyalı həmkarı Sergey Narışkinlə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə edib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rusiyalı həmkarı Sergey Narışkinlə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə edib
11.06.2011 [09:50]
RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin görüşdə deyib ki, Rusiyada Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edirlər. O deyib: “ölkələrimiz arasında əməkdaşlıqdan çox məmnunuq. İqtisadi sahədə qarşılıqlı əlaqələrimiz dinamik inkişaf edir. Beynəlxalq məsələlər barəsində mövqelərimiz oxşardır, bəzən isə tamamilə üst-üztə düşür. Rusiya və Azərbaycan humanitar məsələlərə böyük əhəmiyyət verirlər. Bu, çox geniş sahədir, əslində ölkələrimizin prezidentləri tərəfindən dəstəklənmiş Bakı Humanitar Forumu ideyası da bunun sayəsində yaranmışdır”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dəvət üçün S.Narışkinə təşəkkürünü bildirərək qeyd edib ki, Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi təşəbbüsü iki ölkənin prezidentlərinə məxsusdur. “Azərbaycanda biz bu məsələyə çox diqqətlə və böyük məsuliyyətlə yanaşırıq. Bu, çox ciddi tədbirdir və biz buraya yeni konkret təkliflərlə gəlmişik”, - deyə vurğulayan R.Mehdiyev bu forumun Təşkilat Komitəsinin Bakıda Sergey Narışkinin iştirakı ilə keçirilmiş iclasını, həmin iclasın gündəliyinə daxil edilmiş çoxsaylı məsələnin müzakirə edilməsini xatırladıb. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri daha sonra deyib: “İndi nəzərdə tutulanları həyata keçirmək lazimdır. Fikrimizcə, bu forum təkcə mədəniyyət, iqtisadiyyat sahəsində deyil, bütövlükdə humanitar problemlər üzrə Moskva ilə Bakının əməkdaşlığının inkişafını göstərən çox əlamətdar forum olacaqdır. Zənnimizcə, bu, iki müstəqil dövlətin qarşılıqlı fəaliyyətinin yaxşı göstəricisi olacaqdır”.
Ramiz Mehdiyev onu da qeyd edib ki, foruma təkcə Rusiyadan deyil, bütün dünyadan çoxlu tanınmış insanlar gələcək: “Qərb dövlətləri, o cümlədən Avropa ölkələri həmin forumda iştirak etmək üçün öz sifarişlərini artıq təqdim ediblər. Bir sözlə, dünyada bu foruma çox böyük maraq var. Xoşagələn haldır ki, forum hər cəhətdən inkişaf edən Azərbaycanda keçirilir. Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, mədəni baxımdan da inkişaf edir. Bakı forumu bir daha təsdiq edəcəkdir ki, Rusiya və Azərbaycan arasında humanitar sahədə qarşılıqlı əlaqələr beynəlxalq səviyyəyə yüksəlir”.
Sonra hər iki ölkənin prezident administrasiyalarının rəhbərləri görüşü forumun Təşkilat Komitəsinin üzvlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriblər. Sergey Narışkin görüşü açaraq qeyd edib ki, Moskva görüşünün məqsədi hər iki ölkənin işçi qrupları tərəfindən işlənilmiş məsələlərin hazırlıq dərəcəsini müəyyənləşdirmək və onları müzakirə etməkdir. O, xüsüsi vurğulayıb: “Humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığın mühüm tərkib hissələrindən biridir. Tərəfdaşlıq münasibətləri isə həqiqətən strateji münasibətlər kimi qiymətləndirilir”.
Ramiz Mehdiyev əlavə edib ki, artıq yarım ildir bu hadisəyə hazırlıq gedir və Azərbaycan bu məsələyə böyük məsuliyyətlə yanaşır. R.Mehdiyev deyib: “İndi hazırlığın ikinci mərtəbəsi başlanmışdır. Onu daha məsuliyyətli mərhələ kimi səciyyələndirmək olar. Bugünkü müzakirələr forumun keçirilməsinə hazırlıqda sonuncu olmasa da, həlledici məqam olacaqdır. Bu təşəbbüs Azərbaycan və Rusiya prezidentlərinə məxsusdur və bu, işçi qrupun üzərinə daha böyük məsuliyyət qoyur”.
Təşkilat Komitəsinin iclasının işində Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, RF XİN -in, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri və başqaları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

