Region üçün nümunə olan Azərbaycan-Gürcüstan münasibətləri
12.04.2023 [10:37]
Mübariz ABDULLAYEV
Azərbaycanın milli maraqlar üzərində qurulan uğurlu multiregional siyasətində qonşularla münasibətləri xüsusi yer tutur. Ölkəmizin qonşu dövlətlərlə fəal dialoqu xoş mərama əsaslanır. Belə ki, respublikamız öz imkanlarını təqdim etməklə regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızın qısa müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri quruduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Bu gün iki ölkə arasında münasibətlər bütün region üçün nümunə sayıla biləcək səviyyədədir.
Yeni ənənələr
Azərbaycan və Gürcüstan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Hər iki xalq bir-birinin qonşusu olmağı özləri üçün xoşbəxtlik sanır və bunu qorumağa çalışır. Bugünkü yüksəksəviyyəli dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. İki ölkənin yüksəksəviyyəli rəsmilərinin qarşılıqlı səfərləri müntəzəm xarakter alıb. Azərbaycandan olan qonaqlar Gürcüstanda, Gürcüstandan olan qonaqlar isə Azərbaycanda həmişə duz-çörəklə qarşılanır və özlərini evlərindəki kimi hiss edirlər. Ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Dövlətimizin başçısı işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub. Sərgi ilə tanışlıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı müttəfiqlik səviyyəsinə qalxan münasibətlərimizin yalnız ölkələrimiz və bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığına diqqət çəkmişdi. Aradan cəmi bir neçə ay ötəndən sonra – aprelin 7-də isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə işgüzar səfərə gəlib. Bu, 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri olandan sonra İ.Qaribaşvilinin ölkəmizə sayca 3-cü səfəridir. Bundan əvvəl o, 2021-ci il mayın 5-də Azərbaycana rəsmi səfər və 2021-ci il sentyabrın 29-da isə işgüzar səfər etmişdi. Budəfəki səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Əlamətdar haldır ki, son dövrlər Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Buna misal olaraq cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası göstərmək olar.
Azərbaycanla Gürcüstan arasında tarixi bağlılığa əsaslanan münasibətlərdə yeni ənənələrin yaranması da məmnunluq doğurur. Artıq iki ölkənin yüksək səviyyəli rəsmiləri yalnız paytaxtlarda deyil, həm də regionlarda görüşürlər. Prezident İlham Əliyev aprelin 7-də mətbuata verdiyi Bəyanatında bunu yüksək dəyərləndirərək vurğulayıb: “Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız. Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir”.
Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfə
Azərbaycan və Gürcüstan arasında siyasi dialoqun dinamizminə uyğun olaraq iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. 2004-cü ildən etibarən fəaliyyət göstərən İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və sonuncu, 9-cu iclası ötən il dekabrın 15-də Tbilisidə keçirilib. Bu məqsədlə Azərbaycanın Baş naziri Əli Əsədov 2022-ci il dekabrın 14-15-də Gürcüstana işgüzar səfər edib.
İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. 2022-ci ildə Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-fevral aylarında ikitərəfli ticarət dövriyyəsi 172 milyon dollar olub. Ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır. Ümumiyyətlə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Belə ki, Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya edilib.
Enerji dialoqu iki ölkənin iqtisadi sahədə əməkdaşlığının mühüm istiqamətini təşkil edir. Hazırda Azərbaycanın beynəlxalq səviyyəli şirkəti olan SOCAR respublikamızı qardaş ölkədə yüksək səviyyədə təmsil edir. SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlayıb. İndiyədək Azərbaycan şirkəti dost ölkədə müxtəlif layihələrin reallaşdırılmasına 1,5 milyard dollardan çox investisiya yönəldib və minlərlə yeni iş yeri yaradıb. SOCAR Gürcüstana təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsüdür. Gürcüstandakı Kulevi Neft Terminalı Azərbaycan şirkətinə məxsusdur. Buradan Azərbaycanın neft və neft məhsullarının dünya bazarlarına daşınması həyata keçirilir. Bundan başqa, SOCAR-ın törəmə müəssisələri qonşu ölkədə qazpaylayıcı və yanacaqdoldurma məntəqələri şəbəkələrinin genişləndirilməsi ilə məşğuldur. İndiyədək SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkib. Hazırda Azərbaycan şirkəti dost ölkədə 830 mindən çox abonenti təbii qazla təmin edir.
Eyni zamanda, Azərbaycanın və Gürcüstanın yüksək dinamikaya malik enerji dialoqu Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək. Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, ölkəmizdən 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqli planlaşdırılır. Burada tranzit ölkə olan dost Gürcüstan da öz öhdəliklərini yüksək səviyyədə həyata keçirir. Bu ölkə Azərbaycanın moderatorluğu ilə reallaşdırılan regional və qlobal əhəmiyyətli enerji layihələrinin fəal iştirakçısıdır. “Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Gələcəkdə Azərbaycanla Gürcüstan arasında enerji dialoqu daha da genişlənəcək. 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu Saziş yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi ilə bağlı zəncirin ən vacib halqalarından biridir. Mühüm əhəmiyyətə malik bu sənəd hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.
Nəqliyyat sektorunda əməkdaşlıq
Nəqliyyat sektoru uğurla genişlənən Azərbaycan-Gürcüstan əlaqələrinin çox mühüm sahəsidir. Hər iki ölkədə tarixi İpək yolu üzrə müasir infrastrukturun qurulması daşımaların artmasına müsbət təsir göstərir. İndiki geosiyasi reallıqlar fonunda Avrasiyada Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq yaranıb. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə inşa olunan BTQ 2017-ci ildə istifadəyə verilib. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Avropa ilə Asiya arasında ən qısa bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Artan maraq BTQ-nin genişlədirilməsinin zəruriliyini gündəmə gətirib. Perspektivdə bu nəqliyyat infrastrukturunun ötürücülük imkanlarının 5 milyon tona çatdırılması nəzərdə tutulur.
Ötən il Azərbaycanla Gürcüstan arasında yükdaşımaların həcmi 70 faizdən çox artıb. Prezident İlham Əliyev getdikcə artan tələbatı qarşılamaq məqsədilə əlavə tədbirlər görüləcəyini diqqətə çatdırararq vurğulayıb: “Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır”.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

