İranda yeni hicab qadağaları
21.04.2023 [11:40]
Təxminən 44 il bundan əvvəl Avropadan, daha dəqiq desək, Fransadan qonşu İrana əvvəlki rejimin süqutu ilə nəticələnən inqilab ixrac olundu. Başlanğıcda yeni rejimə inam və ümid böyük idi. Kütləvi şəkildə küçələrə çıxaraq inqilabı və onun liderlərini dəstəkləyən insanlar həyatlarının dəyişəcəyinə, bəşər sivilizasiyası ilə bir araya sığmayan qadağaların aradan qaldırılacağına əminliklərini ifadə edirdilər. Ancaq gözləntilər özünü doğrultmadı. Çox keçmədi ki, sular duruldu. Məlum oldu ki, yeni rejim əvvəlki hakimiyyətlə müqayisədə daha mühafizəkardır və demokratik məzmunlu islahatlara getmək niyyətində də deyil. Ötən 44 ildə rejim ölkəni məhz qadağalarla idarə edib. Xarakterik haldır ki, illər ötdükcə qadağaların əhatə dairəsi genişlənib və daha da sərtləşdirilib. Daha sərt qadağaların tətbiqində məqsəd isə hakimiyyətin səriştəsizliyini, ölkənin təcrid vəziyyətinə düşməsini və inkişafdan geri qalmasını cəmiyyətdən gizlətmək, eyni zamanda, etirazların qarşısını almaq olub. Mollakratiyanın bütün etirazları “beşikdəcə boğmaq” siyasəti hazırda da davam edir.
Rejimin “icadı”- hicab taxmayanlar elektron qaydada izlənəcəklər
Təxminən yeddi aydır ki, İranda davam edən etirazlar fonunda bu ölkədən hicab taxmayan qadınlara qarşı yeni mübarizə üsulunun tətbiq edildiyinə dair məlumatlar gəlib. Bildirilir ki, aprelin 15-dən etibarən ölkədə texniki vasitələr - vebkameralar vasitəsilə qadınlara hicab geyindirmək uğrunda ciddi tədbirlərin görülməsinə başlanıb. İranın hicabdan dönməməsi məsələsində cərimə və cəzalar əsas vasitə olaraq qalır: Belə ki, hicabsız qadınlara qarşı bəzi sosial xidmətlərdən məhrumetmə, sürücülük vəsiqəsinin ləğvi, internetdən istifadəyə qadağa qoyulması, pasportun ləğvi, avtomobilin cərimə meydançasına aparılması, ictimai iaşə və mağazaların plomblanması, 500-300 min tümən cərimə, işlərin məhkəməyə göndərilməsi və s. kimi cəza tədbirləri nəzərdə tutulub. Mübarizənin birinci gününün yekunu haqqında hesabatda deyilir ki, artıq qanunu pozanlara 3500 SMS göndərilib, 155 mağaza, restoran, bağ zalı (salonu) plomblanıb, bir neçə iş isə məhkəməyə göndərilib.
Xatırladaq ki, İranda hicab 1979-cu il İslam inqilabından sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib. Ancaq qadınlar illər boyu bu qaydanın hüdudlarından kənara çıxmağa çalışıblar. Qığılcımın alova çevrilməsi üçün zəruri olan məqam yetişdi.13 sentyabr 2022-ci il İranın tarixində yeni bir səhifənin açıldığı gün kimi qalacaq. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Əxlaq polisi indiyədək saysız-hesabsız belə həbslər həyata keçirmişdi. 22 yaşlı gəncin həbsi də heç nə ilə diqqəti çəkməyəcəkdi. Ancaq bu həbs İranın siyasi rejimi üçün bir əcəl zənginə çevrildi. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Artıq həmin tarixdən yeddi aydan çox vaxt ötsə də, etirazlar səngimək bilmir.
Qeyd edək ki, getdikcə genişlənən etirazların müəyyən mərhələsində rejim hicab qadağalarına münasibətdə loyal yanaşmaya keçid edən kimi göründü. Belə ki, İrandan rejimin hicab qadağalarını yumşaltması ilə bağlı xəbərlər gəldi. Bu barədə ölkənin ali dini rəhbəri Əli Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı danışdı. Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz. “Hicab İslamdan doğan zəruri şəriət məsələsidir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şəkk və şübhə yoxdur. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz. Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib.
Ancaq İranda aprelin 15-dən başlayaraq hicab uğrunda daha sərt qadağaların tətbiqinə başlanılması qadınların baş örtüyü məsələsinin hakimiyyət üçün qırmızı xətt olduğunu deməyə əsas verir. Rejimin loyallıq görüntüsü yaratması əslində, etirazları səngitmək məqsədilə edilən saxta bir gediş olub. Bu gediş nəticə vermədikdə mollakratiya zərif cinsin təmsilçilərinə qarşı yenidən əzələ nümayişi metoduna geri dönüş edib.
Qadın hərəkatına qarşı qisas əməliyyatı
İranda yeddi aydan çoxdur ki, davam edən və rejimin ideoloji əsaslarını sarsıdan etirazlar qadın hərəkatı fonunda başlayıb. Ölkədə qadın hüquqları zəminində başlayaraq sözün əsl mənasında inqilaba çevrilən hərəkatın İran rejiminin sonunu yaxınlaşdırdığı artıq etiraf olunur. Ötən 44 il ərzində İran mollakratiyanı bu qədər sarsıdan və laxladan bir etiraz dalğasına şahidlik etməyib. Etirazlar genişləndikcə, yeni şəhərləri, vilayətləri əhatə etdikcə, rejimin zərif cinsin təmsilçilərinə qəzəbi və nifrəti də artır. Yüzlərlə qadının repressiyalara məruz qalmaları, həbsə alınmaları, edam olunmaları zərif cinsin nümayəndələrinin gözünü qorxutmur, əksinə onlar gələcək nəsillərin rejimin diskriminasiyalarına məruz qalmamaları üçün daha böyük fədakarlıqla mübarizəni davam etdirirlər. Bu da aqoniya halında olan hakimiyyətin qadınlara qarşı kin və küdurətini daha da alovlandırır. Qadın hərəkatının genişlənməsi ilə rahatlığını itirən və sonunun gəldiyini düşünən siyasi hakimiyyət zərif cinsin nümayəndələrinə qarşı qisas əməliyyatlarını ən müxtəlif formalarda həyata keçirir. Belə çirkin vasitələrdən biri də gənc qızların kütləvi şəkildə zəhərlənməyə məruz qalmalarıdır. KİV-də bununla bağlı kədərli statistika dərc olunur. Zəhərlənənlərin böyük əksəriyyəti məktəbli qızlardır. Onlarla yeniyetmə qız tənəffüs problemi, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi simptomlarla xəstəxanalara yerləşdiriliblər. İranın dini mərkəzi sayılan Qum şəhəri qızların kütləvi zəhərlənməsinin episentri sayılır. İlk zəhərlənmə hadisəsi 30 noyabr 2022-ci il tarixində Qumdakı Nur Texniki Liseyində qeydə alınıb.
Nə qədər rəzil və mənəvi cəhətdən kasad olmalısan ki, bu yolla qisas almaq barədə düşünəsən. Belə görünür ki, rejimin təmsilçilərinin bütün mənəvi dəyərləri aşınıb. Əks halda məktəblərdə, liseylərdə gənc qızların məqsədli şəkildə zəhərlənmələrini hansı məntiqlə izah edəsən?
Yeni kütləvi zəhərlənmələr
Mollakratiya ölkə boyunca qadınlara qarşı terror siyasətinə ara vermir. İrandan gələn məlumatlarda bildirilir ki, ölkədə indiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox tələbənin zəhərləndiyi hallar Novruz bayramının bitməsi ilə yenidən start götürüb. İran dövlət televiziyasının xəbərinə görə, Heftkel Sağlamlıq və Müalicə Mərkəzinin rəhbəri Maziyar Mövlayi Xuzistan əyalətinin Heftkel şəhərində tələbələrin zəhərlənməsi ilə bağlı açıqlama verib.
Mövlayi bildirib ki, şəhərdəki Hacer Liseyində bəzi şagirdlərin səhhətinin pisləşdiyi xəbərini aldıqdan sonra təcili tibbi yardım qrupları sözügedən məktəbə gedib, bəzi qız şagirdlər isə xəstəxanaya aparılıb. Sağlamlıq qruplarının, eləcə də valideynlərin öz imkanları ilə şagirdləri xəstəxanaya apardığını qeyd edən Mövlayi, sözügedən hadisədə 66 qız şagirdin müalicə olunduğunu bildirib.
Eyni zamanda, Təbriz, Urmiya, Kərəc və digər şəhərlərdəki məktəblərdə də şagirdlər zəhərlənib.Yayılan məlumatlarda bildirilir ki, şagirdlər kimyəvi qazdan zəhərləniblər. Qeyd edilir ki, Təbrizdə hadisədən xəbər tutan valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər.
Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməmələrinə etiraz ediblər. Hadisə ilə bağlı rəsmi açıqlama verilmir. Eyni zamanda, zəhərlənən şagirdlərin sayı açıqlanmır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

