Ermənistanın növbəti hərbi təxribatı...
12.05.2023 [10:10]
Nəyə hesablanıb?
Nardar BAYRAMLI
Hazırda Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik danışıqlar intensivləşib. Lakin bu məqsədlə keçirilən hər görüş ərəfəsi və sonrası erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bu dəfə isə hər iki ölkənin xarici işlər nazirlərinin 1-4 may tarixlərində ABŞ-da keçirilən görüşündən sonra, mayın 14-də isə Brüsseldə liderlərin görüşü ərəfəsində Ermənistan hərbi təxribata əl atıb. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 10-u axşam və 11-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Erməni tərəfi iriçaplı silahlardan və minaatanlardan istifadə edib. Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. “Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Müdafiə Nazirliyinin digər bir məlumatında isə Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölm ələrinin aktivliyinin müşahidə edildiyi vurğulanıb.
Hadisəyə Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Qeyd olunub ki, Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır: “Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirilməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub. Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”. XİN bəyan edib ki, vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan özünün məzlum obrazını yaratmaqla məşğuldur
Ermənilərin bu təxribatları hansı məqsədlərə hesablanıb? Məsələ ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan tərəfinin vacib görüşlər öncəsi təxribatlar törətməsinin dəfələrlə şahidi olmuşuq. Mayın 14-də Brüsseldə yüksək səviyyədə görüş keçiriləcək. “Ermənistanın məqsədinin hərbi təxribatla Azərbaycanın cavab reaksiyasına nail olaraq, görüş öncəsi özünü zərərçəkmiş kimi təqdim etməkdən ibarət olduğunu düşünürəm. Ermənistan özünün məzlum obrazını yaratmaqla məşğuldur. Rəsmi İrəvan bununla müzakirələr masası arxasında siyasi xal qazanacağını və Azərbaycana qarşı hansısa mövqe formalaşdıra biləcəyini düşünür. Azərbaycan isə hər zaman nümayiş etdirir ki, qarşı tərəfin həm hərbi, həm də siyasi təxribatlarının qarşısını almaq iqtidarındadır. Ermənistanın son təxribatının qarşısını da qətiyyətli şəkildə aldıq”, - deyən deputatın fikrincə, sərhəddə baş verən təxribatlar Ermənistanın sülhə maraqlı olmadığını göstərir.
E.Mirbəşiroğlu qeyd edib ki, təxribatlar Ermənistana heç nə qazandırmır. Əksinə, ötən zaman ərzində biz gördük ki, Azərbaycan bütün təxribatların qarşısını almaqla yanaşı, öz mövqelərini möhkəmləndirir. Ermənistanın təxribatları özünə zərər yetirir. Digər tərəfdən, İrəvan bununla aşkar şəkildə nümayiş etdirir ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil. Azərbaycan məsələni dinc yollarla həll etməyə çalışır və səmimi mövqe nümayiş etdirir. Amma Ermənistan bizi öz haqlı məqsədlərimizə çatmaq üçün hərbi komponentləri ümumi strategiyamıza qatmağa vadar edir. Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, Ermənistan Xankəndidə separatçıların silahlandırılması istiqamətində cəhdlər edirdi. Belə olan halda biz Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurduq. Bu da beynəlxalq hüquq normalarına uyğundur. BMT-nin nizamnaməsi hər dövlətin özünə qarşı təhlükəni aradan qaldırmaq hüququnu təsbit edib.
Millət vəkili hesab edir ki, Ermənistanın yaratdığı gərginlik üçüncü qüvvələrin regiona cəlb olunmasına hesablanıb: “ Hesab edirəm ki, Ermənistanın davranışları həm də kənar güclərin regionda mövcudluğuna hesablanıb. Lakin bunlar heç bir nəticə vermir. Azərbaycan həm hərbi, həm siyasi mənada mövqelərini gücləndirməkdədir. İtirən tərəf yenə Ermənistan olacaq”.
Təxribatların sifarişi haradan verilir?
“Bu təxribatlar göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatlar sabun köpüyündən başqa bir şey deyil”. Bu fikirləri isə hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Ermənistan sülh danışıqlarında qeyri-səmimidir: “Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb, belə bir niyyəti indi də yoxdur və daha əvvəllər olduğu kimi bu dəfə də mayın 14-də Brüssel danışıqları öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görüb və adekvat cavab tədbirləri nəticəsində Ermənistana növbəti dəfə yeri göstəriləcək”.
Ekspert hesab edir ki, ermənilərin hərbi təxribatları sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan Ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, şəhid olursa münasibətlərin belə bir gərgin səviyyəsində hansısa sülhdən söhbət gedə bilməz. “Ermənistana sülh lazım deyilsə, Azərbaycana heç lazım deyil. Bizim üçün sülh Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi və biz torpaqlarımızı azad etmişik. İndi sülh daha çox Ermənistana lazımdır. Bu təxribatların sifarişinin Ermənistanın havadarları tərəfindən verildiyi də ehtimal oluna bilər”, - deyə Ə.Verdiyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

