Rusiya səfiri keçmiş SSRİ rəhbərliyinin səhvini etiraf etdi
23.07.2011 [02:45]
Məlum olduğu kimi, bu günlərdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə münasibət bildirərkən problemin həlli ilə bağlı keçmiş SSRİ rəhbərliyinin səhv addımlar atdığını söyləyib. “İndi biz tam səmimiyyətlə deyə bilərik ki, Qorbaçov başda olmaqla Sovet İttifaqının rəhbərliyi səhv edib. O, sadəcə olaraq bu münaqişəni yalnış qiymətləndirib və düzgün olmayan qərarlar qəbul edib”, - deyə səfir qeyd edib. Rusiyalı diplomat 1994-cü ildən atəşkəs rejiminin mövcud olmasını və sülh danışıqları aparılmasını xatırladaraq vurğulayıb ki, vasitəçilərin 15 ildə apardığı intensiv iş hələlik nəticə verməyib. “Bizim bütün diplomatik səylərimiz bu münaqişənin dinc siyasi həlli yolunu tapmağa yönəlib”, - deyə səfir qeyd edib.
ümumiyyətlə, Dağlıq Qarabağ probleminin keçmiş SSRİ rəhbərliyinin “xeyir-duası” ilə başlanması bütün Azərbaycan cəmiyyətinə məlumdur. Amma Rusiya səfirinin indiki mərhələdə bunu etiraf etməsi maraq doğurur. Rusiyanın özünü keçmiş SSRİ-nin varisi elan etdiyini nəzərə alsaq, səfirin belə bir açıqlamasının arxasında hansısa məqamların dayandığını ehtimal etmək olar. Görəsən, bu etirafın ardınca nələr baş verə bilər?
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, Rusiya ümumilikdə, son vaxtlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallıq göstərir. Onun sözlərinə görə, məhz Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə görüşüblər: “Bu münaqişənin keçmiş SSRİ rəhbərliyinin himayəsi ilə Ermənistan tərəfindən başlanması heç kəsə sirr deyil. Əvvəlki illərdə bu barədə xeyli faktlar səslənib, hətta Rusiyanın keçmiş rəhbərliyi zamanında Ermənistana 1 milyard dəyərində təmənnasız olaraq silah-sursat verilmişdi. Amma zaman dəyişib, Azərbaycan regionda söz sahibi olan dövlətə çevrilib. Bu gün Azərbaycanın güclənməsi fonunda, Ermənistan zəifləməkdə davam edir. Təbii ki, belə olan halda Rusiyaya zəif Ermənistan yox, güclü Azərbaycan lazımdır. Hesab edirəm ki, Rusiyanın indiki hakimiyyəti Azərbaycanı Qafqazda özünün ən fəal tərəfdaşı sayır. Rusiya səfirinin məlum açıqlaması da ölkəsinin indiki proseslərə diqqətlə yanaşdığını və keçmişdə buraxılan səhvlərin aradan qaldırılmasının zəruriliyinə hesablanıb”.
A.Mirzəzadə bildirib ki, Rusiya Minsk qrupunun həmsədr dövləti olmaqla bərabər, Ermənistanla xüsusi münasibətləri var. Amma bununla yanaşı, Azərbaycanla da əlaqələrinin yüksək səviyyədə olmasında maraqlıdır. O, hesab edir ki, bu bəyanat diqqəti cəlb edən məsələdir. “Bir məqam təqdirəlayiqdir ki, münaqişənin həlli məsələsi böyük dövlətlərin diqqətindədir. Problemin mövcudluğu dünyanı narahat edir. Münaqişə Ermənistan üçün böyük problemlər yaradır. Rusiya öz müttəfiqlərinin bu problemlərdən azad olunması üçün məsələyə ikiqat yanaşmalıdır. Ermənistan isə anlamalıdır ki, işğalçılıq siyasəti yürütməsi onun bir çox problemlərinin həllində ciddi bir səddir” - deyə, millət vəkili vurğulayıb.
Politoloq, millət vəkili Rasim Musabəyov isə bildirib ki, vaxtilə Qarabağ məsələsinin genişlənməsinin qarşısı alınmayıb və bu hərəkat böyüyərək SSRİ-nin dağılması ilə nəticələndi: “İmperialist düşüncəsində olan insanlar hesab edirdilər ki, Qorbaçovun bütün hərəkətləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin başlanması SSRİ-nin dağılmasına səbəb olub. Buna görə də, onu qınayırlar. Hər halda, Qorbaçovun Qarabağla bağlı siyasətini qəbul etməsəm də, həmin adamların mövqeyinə qoşulmaq da düzgün deyil”.
R.Musabəyovun fikrincə, Rusiyanın hazırki maraqları belə etirafların edilməsinə gətirib çıxarır. Onun sözlərinə görə, Rusiya tərəfi anlayır ki, vəziyyəti olduğu kimi saxlamaq qeyri-mümkündür. “Azərbaycan güclənir, Rusiya isə Ermənistanın rəqabət qabiliyyətini artırmaq üçün ermənilərə xeyli pul xərcləməlidir. Amma eyni zamanda, anlayırlar ki, bunun müqabilində Azərbaycanla bağlı maraqlarından əllərini üzməli olacaqlar. Rusiyanı hərəkətə gətirən bu məsələlərdir. Aydındır ki, Ermənistana pul xərcləsə və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasa, Rusiyanın Azərbaycana olan bir çox müraciətləri cavabsız qalacaq, Rusiya zərərçəkən olacaq. Yəni, Azərbaycan işğalçı ölkəni açıq şəkildə dəstəkləyən dövlətə xoş münasibətdə olmayacaq və onun müxtəlif məsələlərlə bağlı müəyyən təkliflərini qəbul etməyəcək. çünki Ermənistana dəstək verə-verə Qəbələ RLS-nə dair icarə müqaviləsini uzatmaq istəyi, neft-qaz layihələrində həlledici iştiraka sahib olmaq mümkün deyil. Rusiya Ermənistanda hərbi baza saxlayır. Amma dəmiryolu əlaqəsi olmadığı üçün hərbi baza çətinliklərlə üzləşir. Rusiya başa düşür ki, münaqişə həll olunmadan Azərbaycan öz ərazisindən Ermənistana dəmiryolunun işləməsinə icazə verməyəcək” - deyə, politoloq vurğulayıb.
Millət vəkili qeyd edib ki, Rusiya vaxt getdikcə, Azərbaycanın gücləndiyini və Ermənistanın çökdüyünü anlayır. R.Musabəyovun sözlərinə görə, vəziyyət belə davam etsə, Azərbaycan Ermənistanı əzəcək: “Bunun qarşısını almaq üçün Rusiya Ermənistana xeyli pul xərcləməlidir. Bu isə Rusiyaya xeyir vermir, əksinə zərərlidir. Rusiyanın marağı odur ki, münaqişənin həlli ilə bağlı irəliləyiş əldə olunsun”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

