Regionun insan hüquqlarının ən çox pozulduğu və ən qeyri-demokratik ölkəsi Ermənistandır
23.07.2011 [02:46]
özünütəcrid siyasəti yürüdən Ermənistanın sabit inkişaf imkanlarından yararlanmasına maksimum dərəcədə əngəllər yaradan, qeyri-konstruktiv mövqeyi ilə ölkənin beynəlxalq nüfuzuna böyük zərbələr vuran Sarkisyan hakimiyyəti artıq vətəndaşların ciddi etirazları ilə üz-üzədir. çünki onlara verilən vədlərin yerinə yetirilməməsi ilə yanaşı, sadə insan hüquq və azadlıqlarına da hörmətlə yanaşılmır. Bu, söz və məlumat azadlığı məsələlərində də özünü açıq şəkildə göstərir. Qeyd edək ki, faktiki olaraq 10 ildən artıq bir zamanda hakimiyyət tərəfindən tətbiq edilən senzura sayəsində ermənilərin böyük əksəriyyəti alternativ informasiya ilə təmin edilməkdən məhrum ediliblər. ötən ilin sonlarında qanunvericilik sistemində bəzi dəyişikliklərin edilməsi isə bu sahədə vəziyyəti daha acınacaqlı hala salıb. Təsadüfi deyil ki, dəfələrlə etiraz aksiyası keçirən Erməni Milli Konqresinin (EMK) nümayəndələri, eləcə də, sadə vətəndaşlar mart hadisələri zamanı həbs edilən siyasi məhbusların azad edilməsi, ölkədə söz azadlığının pozulmasına son qoyulması, “A1+” telekanalının yenidən yayımına icazə verilməsini tələb ediblər.
Yeri gəlmişkən, quldur rejim dövlətin tabeliyində olmayan mətbuat orqanlarının bir çoxuna təzyiqləri davam etdirir. Xatırladaq ki, bir müddət əvvəl “Aykakan jamanak”, “Jamanak” və “Aravot” qəzetlərinə qarşı 20 milyon dram məbləğində təzminatın ödənməsi tələbi ilə məhkəmə iddiası qaldırılıb. Baş redaktorları siyasi məhbus kimi həbs edilən adıçəkilən mətbuat orqanlarına qarşı istinad mənbələri göstərilməklə hakim rejimin fəaliyyətini, oliqarxları tənqid edən yazılar dərc etdiyinə görə məhkəmədə iddia qaldırılması açıq-aşkar qanunsuzluqdur.
Eyni zamanda, əsas məqsədi sülh, demokratiya və insan haqları sahəsinə böyük islahatlar keçirən, vətəndaş cəmiyyəti quruculuğunda müəyyən məsafə qət edən, yaxud da bunun üçün islahatlar bazası hazırlayan ölkələr üçün nəzərdə tutulan “Minilliyin çağırışı” proqramı da Ermənistandakı layihələri maliyyələşdirməkdən imtina edib. Səbəb isə ABŞ-ın ayrı-ayrı illərdə təxminən isə 1 milyard dollardan çox maliyyə vəsaiti ayırmasına baxmayaraq, Ermənistanın, demək olar ki, həmin proqramın nəzərdə tutduğu müddəaların heç birini həyata keçirməməsidir. Plüralist cəmiyyətin yaradılması, çoxpartiyalı sistemin reallaşdırılması, seçki sisteminin şəffaflığı, insan haqlarına hörmət göstərilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən qəti addımların atılması müşahidə edilməyib. Əvəzində, işğalçı ölkədə mövcud rejimin avtoritarlaşması prosesi, müxalifətə basqı, söz azadlığının pozulması və senzuranın tətbiqi, xüsusilə də, 2008-ci ilin mart hadisələri zamanı 30-a yaxın müxalifətçinin öldürülməsi, 300 nəfərin yaralanması belə demək mümkünsə, Sarkisyan hakimiyyətinin ümidləri doğrultmadığını göstərir. üstəlik də Amerikadan həm bu proqram, həm də digər humanitar yardım proqramları çərçivəsində alınan pulların hamısı sadəcə Sarkisyan hakimiyyətinin yaxın ətrafına, qohum-əqrəbasının mülkiyyətinə çevrilib.
Ərzaq məhsullarının bahalaşdığı, maaşların verilmədiyi, iş yerlərinin olmadığı bir dövrdə küçə ticarətinin ləğv edilməsi barədə qərarın verilməsinə etiraz olaraq İrəvanda Nazirlər Kabineti binasının qarşısında keçirilən piket zamanı nümayişçilərlə polis arasında qarşıdurma indiyədək məlum olan “erməni sivil çözüm variant”larının hamısını arxada qoyub. Belə ki, qanuna etiraz edən vətəndaşlara dəstək vermək üçün aksiyaya qatılan deputatlar da polis tərəfindən döyülüb.
Beləliklə, Ermənistan MDB məkanında bəlkə də, yeganə ölkədir ki, orada ali qanunverici orqanın mənsubları, mandat sahiblərinin döyülməsi ekstraordinar hal sayılmır və deputatlara zor tətbiq edənlər cəzasız qalırlar. Bütün bunlar, Ermənistanda sivil yox, əsas prinsipi “güclü olan haqlıdır”” kimi cəngəllik qanunları ilə idarə olunan quldur rejimin hökm sürdüyünü bir daha sübut edir.
ümumiyyətlə, yerli inhisarçı quldur rejimin qərb dəyərlərinə hörmət göstərməyəcəyi, həmin dəyərlərin öz ölkəsində bərqərar olmasına şərait yaratmayacağı məlumdur. Digər tərəfdən, Xocalıda qətliam törədən, uşaq qatilləri, terrora dəstək verən, özü terrorçu olan işğalçı ölkədə demokratiyanın inkişafı, söz azadlığının mövcudluğundan danışmaq əbəsdir.
Təsadüfi deyil ki, beynəlxalq araşdırma mərkəzlərinin hələ ötən ilin yanvar ayına olan hesabatlarında Ermənistanda demokratiyanın inkişafına dair hər hansı bir irəliləyişin müşahidə edilmədiyi bildirilib. Bəzi hesabatlarda Ermənistanın hazırki vəziyyəti 70-ci illərdə hərbi xuntalar tərəfindən idarə edilən Latın Amerikası ölkələrinin vəziyyəti ilə müqayisə edilsə də, birincinin daha ağır şəraitdə olduğu açıq şəkildə göstərilib. Belə bir vəziyyətdə Sarkisyan komandasının, ən başlıcası, dövlət başçısının özünün Azərbaycanda normal müxalifətin və söz azadlığının mövcud olmadığı barədə bəyanat verməsi öz gözündə tiri görməyib başqasında çöpü axtarmaqdan başqa bir şey deyil.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bildirdiyi kimi, Azərbaycanda Ermənistandan fərqli olaraq, siyasi müxalifət parlamentdə gülləbaran edilməyib. Azərbaycandakı vəziyyət, siyasi partiyalar və onların fəaliyyəti, ölkədə media azadlığı və medianın, söz azadlığının vəziyyəti bütün dünyada dəyərləndirilən normalara uyğundur: Fərqli düşünənlərdən və mitinqə çıxanlardan bir dəfəyə 10 nəfər öldürülməyib. Belə hadisələrlə zəngin olan Ermənistan rəsmiləri gərək bu sözləri dillərinə alıb Azərbaycanla özlərini müqaysə etməsinlər”. PA rəsmisinin sözlərinə görə, xarici dövlətlər dəfələrlə postsovet ölkələri ilə Azərbaycanı müqayisə edib və həmişə Azərbaycanı Ermənistandan üstün tutublar. Odur ki, Ermənistan prezidenti Serj Sarkisyan irəliləyişlər, uğurlar və qələbələr barədə istədiyi qədər danışa bilər. Lakin səfil və biçarə ölkənin insanları onları bu kökə salmış adamın dediklərinə inanmırlar.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

