İrəvan anarxiya girdabında
19.05.2023 [10:20]
Ermənistanın bugünkü mənzərəsini xaos və özbaşınalıq kimi səciyyələndirmək mümkündür. Baş verən hadisələr fonunda hakimiyyətə qarşı narazılıq pik həddə çatıb. Bütövlükdə, cəmiyyət ölkənin gələcəyinə pessimist yanaşır. Ölkə boyunca kriminal durum getdikcə daha da pisləşir, insanlar həyatlarını təmin etmək, ailələrini dolandırmaq üçün qanundankənar vasitələrə əl atırlar. Diqqət çəkən əsas məqamlardan biri də paytaxt İrəvanda və regionlarda polis zorakılığının artmasıdır. Baş nazir Nikol Paşinyan müxtəlif auditoriyalarda demokratiyadan dəm vursa da, yaranan narazılığın qarşısının alınmasında bir qayda olaraq polisin gücündən istifadə olunur.
Hədəfdə Nikol Paşinyanın oğludur?
Ermənistanda getdikcə artan xaosun hədəfi bu dəfə baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyan olub. Belə ki, mayın 17-də yerli vaxtla saat 15 radələrində Aşot Paşinyanın oğurlanmasına cəhd göstərilib. Bildirilir ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir. Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq o, avtomobildən düşərək qaçıb. Bu zaman başqa bir avtomobil Aşot Paşinyanı vuraraq yaralayıb. Oğrular hadisə yerindən qaçaraq gizləniblər. Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.
Artıq Ermənistan İstintaq Komitəsi Aşot Paşinyanın oğurlanması ilə əlaqədar bir nəfəri saxlayıb. Ermənistan mətbuatında yayılan məlumatda bildirilir ki, hadisə ilə əlaqədar müharibədə ölən erməni hərbçinin anası tutulub. İstintaq Komitəsi insidentə görə (adam oğurluğu maddəsi) cinayət işi açıb.
Qeyd edək ki, “Oğulların çağırışı” ictimai birliyi 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilata Ara Rüstəmyan rəhbərlik edir. “Oğulların çağırışı” ictimai birliyinin üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.
Öz növbəsində hadisə ilə bağlı bəhs olunan təşkilatdan da açıqlama gəlib. Təşkilatın üzvü, 44 günlük müharibədə ölən erməni hərbçisinin atası Qarik Qaleyan adam oğurluğu cəhdinin olmadığını bildirib. Onun sözlərinə görə, müharibədə ölən digər hərbçilərin valideynləri ilə hərəkətdə olarkən küçədə Paşinyanın oğlunu görüblər. Qarik Qaleyan bildirib ki, onların baş nazirin oğlunu oğurlamaq kimi bir məqsədləri olmayıb.
Ermənistanda nəşr olunan “Aysor” isə maraqlı məqamlara toxunub. Nəşrin məlumatında oxuyuruq: “Ölən hərbçilərin valideynləri əmindirlər ki, Aşot Paşinyanın “oğurlanması” aksiyası əvvəlcədən planlaşdırılıb, lakin onlar tərəfindən yox, əksinə...”.
İrəvanın Şenqavit rayon polis idarəsinə toplaşan valideynlər hər şeyin hakimiyyətin təbliğat maşını tərəfindən əvvəlcədən planlaşdırıldığını vurğulayıblar. Əsgər valideynlərindən biri qeyd edib ki, söhbət zamanı Aşot Paşinyan valideynlərinin etdiklərinə görə üzr istəyib. “Valideynlərinin etdiklərinə görə üzr istədi və dedi: Mən onların əvəzində heç nə edə bilmərəm, bütün bunlara görə utanıram. Bu, onun sözləridir. Hətta ata-anasının türk olduğunu söylədi”.
Müharibədə ölən hərbiçilərin valideynləri Aşot Paşinyanın atasından nümunə götürərək qeyri-səmimi bəyanatlar səsləndirdiyini də istisna etmirlər. Aşot Paşinyanın digər ifadələrini də sitat gətirərək, “O, özünü hiyləgərliyə qoyub, sonra da gedib polisə məlumat verib”- deyə valideynlər bildiriblər. Valideynlər daha sonra əlavə ediblər: “Evdən gedib, valideynləri ilə yaşamır. Aşot bildirib ki, valideynləri ilə heç bir əlaqəsi yoxdur”.
Bu arada xatırladaq ki, Nikol Paşinyan və Anna Akopyan cütlüyünün öz oğullarından, ailə həyatlarından gündəm düzəltməyə bundan əvvəl də cəhd göstəriblər. Hələ 44 günlük müharibədən əvvəl baş nazir oğlunu Qarabağda “hərbi xidmətə” göndərməklə öyünürdü. Müharibə başlayanda isə onun Qarabağda heç izi-tozu da qalmadı, İrəvanda zühr etdi. Bir qədər bundan əvvəl isə Aşot Paşinyan ona edilən hücum və döyülmə faktı ilə gündəmə gəlmişdi. Baş verən hadisə ilə bağlı parlamentin sədri Alen Simonyan bəyanat yayaraq bildirmişdi ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir.
Öldürülən vətəndaş günü
44 günlük müharibədə Ermənistan ordusu tar-mar olub, döyüş qabiliyyətini tamam itirib. Eyni zamanda, İkinci Qarabağ müharibəsi 5 mindən çox erməninin həyatına son qoyub. Bu günlərdə ölkə mətbuatında döyüşlərdə fərarilik edən erməni əsgər və zabitlərinin yeni siyahısı açıqlanıb. Yeni məlumatlara görə, Ermənistan ordusunda müharibə günlərində fərarilik edənlərin sayı 11 mini ötüb. Onlara qarşı cinayət işi açılıb.
Bütün bunların fonunda Ermənistan cəmiyyətində hakimiyyətə qarşı kəskin narazılıq yaranıb. Valideynlər övladlarının nəyə görə onların olmayan Qarabağda döyüşə göndərildiklərinin mənasını anlamadıqlarını və hökumətin hesabat verməli olduğunu bildirirlər. Son günlərdə müharibədə ölən hərbçilərin valideynləri İrəvanda növbəti aksiya keçiriblər. Bu dəfə onlar aksiyanı “Öldürülən Vətəndaş Günü” adlandırıblar. Etirazçılar bildiriblər ki, indiki hakimiyyət və onun uğursuz xarici siyasəti ölkədə bir çox bəlalara, o cümlədən Qarabağdakı müharibəyə, minlərlə insanın ölümünə səbəb olub. Paytaxtın mərkəzinə doğru yürüş təşkil edən aksiya iştirakçıları qarşılarında polis səddi görüblər. Aksiyanın gedişində ölən əsgərlərin valideynləri ilə polis arasında münaqişə yaşanıb. Polis şimal prospektindəki heykəlin üstündə dövlət məmurlarının fotolarını asmamağa çağırıb. Lakin etirazçılar öz mövqelərində israr ediblər, bu da mübahisəyə səbəb olub. Polis aksiyanın qarşısını zor tətbiq etməklə alıb.
Medianın yazdığına görə, Paşinyanın əhatəsində olanlar müxalifətin dövlət çevrilişi hazırladığını güman edir. Ermənistan hökuməti hesab edir ki, bəhs olunan təşkilatı Rusiyanın dəstəklədiyi Robert Koçaryan yaradıb və planları da Moskvanın göstərişi ilə o həyata keçirir. “44 günlük müharibədə həlak olan hərbçilərin valideynlərini birləşdirən “Oğulların çağırışı” təşkilatının yaradılmasının arxasında ikinci prezident Robert Koçaryanın ofisi dayanır. Onlar dəstəyi və göstərişləri Moskvadan alırlar”, - deyə media yazıb.
Hərbçilərə artan nifrət
Dünyanın bütün ölkələrində hərbçilərə böyük hörmət bəslənilir. 44 günlük müharibədə acınacaqlı məğlubiyyət isə erməni hərbçilərinin başını aşağı edib. Ölkədə onlara nəinki hörmət bəslənilmir, əksinə qəzəb və nifrət getdikcə daha da artır. Yerli mətbuat Ermənistanda Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinin döyüldüyü barədə məlumat yayıb. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin Tavuş 2 saylı ərazi bölməsinin rəisi döyülərək xəsarət alıb. Polis yaralının Tavuş vilayətinin sakini 47 yaşlı Lernik Ohanyan olduğunu bildirib. Məlumata görə, xəstəxanaya çatdırılan Ohanyan Ermənistan Müdafiə Nazirliyinin Tavuş 2 ərazi diviziyasının rəisidir. Fiziki təzyiqlərə məruz qalan hərbiçi “Qapalı kəllə-beyin travması, sol çənə nahiyəsinin hematoması, sağ qaş nahiyəsinin yumşaq toxumasının zədələnməsi, döş qəfəsinin və onurğa sütununun qapalı zədəsi ilə hematoma” diaqnozu qoyulmaqla təcili əməliyyata alınıb.
Hərbçilərlə bağlı daha bir ifşaedici məlumat. Bu günlərdə İrəvan Qarnizonu hospitalının rəisi Yervand Ovannisyan həbs edilib. Bu barədə erməni mediasına Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib. Ovannisyan rüşvət almaqda ittiham olunub. İş üzrə başqa təqsirləndirilən şəxslər də var.
Din və hakimiyyət arasında dərinləşən çatlar
Ermənistanda baş verən son hadisələr həmçinin, hakimiyyətlə din xadimləri arasında çatları dərinləşdiririb. “Karlığa, pisliyə son qoyun”. Bunu Ermənistanın din xadimi Asoqik Karapetyan Nikol Paşinyana ünvanlayaraq deyib. O bildirib: “Ölkənin idarəçiləri kilsəyə qarşı çıxmamalı, hakimiyyət nümayəndələri iman qaydalarını xatırlayaraq Vətənin dirçəlməsi naminə çalışmalıdırlar. Sizə verilən müvəqqəti hakimiyyət haqqında təmtəraqlı çıxışlar etməzdən əvvəl Ermənistanın müstəmləkəyə çevrilməsindən, Vətənin mənəvi və fiziki təhlükəsizliyi naminə əməllərinizdən danışın. Karlığa, geniş yayılmış şərə son qoyun və kilsənin ruhani övladları kimi, müqəddəs Eçmiədzinin oyanış sözlərini eşidin”.
Keşiş sosial şəbəkə hesabında daha sonra qeyd edib: “İqtidarın ağır yükünü daşıyan hər kəsdə millətin arzularına uyğun gələcəyə baxış olmalıdır, əks halda o, milli sərvətin, irsin qoruyucusu ola bilməz”.
Əhali sayında kəskin azalma
Ermənistan Statistika Komitəsi ötən ilin oktyabrında keçirilən siyahıyaalınmanın ilkin məlumatlarını dərc edib. Daimi əhali ilə yanaşı, cari əhalinin indeksi də təqdim olunub. Siyahıyaalma zamanı Ermənistanda əhalinin sayı 2 milyon 638 min 917 nəfər olub.
Qeyd olunur ki, ölkədə bundan əvvəlki siyahıyaalma 2011-ci ildə aparılıb. Həmin vaxt daimi əhalinin sayı 3 milyon nəfəri keçirdi. Bu illər ərzində daimi əhali təxminən 90 min, sorğular zamanı Ermənistanda olan əhali isə təxminən 233 min nəfər azalıb.
Ötən ilin oktyabrında keçirilmiş əhalinin siyahıyaalınması müstəqil Ermənistanın tarixində üçüncüdür. Mütəxəssislər indiki mənzərəni faciəvi adlandırırlar. Etnocoğrafiyaşünas Artaşes Boyacyan bundan əvvəlki iki siyahıyaalınmanın bilavasitə iştirakçılarından biridir. O, siyahıyaalma inspektoru olub. Boyacyanın sözlərinə görə, əgər 2018-ci ilə qədər Ermənistanın əhalisi mühacirət səbəbindən azalırdısa, sonradan doğum səviyyəsi problemə çevrilməyə başlayıb.
“2018-ci ildən sonra Ermənistan Respublikasının bir sıra regionlarında, xüsusən Lori bölgəsində əhalinin təbii artımının mənfi olduğu, yəni, doğulanların sayının ölənlərin sayından aşağı olduğu ilk göstərici qeydə alınıb. Eyni göstərici 2020-ci ildə Şirakda və respublikanın bir sıra bölgələrində qeydə alınıb”, - deyə Boyacyan “Azatutyun” radiosuna bildirib.
İstər keçmiş, istərsə də indiki hakimiyyət Ermənistan əhalisi ilə bağlı qarşısına məqsəd qoyub. Ancaq həmin məqsədlərə əsla nail olunmayıb. Dörd il əvvəl baş nazir Nikol Paşinyan 2050-ci ilə qədər strategiyanı təqdim edərkən əhalinin sayını ən azı 5 milyon nəfərə çatdırmaq məqsədindən danışmışdı. Artaşes Boyacyan qeyd edib ki, belə yüksək məqsədə baxmayaraq, dövlət buna yönəlmiş ciddi demoqrafik siyasət aparmır və bu gücdə də deyil.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12

