/ / Novruz Məmmədov: Ermənistan prezidentinə yüksək xarici qonaqların "beynini doldurmaq"dan başqa heç nə qalmır
Novruz Məmmədov: Ermənistan prezidentinə yüksək xarici qonaqların "beynini doldurmaq"dan başqa heç nə qalmır
29.07.2011 [10:37]
“Yaşlı adamları artıq belə asan aldatmaq və necə deyərlər “qulağlarını tıxamaq” olmaz. Buna görə də Serj Sarkisyan son vaxtlar tez-tez öz ölkəsinin gənc auditoriyası qarşısında çıxış edir. Onlara “tarixi mövzuda” nağıl, hekayə, əfsanələr danışır”, - N.Məmmədov bildirib.
Sarkisyanın “Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür” dediyi gənclər qarşısında çıxışını şərh edən N.Məmmədov qeyd edib ki, bu, çox təhlükəli tendensiyadır. Belə ki, bu, ona xidmət edir ki, Ermənistanın gənc nəsli təcavüzkar əhval-ruhiyyədə tərbiyə olunur. “Serj Sarksiyanın hansı məqsəd güdməsi ilə bağlı sual meydana çıxır. Onun məqsədi qəhrəmanlar yetişdirməkdirsə, ona rus generalı Mayevskinin “ermənilərin “qəhrəmanları” xilaskardan daha çox öz xalqının cəlladları olublar” fikrini xatırlatmaq istərdim”, - deyə o, bildirib.
N.Məmmədovun sözlərinə görə, dünən Polşa Prezidentinin Yerevana səfəri münasibətilə mətbuat konfransında Serj Sarkisyan yenə də özünəməxsus tərzdə çıxış edib. “Həmişə olduğu kimi, Serj Sarkisyan Ermənistanı Dağlıq Qarabağ münaqişəsində ədalətli tərəf kimi göstərməyə çalışır. Bir neçə gün əvvəl Ermənistan gəncləri ilə artıq yuxarıda qeyd olunan görüşdə Sarkisyan fərəh hissi ilə millətlərin öz müqəddəratını təyin etməsi kontekstində beynəlxalq hüquq barədə düşüncələri haqqında danışıb”, - PA rəsmisi vurğulayıb.
N.Məmmədovun sözlərinə görə, Sarkisyan Polşa Prezidentini əmin etməyə çalışır ki, “Dağlıq Qarabağ”da demokratiya hakimdir, hökumət və seçkilər isə legitimdir.
“Lakin burada tam haqlı olaraq öz vəzifəsində qalmaq üçün onlarla şəxsin həlak olması ilə nəticələnən yüzlərlə dinc nümayişçiyə qarşı güc tətbiq edilməsinə əmr verən prezidentin bu və ya digər seçkilərin demokratikliyinə nə dərəcədə qiymət verə bilməsi ilə bağlı sual yaranır. Yəni Sarkisyan bu barədə unudub? Güman etmirəm ki, bu belədir. çox güman ki, bu, hiyləgərliyin və ikiüzlülüyün daha bir nümunəsidir. Boş yerə ermənilər özləri barədə demirlər ki, “bizdə ikiüzlülük hələ ana bətnində olan zaman yaranır”. Sarkisyan hansı demokratik seçkilər və hansı demokratiya haqqında danışa bilər ki, o, özü şəxsən Dağlıq Qarabağın azərbaycanlı əhalisiniə qarşı soyqırımda, Ermənistan parlamentində məlum qətliamda iştirak edib”, - Novruz Məmmədov əlavə edib.
“Buna görə də Ermənistan prezidentinə yüksək səviyyəli xarici qonaqların “beynini doldurmaq”dan başqa heç nə qalmır”, - deyə o, bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

