/ / Dünya şöhrətli "The Business Year" jurnalının Azərbaycana aid xüsusi buraxılışının təqdimatı olub
Dünya şöhrətli "The Business Year" jurnalının Azərbaycana aid xüsusi buraxılışının təqdimatı olub
30.07.2011 [14:47]
Dünən Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2011”) təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan haqqında xüsusi buraxılışın hazırlanmasını respublikanın 2010-cu ildə dünyanın lider dövləti olması ilə əlaqələndirib: “ötən ilin nəticələrinə görə, dünyada ən yüksək iqtisadi artım məhz Azərbaycanda olub. Hətta, 2008-ci ildə dünyada başlayan böyük və ciddi maliyyə böhranı da Azərbaycanın 2009-cu ildən indiyədək iqtisadi artım əldə etməsinə mane ola bilməmişdir”.
Ə.Həsənov əhalinin pul gəlirlərinin artdığını, dövlət büdcəsinin rekord həddə - 20 milyard dollara çatdığını xüsusi vurğulayıb: “Halbuki, cəmi 7 il əvvəl bu rəqəm 1,4 milyard dollar idi”.
Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin jurnala verdiyi müsahibəni də xatırladıb və bildirib ki, bu, dövlət başçısının son 5 ildə yazılı mediaya verdiyi ən iri müsahibədir. Bunun özü də jurnalın beynəlxalq nüfuzunun göstəricisidir.
Xüsusi buraxılışda qonşu və dost ölkələrin dövlət başçılarının - Rusiya Prezidenti Dmitri Medvedevin, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin, Şotlandiyanın Baş naziri Aleks Salmondun Azərbaycanla bağlı fikirləri də öz əksini tapıb. Onlar Azərbaycanı dünyanın tərkib hissəsi kimi xarakterizə ediblər.
Ə.Həsənov onu da bildirib ki, jurnalın xüsusi nömrəsinin həsr olunduğu dövlətlər dünyada ciddi biznes və iqtisadi tərəfdaş, sosial, mədəni, turizm, İKT və digər sahələrdə sanballı inkişafa nail olmuş dövlətlər kimi təqdim edilir: “Jurnalın tirajı 100 minə yaxındır və o, dünyanın ən populyar yerlərində yayılır”.
Şöbə müdiri jurnalın yenə də Azərbaycanla bağlı xüsusi buraxılışının olacağına əminliyini söyləyib.
Xüsusi buraxılışda dərc olunmuş müsahibələrdən birinin müəllifi, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatında həyata keçirilən islahatlardan, görülən işlərdən bəhs edib. Nazir bildirib ki, iqtisadiyyatda əldə olunan uğurlar müxtəlif reytinq agentliklərinin də diqqətindən kənarda qalmayıb: “2010-cu ildə Moody`s, Fitch, Standard&Poors kimi beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycana verilmiş “stabil” reytinqi “pozitiv”ə qaldırılıb. Bu uğurların təməlində Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası və onun əsasında Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi inkişaf siyasəti dayanır. Bu siyasətin əsas istiqamətlərini isə makroiqtisadi sabitliyin qorunması və saxlanılması, milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin davamlı olaraq artırılması, neftdən asılılığın tədricən azaldılması, qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli biznes və sərmayə mühitinin yaradılması və formalaşdırılması, enerji və ərzaq təhlükəsizliyinin, ekoloji tarazlığın təmin olunması təşkil edir”.
Ş.Mustafayev son 7 ildə Azərbaycan iqti
sadiyyatının 3 dəfə, son 10 ildə 4 dəfə artdığını xatırladıb. Qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini deyən nazir bildirib ki, burada əsas prioritet sahələr kənd təsərrüfatı, İKT, nəqliyyat, xidmət, turizm, ekologiyadır: “Xarici ticarət dövriyyəsində müsbət saldo var, son illərdə qeyri-neft sektoru məhsullarının ixracının artım tempi yüksəlib. Bütün bunlar ölkədə yoxsulluğun azalması ilə şərtlənib”.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalın xüsusi buraxılışında ölkənin İKT sahəsindəki uğurlarının geniş əksini tapdığını bildirib. O deyib ki, bu sahədə qarşıda duran əsas məqsəd onu 2025-ci ilədək Azərbaycanın neft sektorunun inkişafına yaxınlaşdırmaqdır: “Son dövrdə hər üç ildə İKT sektoru iki dəfə genişlənir. Lakin ölkənin ərazi baxımından kiçik olduğunu nəzərə alsaq, sonrakı inkişaf perspektivi ixrac potensialının artırılmasıdır”.
ölkədəki İKT mühitinin xarici investorlara açılması, Azərbaycan şirkətlərinin transmilli səviyyədə xarici bazarlara çıxması üçün də təbliğata böyük ehtiyac duyulduğunu vurğulayan Ə.Abbasov bu baxımdan jurnalın rolunu yüksək qiymətləndirib. Ə.Abbasov onu da bildirib ki, Azərbaycanda informasiya yayımı azad və şəffafdır: “İnternetin inkişafı və açıqlığı da kütləvi informasiya vasitələrinin məhdudiyyətsiz yayımını təmin edir”.
Jurnalın ölkə meneceri Bətul çakaloğlu xüsusi buraxılışın indiyədək ingilis dilində Azərbaycan haqqında hazırlanmış ən iri həcmli toplu olduğunu xatırladıb. Nəşrin yeddi aya ərsəyə gəldiyini deyən B.çakaloğlu bu işdə onlara böyük kömək göstərmiş Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova xüsusi təşəkkürünü bildirib.
Mərasimdə digər çıxış edənlər bütövlükdə Azərbaycanın, o cümlədən onun iqtisadi potensialının dünyada tanıdılması baxımından jurnalın xüsusi buraxılışının əhəmiyyətini vurğulayıblar.
Jurnalın redaktoru Ceyson Nesh deyib ki, xüsusi buraxılışda Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, siyasi-sosial həyatı barədə maraqlı məqalə və müsahibələr dərc olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

