/ / Əli Əhmədov: Həsən Firuzabadinin fikirləri İran rəhbərliyinin qonşu Azərbaycana dair dəfələrlə səsləndirdiyi rəsmi münasibətlə daban-dabana ziddir
Əli Əhmədov: Həsən Firuzabadinin fikirləri İran rəhbərliyinin qonşu Azərbaycana dair dəfələrlə səsləndirdiyi rəsmi münasibətlə daban-dabana ziddir
12.08.2011 [10:13]
Ə.Əhmədov agentliyin sualına cavabında bildirib ki, Azərbaycan suveren, dünyəvi dövlət olaraq xalqımıza mənsub milli və mənəvi dəyərlərə hörmətlə yanaşır, müstəqil daxili və xarici siyasət yeridir, öz xalqının inkişafı naminə əzəmətli layihələr həyata keçirir: “ölkəmizin nailiyyətləri, sürətli inkişafı bütün dünyada hörmətlə qarşılanır. Bugünkü Azərbaycanın, onun rəhbərinin bölgəmizdə və beynəlxalq aləmdə hörməti və nüfuzu hamıya, o cümlədən İran vətəndaşlarına yaxşı bəllidir. Dostlarımız Azərbaycanın bu inkişafına sevinir. Azərbaycan kiminsə xoşuna gəlmək üçün deyil, müstəsna olaraq xalqın və dövlətin maraqları naminə tam müstəqil siyasət yeridir. Onu bu yoldan uğursuz təzyiqlər vasitəsi ilə döndərmək istəyənlər ciddi səhvə yol verirlər. Azərbaycan dövlətinin gücü onun seçdiyi yolun doğru olmasında, xalqın öz dövlətini və prezidentini qətiyyətlə dəstəkləməsindədir. İran hərbçisinin qonşu dövlət kimi Azərbaycana qarşı iradlar bildirməsi üçün də heç bir əsas yoxdur. Azərbaycan İrana münasibətdə qonşuluq və dostluq haqqından irəli gələn mənəvi borcuna sadiqliyini dəfələrlə sübuta yetirib. Onu da unutmaq olmaz ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Qonşuluq münasibətlərindən və müsəlman həmrəyliyindən danışarkən ilk öncə bu suala cavab verməlisən: bizdən nə isə umanlar Azərbaycana qarşı təcavüzün aradan qaldırılması üçün hər hansı ciddi addım atıblarmı?! İranın ölkəmizə təcavüz etmiş Ermənistanla dostluğu, - bəziləri onu “qardaşlıq” adlandırmaqdan da çəkinmirlər - hamıya məlumdur. Etiraf etmək lazımdır ki, bu vəziyyət müsəlman həmrəyliyindən və ya islam dəyərlərinə sayğıdan söhbət açmağa heç bir əl yeri qoymur. İranın rəsmi nümayəndəsinin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı hörmətsiz ifadələr işlətməsi tamamilə yersiz və dözülməzdir. Unudulmamalıdır ki, İran əhalisinin yarıdan çoxu etnik azərbaycanlılardır. Azərbaycan dövlətinə və azərbaycanlılara hörmətsizlik həm də İranın azərbaycanlı əhalisinə böyük hörmətsizlikdir. Azərbaycan dünyada 50 milyonluq böyük bir xalqın, beynəlxalq birlik tərəfindən hörmət edilən, sürətlə inkişaf edən və ciddi perspektivləri olan dövlətin adıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu adla fəxr edir. Azərbaycan sözünə hörmətsizlik edən, yəqin ki, böyük səhvə yol verdiyini anlaya bilmir. öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtarmaq yaxşı vərdiş deyil. Prezident seçkilərində iştirak edən, hətta çoxlarının inandığı kimi, o seçkiləri udanlar Azərbaycanda həbs olunmur. Bəzi ölkələr kimi, dünya birliyi Azərbaycana qarşı sanksiyalar tətbiq etmir. İranda Azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulması faktları isə artıq BMT səviyyəsinə gedib çıxıb. Əlbəttə, bu siyahı uzadıla da bilər...
İranın baş qərargah rəisinin ölkəmiz və xalqımız haqqında dediklərini qətiyyətlə pisləyir, bunu Azərbaycana və onun rəhbərliyinə qarşı həm hörmətsizlik, həm də uğursuz təzyiq göstərmək cəhdi hesab edirəm. Qəti əmin olduğumu bildirirəm ki, belə məsuliyyətsiz bəyanatlar Azərbaycan-İran münasibətlərinin inkişafına xidmət etmir, əksinə, qonşu, dost və qardaş xalqlarının qədim tarixi əlaqələri və ənənələri üzərinə kölgə salır”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40

