Milli Qəhrəman, baş nazirin müavini, Qarabağ üzrə səlahiyyətli nümayəndə...
20.06.2023 [10:30]
Bütün bu vəzifələri Surət Hüseynova Elçibəy vermişdi
1993-cü ilin iyununda Azərbaycanda baş verən siyasi hadisələr bir çox hallarda bəzi maraqlı şəxslər tərəfindən yanlış istiqamətlərə yozulur. Daha çox radikal müxalifətin bu cəhdlərinin kökündə isə AXC-Müsavat hakimiyyətinin yol verdiyi xəyanətləri, səriştəsizliyi ört-basdır etmək, kimlərisə bu məsələdən “günahsız” kimi kənarda saxlamaqdır. 1993-cü ilin yayında Azərbaycanı məhv olmaqdan xilas etmiş, müstəqilliyimizi qorumuş və əbədi etmiş ümummilli liderimiz Heydər Əliyevin “OSTANKİNO” Dövlətlərarası Televiziya Şirkətinə müsahibəsini dərc etməkdə məqsədimiz də məhz əsl həqiqətləri geniş ictimaiyyətlə bölüşməkdir...
Bakı. İyul, 1993-cü il
- Heydər Əliyeviç, günaydın. Sizi salamlamağımıza şadıq və icazənizlə birbaşa suallara keçək, suallar isə televiziya tamaşaçılarından kifayət qədər alınmışdır. Telefon zənglərinin xeylisində əsasən bir məsələyə toxunulur: Bu gün Azərbaycandakı ictimai siyasi vəziyyəti necə qiymətləndirirsiniz və sizcə, ən yaxın zamanda nə etmək lazımdır?
- İndi Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəbdir. O, həmişə mürəkkəb olmuşdur, lakin bu il iyunun 4-dən sonra, Gəncə şəhərindəki məlum qanlı hadisələrdən sonra xüsusilə kəskinləşmişdir və o vaxtdan gərgin olaraq qalır. Baxmayaraq ki, sonralar görülmüş tədbirlər və bəzi təşkilati tədbirlər, yəni respublika rəhbərliyindəki dəyişikliklər bu gərginliyi müəyyən dərəcədə aradan qaldırmışdır. Ən başlıcası isə, zənnimcə, Respublikamızı ciddi şəkildə hədələyən vətəndaş müharibəsinin qarşısını ala bilmişik, qarşıdurma müəyyən qədər zəifləmişdir. Bununla belə, vəziyyət hələ də mürəkkəb olaraq qalır, lakin Ermənistan silahlı qüvvələrinin son üç gündə Azərbaycan ərazisinə başladıqları hücum bu çətinlikləri artırır.
- Heydər Əliyeviç, Siz necə təsəvvür edirsiniz, vəziyyəti müəyyən dərəcədə sabitləşdirmək üçün bu gün Azərbaycanda hansı tədbirləri görmək lazımdır?
- Başlıcası budur ki, biz gərək milli barışığa, bütün siyasi qüvvələrin sıx birliyinə nail olaq. Biz gərək qarşıdurma amilini, vətəndaş müharibəsinin baş verməsi imkanını tamamilə aradan qaldıraq. Əlbəttə, Respublikanın özündə ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün səylərimizi də birləşdirməliyik. Təbiidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə müdaxilə ilə bağlı məsələləri də həll etmək gərəkdir.
- Cənab Əliyev, bir çox müşahidəçilər Sizin hakimiyyətə gəlməyinizi “konstitusiyaya zidd” hal kimi qiymətləndirmişlər. Xahiş edirik, deyəsiniz, sizcə, siyasətdə elə məqsədlər varmı ki, onların naminə qanunu pozmaq olar? Bununla bağlı ikinci sual: prezident Əbülfəz Elçibəyin taleyi necədir, bu gün onun vəziyyəti və perspektivləri necədir, o, öz istefası ilə razılaşıbmı?
- Əvvəla, deməliyəm ki, daşıdığım vəzifəyə gəlişimi konstitusiyaya zidd hesab etmirəm. İyunun 15-də parlamentin bir çox deputatlarının, habelə prezident Əbülfəz Elçibəyin özünün tövsiyələri ilə mən Azərbaycan Ali Sovetinin sədri seçilmişəm. Bu, konstitusiyaya tam uyğun olan qərardır. Bildiyiniz kimi, bundan bir neçə gün əvvəl Ali Sovetin sədri İsa Qəmbərov istefa vermişdi. Buna görə də mən Azərbaycan Ali Sovetinin sədriyəm. İkincisi, mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə - ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq, iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim.
Vəziyyətin gərginliyini zəiflətmək üçün burada mən Əbülfəz Elçibəylə, digər siyasi xadimlərlə birlikdə çalışırdım, iyunun 15-də, təkrar edirəm, parlamentin sədri seçildim. Burada konstitusiyaya zidd, hüquqa zidd heç nə yoxdur. İyunun 24-dən başlayaraq, prezidentin vəzifələrinin yerinə yetirilməsinin mənə həvalə edilməsinə gəldikdə isə, bunu izah etmək olar. Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki təyyarə Bakıdan uçmazdan bir saat əvvəl biz bir yerdə idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir, buradan prezidenti Xalq Cəhbəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar. O, indiyədək oradadır. Mən iyunun 18-dən 24-dək Əbülfəz Elçibəylə telefonla daim danışıqlar aparmışam, Azərbaycan Elmlər Akademiyasının prezidenti başda olmaqla ziyalıların nümayəndələrinin böyük bir qrupu - akademiklər, professorlar, yazıçılar, ağsaqqallar mənim təşəbbüsümlə oraya getmişlər. Onlar prezidentlə görüşmüşlər, onu onlar da dilə tutmuşlar ki, o, Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvətimizi qəbul etmədi, onunla razılaşmadı və indiyədək Kələki kəndində qalır. Prezidentin, demək olar ki, bütün vəzifələrinin Ali Sovetinin sədrinə həvalə edilməsi haqqında fərmanı da elə onun özü imzalamış, öz fərmanıyla yalnız vətəndaşlığa qəbul və qanunların imzalanması hüquqlarını özündə saxlamışdır. Qalan hər şeyi o, Azərbaycan Ali Sovetinin sədrinə həvalə etmişdir.
Eyni zamanda, bu vəziyyət Azərbaycan parlamentinin iclasında dalbadal bir neçə gün müzakirə olunmuşdur, elə parlamentin üzvləri də təkidlə təklif edirdilər ki, mən bu vəzifələri öz üzərimə götürüm. Mən razılaşmırdım, yalnız Əbülfəz Elçibəyin özü belə fərman verdikdən sonra razılaşdım.
Açığını desək, respublika, demək olar, idarəedilməz olmuşdu, çünki prezident yoxdur; baş nazir yox idi - o, artıq çoxdan istefa vermişdi, tək mən qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm. Təkrar edirəm, mən buna can atmırdım, mən bunu istəmirdim. Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa, o, öz prezident vəzifələrini yerinə yetirə bilər.
O ki qaldı Əbülfəz Elçibəyin taleyi barədə ikinci suala, o, Kələki kəndində yaşamaqda davam edir, onu Xalq Cəbhəsindən olan bir dəstə silahlı adam qoruyur.
- Heydər Əliyeviç, xahiş edirəm, belə bir suala cavab verəsiniz. Siz həm Elçibəyin komandasına qarşı, həm də onun özünə və onun xəttinə qarşı sərt müxalifətdə olmusunuz. Elçibəy Sizi respublika Ali Sovetinin sədri olmağa dəvət edərkən nəyə ümid bəsləyirdi və Sizi bu dəvətə razılıq verməyə sövq edən nə idi?
- Siz sualı o qədər də düz qoymursunuz. Mən Əbülfəz Elçibəyə qarşı sərt müxalifətdə olmamışam, ümumiyyətlə, müxalifətdə deyildim. Mən sadəcə olaraq Naxçıvanda yaşayır, Ali Məclisin sədri vəzifələrini yerinə yetirirdim. Mənim Əbülfəz Elçibəylə nadir hallarda telefon söhbətlərim olurdu. Əlbəttə, prezident kimi, Əbülfəz Elçibəy Naxçıvan Muxtar Respublikasına da lazımınca diqqət yetirmirdi, halbuki Naxçıvan blokada ilə əlaqədar ağır vəziyyətdə idi və bu gün də ağır vəziyyətdədir. Əlbəttə, o, Ali Məclisin sədri kimi mənə lazımi diqqət yetirmirdi. Odur ki, münasibətlərimiz, əslinə qalsa, hansısa sərt qarşıdurma ilə deyil, məhz bu cür xarakterizə edilirdi.
Mənim Əbülfəz Elçibəylə ilk görüşüm bu ilin fevralında olmuşdur, bunadək onunla heç vaxt görüşməmişdim və şəxsən tanış deyidim. Mən Bakıya böyük qardaşımın vəfatı ilə əlaqədar gəlmişdim, biz prezidentlə görüşdük, olduqca çoxlu məsələ müzakirə etdik, bir çox məsələlərlə sanki bir-birimizi başa düşdük. Mən ona öz məsləhətlərimi də, arzularımı da, tövsiyələrimi də dedim. Bunlardan onun istifadə edib-etməməsi öz işidir. Bizim münasibətlərimiz bundan sonra da normal olmuşdur. Əbülfəz Elçibəy məni dəvət edərkən nəyə ümid bəsləyirdi? Sualın birinci hissəsi ilə əlaqədar, yəni guya aramızda kəskin qarşıdurma olması ilə əlaqədar onu deməliyəm ki, belə şey olmamışdır. Azərbaycanda vəziyyət son dərəcə kəskinləşdikdə, bayaq dediyim kimi, bir çox bölgələrdən və əhalinin bir çox təbəqələrinin nümayəndələri arasında səslər eşidilirdi ki, Əliyevi dəvət etmək lazımdır... Əbülfəz Elçibəy, görünür, bu fikrə gəlmişdi ki, burada, belə çətin şəraitdə mənim köməyim gərəkdir. O, telefonla mənə zəng vurduqda belə də izah etdi: “Vəziyyət mürəkkəbdir, xahiş edirəm, Bakıya gələsiniz, vəziyyəti, gəlin, birlikdə müzakirə edək və bu vəziyyətdən çıxış yolu tapaq”. Bax, onun dəvəti əslinə qalsa, məhz bununla izah edilir.
- Heydər Əliyeviç, mənim, daha doğrusu, mənim yox, bizim televiziya tamaşaçılarının Sizə belə bir sualı var. Son vaxtlar mətbuatda, xüsusən xarici mətbuatda, belə ifadə edək, kifayət qədər çoxlu fərziyyə irəli sürülmüşdür ki, Sizinlə Surət Hüseynov arasındakı qarşılıqlı münasibətlər sistemi, necə deyərlər, dostluq xarakteri, müəyyən saziş xarakteri daşıyır. Azərbaycanda baş vermiş bütün bu hadisələr barəsində Sizinlə Azərbaycanın baş naziri arasında qabaqcadan hansısa sazişin olması fikrinə necə baxırsınız?
- Mən bu məsələni aydınlaşdıra bilərəm, özü də bu vacibdir. Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika baş nazirinin müavini, Azərbaycan prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə, demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim. Mənim onunla heç vaxt heç bir əlaqəm olmayıb. İyunun 4-də bu hadisələr baş verdikdə mənə yenə də aydın deyildi və bilmirdim ki, orada nə olmuşdu. İyunun 9-da Bakıya gəldikdə mənə onun haqqında danışmağa başladılar. Mən onu yenə də tanımırdım. Sonra, iyunun 13-də Gəncəyə getməzdən əvvəl mən ona zəng vurdum, biz söhbət etdik. İyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət belə gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, ta Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir dostluq əlaqəsi olmamışdır.
- Əgər olarsa, mən Sizin Hüseynovla qarşılıqlı münasibətlərinizə aid mövzunu davam etdirərdim. Surət Hüseynov müəyyən ultimativ tələblər irəli sürürdü və əslində, Bakı ilə güc mövqeyindən danışırdı. Siz onun tələbini yerinə yetirdiniz, o, baş nazir vəzifəsi aldı və qüvvə nazirlikləri üzərində kuratorluq aldı. Xahiş edirəm, deyəsiniz, Sizə elə gəlmirmi ki, bu nümunə Azərbaycanın gələcək siyasəti üçün təhlükəlidir. Hər halda güc mövqeyindən danışmaq, görünür, siyasi qarşılıqlı münasibətlərin heç də ən konstruktiv metodu deyildir, heç də ən təhlükəsiz metod deyildir?
- Bəli, əlbəttə, Surət Hüseynov müəyyən dərəcədə güc mövqeyindən çıxış edirdi. Lakin bu, onun prezident Əbülfəz Elçibəylə və onun komandası ilə qarşılıqlı münasibətləri ilə bağlı idi. Surət Hüseynov hesab edirdi ki, iyunun 4-də hərbi hissəyə qarşı və onun özünə qarşı təcavüzkar əməllər törədilmişdir və buna görə də o, həmin vaxtdan təkid edirdi və indi də təkid edir ki, prezident Elçibəy və onun bütün komandası istefa verməlidir. Yeri gəlmişkən, Azərbaycan prezidenti onun bəzi tələblərini, əslində, yerinə yetirmişdir: baş nazir istefa vermiş, parlamentin sədri istefa vermiş, üç nazir - müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirləri istefa vermişlər. Bir sözlə, Surət Hüseynovun bu tələbləri Əbülfəz Elçibəy tərəfindən yerinə yetirilmişdir. Əgər o, hesab etsəydi ki, bu tələblər hüquqa ziddir, qanuna ziddir, onda gərək bunu etməyəydi, amma etmişdir. Buna görə də iyunun 15-də, mən Azərbaycan parlamentinin sədri seçilən günü bu istefaların hamısı Əbülfəz Elçibəy tərəfindən qəbul olunmuşdu. Qaldı Surət Hüseynovun iddialarına, əlbəttə, belə iddialar var idi. Lakin baş nazir vəzifəsinə təyin edilməsi onun tələbləri və ya iddiaları ilə bağlı deyildir. Mən artıq dedim və xatırlatmaq istəyirəm ki, Surət Hüseynov hələ bir il bundan əvvəl prezident Əbülfəz Elçibəyin özü tərəfindən Azərbaycan baş nazirinin müavini təyin edilmişdi. Bir daha təkrar edirəm: o, Azərbaycan prezidentinin bütün Qarabağda səlahiyyətli nümayəndəsi təyin olunmuşdu. Belə ki, Surət Hüseynovun çoxlu vəzifəsi var idi və bütün bu vəzifələri ona Azərbaycan prezidenti Elçibəy vermişdi. O ki qaldı indi onun baş nazir olmasına, burada nə var ki, o, sadəcə olaraq daha bir pillə yuxarı qalxmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

