Demokratiyanın qara rəngi...
04.07.2023 [10:33]
Fransanın əsrlərə söykənən neokolonist və zorakı siyasəti...
Dünyaya “demokratiya dərsi” keçmək niyyətində olan Fransanın “demokratik siması”nın rəngi bəlli oldu. İrqi ayrı-seçkilik, diskriminasiya, insan hüquqlarına qəsd artıq bu ölkə üçün adi hala çevrilir - özünü Avropanın mərkəzində “demokratiya jandarmı” elan etmiş rəsmi Paris öz vətəndaşını “jandarm gülləsi”nin qurbanına çevirir. Xatırladaq ki, ölkədə son bir neçə gündə baş verən etirazlar zamanı polislərin göstərdiyi zorakılıqlar geniş müzakirə obyekti olmuşdu - son hadisə isə artıq vətəndaşların səbr kasasını daşırmışdı. Belə ki, Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə irqi zəmində baş verib, belə ki, qətlə yetirilən yeniyetmə Əlcəzair əsilli olub. Qeyd edildiyi kimi, polisin ona tabe olmaqdan imtina edən, adi yol hərəkəti qaydası ilə bağlı məsələ ucbatından yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi fransız cəmiyyətində şok yaradıb. Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub - barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar və s. Hadisələr Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə iğtişaşlar törədilib. Xalq açıq şəkildə baş verənlərə qarşı etiraz edərək Makron hakimiyyətinin törətdiyi cinayətlərə yox deyir...
Makron dilemma qarşısında...
İyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlanan kütləvi etirazlar qısa zamanda ölkənin digər şəhərlərinə yayılıb - Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub. İyulun 3-də isə Fransa prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı Yelisey sarayında toplantı keçirib. İclasda baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak ediblər. Müzakirələrdə yer alan əsas məsələ etirazların daha da genişlənməsinin qarşısını almaq üçün yolların araşdırılması olub. Çünki artıq baş verənlər müəyyən mənada kütləvi itaətsizlik xarakteri daşıyır - məsələn, Fransanın La Rişe şəhərinin meri Filip Posuşa naməlum şəxslər hücum ediblər. Etirazçılar onun bağına daxil olaraq avtomobilini yandırmağa cəhd ediblər. Hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib. Posuşun sözlərinə görə, bir qrup şəxs onun avtomobilini yandırmağa nail olub, lakin o, hücum edənləri qovub və maşını söndürməyə başlayıb. Qeyd edək ki, bundan öncə Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyi, həyat yoldaşı və uşağının yaralandığını bildirilmişdi.
Fransanın hüquq-mühafizə əməkdaşları isə nümayişlərin iştirakçılarına qarşı odlu silah tətbiq edirlər. Bu barədə ölkə mediası məlumat yayıb. Yerli sakinlər iddia edirlər ki, atəş zamanı döyüş patronlarından istifadə olunub. Müvafiq görüntülər sosial şəbəkələrdə də yayılıb. Fransa hökuməti kütləvi etiraz aksiyalarını yatırtmaq üçün silahsız insanların üstünə 45 minlik jandarm ordusu yönləndirib. Bu isə artıq Makronun öz xalqına qarşı hərbi əməliyyatlara başladığını deməyə əsas verir. Xatırladaq ki, CNN TÜRK-ün məlumatına görə, Fransada etiraz aksiyaları zamanı 1311 nəfərin saxlanıldığı, ictimai yerlərdə 2560 yanğının baş verdiyi, 1350 avtomobilin yandırıldığı, 234 binanın yandırıldığı və ya zədələndiyi bildirilib.
Etirazlara qarşı zorakılıq...
Baş vermiş hadisə Makron hakimiyyətinin xalqın tam etimadını itirməsi və diktatura kimi davrandığını göstərir. Ümumiyyətlə, Makronun hakimiyyətə gəldiyi dövrlərdən - 2018-ci ildən bəri Fransada etirazlar daha da alovlanır. Başda yanacaq artımı və ağır iqtisadi şəraitə etirazı özündə əks etdirən etirazlar zamanla Fransa prezidenti Emmanuel Makronun sosial-iqtisadi, siyasi qərarlarına qarşı real təhdidə çevrilib. Fransa tarixində iz qoyan böyük şiddət hadisələri və polislə aktivistlər arasında şiddətli qarşıdurmalar uzun müddətdir ki, dünya mətbuatında yer almaqdadır. Hətta protestin illərlə davam etməsi, şiddətlənməsi və ya sonradan zəifləməsi fonunda etirazçılar fərqli adlar altında (məsələn “sarı jiletlilər”) Fransa hakimiyyətinə qarşı əsl müqavimət hərəkatına çevrilib. 2022-ci ildən isə etirazların yeni mərhələsinə start verilib ki, bu dəfə etirazçılar öz tələblərini daha mütəşəkkil şəkildə ortaya qoydular - sosial ədalət və daha çox demokratiya istəyənlərin dəyişməz tələbləri arasında siyasi tezislər də yer almaqdadır. Fransada etirazlar çərçivəsində polis zorakılığı nəticəsində yüzlərlə insan yaralanıb, bir çox insan isə əl və göz kimi mühüm bədən orqanlarını itirib, nümayişlərdə onlarla insan həlak olub.
Baş verənlər isə qeyd edildiyi kimi, etiraz yox, kütləvi itaətsizlikdir. Belə demək mümkündürsə, artıq xalq Makron hakimiyyətinin apardığı siyasətə qarşı açıq çıxışlar edir - etiraz və nümayişlərə isə əvvəllər əsasən sosial sahələri əhatə edən işçilər, həkimlər və sairə peşə sahibləri qatılırdısa, artıq etirazçıların sıraları daha da sıxlaşır. Makronun ilk beş illik mandatı müddətində yaranan və artıq 6-cı ildir ki, davam edən etirazlar isə artıq Fransanın 20 yə yaxın şəhərini əhatə edir. Nümayişçilərin tələbləri arasında inflyasiya, pensiya və işsizlikdən sığorta islahatı, enerji böhranı və bu kimi məsələlərlə yanaşı, irqi ayrı-seçkilik, diskriminasiyanın aradan qaldırılması, Fransanın son illərdə tutduğu qeyri-adekvat siyasətə etiraz kimi mühüm məqamlar da yer alır.
“O, ərəbin üzünü gördü”...
Baş verənlərin əsas motivi isə bəlli olduğu kimi, irqi ayrı-seçkilikdir. Öldürülən Əlcəzair əsilli, 17 yaşlı Nahel adlı gəncin anası Muniya da digər fəallar kimi, oğlunun qətlinə məhz irqinin səbəb olduğuna inanır. Bu barədə “France 5” telekanalına müsahibə verən Muniya qeyd edib ki, o, bütünlüklə polis qüvvələrini deyil, məhz oğlunu qətlə yetirmiş polis zabitini günahlandırır. “O, ərəbin üzünü gördü və onu öldürmək istədi”, - deyə Muniya oğlunu qətlə yetirən polis barədə iddia irəli sürüb. Gənclərin bu şəkildə öldürülməsi nə vaxta qədər davam edəcək? Neçə ana mənim aqibətimi yaşayacaq? Nəyi gözləyirlər?”, - deyə o əlavə edib.
Bəli, vurğulayaq ki, Fransanın insan hüquq və azadlıqlarına qarşı tutduğu mövqe, imperialist və neokolonist siyasəti hər kəsə bəllidir. 1524-cü ildən başlanan Fransa müstəmləkəçiliyini acı nəticələri hələ də yaddan çıxmayıb. Bu faktların arasında isə Əlcəzairə qarşı törədilmiş soyqırımları xüsusilə fərqlənir. 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda milyonlarla günahsız əlcəzairli həyatını itirib.
“1,5 milyon şəhid ölkəsi” və ya “Sena qətliamı”nın davamı...
Fransanın Əlcəzairdə törətdiyi soyqırımı tarixi və bəşəri cinayətdir. Ötən ilin noyabrında Ərəb Liqasının Zirvə Sammitində iştirak etmək üün Əlcəzairə səfər edən Prezident İlham Əliyev paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmişdi. Bildirilmişdi ki, fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Fransa hakimiyyəti bu faciə ilə bağlı da susqunluq nümayiş etdirib. Fransanın törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi görünür ki, davam etməkdədir.
Əlcəzair XİN bəyanat yaydı
Amma Əlcəzair dövləti rəsmi Parisdən fərqli olaraq qətl hadisəsi ilə bağlı susmayıb. Xarici mətbuatın yazdığına görə, Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb. Rəsmi Əlcəzair Parisi qəbul olunduqları torpaqda öz xalqı üçün təhlükəsiz həyat şəraiti yaratmamaqda günahlandırıb. Kommunikedə Əlcəzair dövlətinin 17 yaşlı Nahelin qətlindən və onun ölüm şəraitindən sarsıldığı bildirilib. Fransa hökumətinin insanları qorumaq üçün üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə ümid edildiyi vurğulanıb. Qeyd edilib ki, gənci güllələyən polis həbs edilsə də və “qəsdən adam öldürmə” maddəsi ilə istintaq altında olsa da, Əlcəzair hökuməti faciəli hadisəni yaxından izləyir, bu sınaq anında öz milli icmasının üzvlərinin yanındadır.
Bəyanat Fransada da birmənalı qarşılanmayıb. “Le Figaro”da dərc edilən bəyanatın altına şərh yazan fransızlar açıq şəkildə əlcəzairlilərdən onların ölkəsini tərk etmələrini tələb ediblər: “Özlərinin təhlükəsizliyi üçün qorxurlarsa, evlərinə qayıtsınlar”.
Yeri gəlmişkən, artıq bir sıra ölkələr Fransa ilə bağlı həyəcan təbili səsləndirirlər. Məsələn, Çinin Marseldəki Baş Konsulluğu Fransaya şikayət edib. Buna səbəb çinli turist qrupunu daşıyan avtobusun şüşələrinin sındırılması və nəticədə sərnişinlərin xəsarətlər almasıdır. Baş Konsulluq Fransanı Çin vətəndaşlarının və onların əmlakının təhlükəsizliyini təmin etməyə çağırıb. Açıqlamada deyilir ki, hadisədən sonra çinli turistlər Fransanı tərk edib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də Fransadakı iğtişaşlarla əlaqədar vətəndaşlara müraciət edib. Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31

