Avropa imtina etdi
07.07.2023 [10:45]
Dünyada az sayda xalq və yaxud ölkə tapmaq olar ki, başqalarının hesabına yaşamağı özləri üçün həyat tərzinə çevirsinlər. 44 günlük müharibədə ağır kapitulyasiyaya məruz qalan Ermənistan məhz belə ölkələr sırasında yer alır. Ermənistanı heç bir parametr baxımından müstəqil dövlət saymaq mümkün deyil. Onun Türkiyə və İranla sərhədləri başqa dövlət tərəfindən qorunur. Ölkə milli iqtisadiyyatın bir sıra strateji sahələrində mülkiyyət hüququndan məhrum qalıb. Keçmiş ittifaqın süqutundan sonra şərti müstəqillik qazanan Ermənistanda ən zəruri infrastruktur layihələrinin icrasına vəsait tapılmır, hətta sosial xərclər belə xaricdəki erməni lobbisindən, beynəlxalq donor təşkilatlardan və ayrı-ayrı ölkələrdən gələn ianələr hesabına qarşılanır. Bu cür ağır sosial-iqtisadi durum Ermənistanı siyasi müstəqillikdən də məhrum qoyub, ölkədə mühüm qərarlar gah bu, gah da digər mərkəzlərdən gələn diktələr əsasında çıxarılır. Bir qədər bundan əvvəl Ermənistan liderinin - baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin çətiri altına sığındığını əks etdirən foto KİV-in ön səhifələrində manşetlərə çıxarıldı. Həmin fotoda N.Paşinyanın üzündə çox məzlum, yazıq bir ifadə var. Bir ölkənin, xalqın liderinin başqa bir dövlətin rəhbərinin tutduğu çətirin altına sığınması özlüyündə bir göstəricidir və Ermənistanın forpost dövlət imicini əks etdirir.
İflasa uğrayan hərbi yardım istəyi
44 günlük müharibədən əvvəlki mərhələdə Ermənistan ordusunun təchizat məsələləri qonşu Rusiya vasitəsi ilə həll olunurdu. Regionda maraqları olan və bunu əsasən Ermənistan üzərindən təmin etmək istəyən Rusiya bu ölkədə hərbi baza qurub. Eyni zamanda, şimal qonşumuzdan Ermənistana müxtəlif adda silahların göndərildiyi heç kəsə sirr deyil. Bu silahlar Ermənistana ya pulsuz verilir, ya da çox aşağı qiymətlərə satılırdı. Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda reallıqlar dəyişib. Hazırda əsas diqqətini Ukrayna cəbhəsinə yönəldən Rusiya Ermənistanın silah təchizatını əvvəlki qaydada təmin etməyə maraqlı görünmür. Məğlub Ermənistanın silahlı qüvvələri 44 günlük müharibədə Müzəffər Ordumuz tərəfindən tar-mar edilib - çoxlu sayda müxtəlif növ silahlar ya döyüş meydanında sıradan çıxarılıb, ya da qənimət kimi götürülüb. Hazırda Ermənistan hökuməti dağılan ordusunu bərpa etməyə çabalar göstərir və hərbi yardım üçün müxtəlif ünvanlara üz tutur.
Ancaq belə görünür ki, bunu etmək Ermənistan üçün elə də asan deyil. Ölkə bütün dünyada nüfuzunu itirib, Fransa istisna olmaqla, başqa dövlətlər müxtəlif mərkəzlərə baxan və özgələrinin çətiri altına sığınan N.Paşinyana etimad bəsləmirlər. Budur Avropa İttifaqı (Aİ) da Ermənistanın hərbi yardım istəyinə “yox” deyib . Belə ki, Avropa İttifaqı Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib. Bu barədə parlamentin sədri Alen Simonyan məlumat verib. O, Polşaya səfəri zamanı prezident Andjey Duda ilə görüşdə Aİ-nin qərarından şikayət edib. Bildirib ki, Ermənistan hökuməti, inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib. Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. “Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib”, - deyə Simonyan vurğulayıb. O, Aİ-nin bu qərarının ölkəsində etirazlara səbəb olduğunu və birmənalı qarşılanmadığını bildirib.
Bundan əvvəl isə Ermmənistanın hərbi dəstəklə bağlı müraciətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən rədd cavabı verilmişdi. Xatırladaq ki, Ermənistanın hərbi birləşmələrinin 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlar hərbi toqquşma ilə nəticələndi. Ordumuz bu təxribatların qarşısını “Qətiyyətli cavab” əməliyyatı ilə aldı. Vasitəçilərin səyləri ilə davam etdirilən sülh prosesinə ciddi ziyan vuran toqquşmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bununla belə, ordumuzun cavab həmlələri ilə təxribatların qarşısı alınarkən texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyətdən, beynəlxalq birliyin və daxili auditoriyanın qınaqlarından yayınmaq məqsədilə yenə də manipulyasiyalara əl atdı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandasında təmsil olunan rəsmilər müxtəlif ölkələrin və ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinə telefon açaraq onlardan kömək dilədilər. Həmçinin KTMT-dən israrla hərbi dəstək istənildi. KTMT-yə üz tutan Ermənistan rəhbərliyi nəyə ümid edirdi? Təxribatlara rəvac verən Ermənistanın güvəndiyi yeganə amil bu ölkənin qurumda təmsilçiliyi ola bilərdi. Yardım istəyinin və yaxud tələbinin hər hansı bir hüquqi əsası isə yerli-dibli yox idi. KTMT-nin mövqeyinə təsir göstərən mühüm amillərdən biri də odur ki, qurumda təmsil olunan dövlətlərin əksəriyyəti Azərbaycanla yüksək səviyyəli münasibətlərə malikdir. Həmin dövlətlər respublikamızı Cənubi Qafqazın regional iqtisadi əməkdaşlığın inkişafına sanballı töhfələr verən açar dövləti kimi qəbul edirlər. Belə isə Ermənistan KTMT-də kimin dəstəyinə ümid bəsləyə bilərdi? Təbii ki, heç bir üzv dövlətin.
Təcəvüzkarlıq siyasəti - Ermənistanı dalana salan əsas səbəblərdən biri kimi
Ermənistanın acınacaqlı durumu çoxsaylı səbəblərlə şərtlənir ki, bunların sırasında bu ölkənin 30 il davam etdirdiyi təcəvüzkarlıq siyasəti mühüm yer tutur. Ermənistan havadarlarının dəstəyi ilə ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal altına aldı. Bu ölkədə işğalın əbədi olacağını düşünürdülər və Azərbaycanın davamlı çağırışlarına məhəl qoymayaraq konstruktiv, nəticəyönümlü danışıqlar aparmaq əvəzinə, müxtəlif manipulyasiyalara əl atırdılar.
Belə olan halda ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayan Azərbaycan işğalçı dövlətə qarşı həm də təcridetmə siyasəti apardı. Ölkəmizin israrlı mövqeyi, Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində Ermənistan bütün regional enerji və nəqliyyat layihələrindən kənarda qaldı. Müstəqillik dövründə respublikamızın moderatorluğu ilə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi transmilli layihələr reallaşdırılıb. Zamanında havadarları bu xətlərin Ermənistan üzərindən çəkilməsinə nail olmağa böyük canfəşanlıq göstərirdilər, hətta ölkəmizə münasibətdə təzyiq cəhdlərinə də şahidlik etdik. Müstəqil siyasi kurs həyata keçirən Azərbaycan belə təzyiqləri dəf etməyi bacardı. Bununla da Ermənistan regional və qlobal əhəmiyyətli layihələrdən kənarda qaldı. Bu gün qonşu Gürcüstan qeyd olunan layihələrdən böyük dvidentlər qazanır. Ermənistan isə dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32

