Deyilən söz imza ilə təsdiq olunmalıdır
13.07.2023 [10:35]
Azərbaycanın mövqeyi qəti və dəyişməzdir
Nardar BAYRAMLI
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.
44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq, Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib.
Mövqeyimiz aydındır və beynəlxalq hüquqa əsaslanır
Azərbaycan öz mövqeyi ilə sülh quruculuğuna mühüm töhfələr verir. Rəsmi Bakının mövqeyi konkret, qəti və birmənalıdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Xüsusilə də, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir. Beş bənddən ibarət olan baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Göründüyü kimi, rəsmi Bakının sülhün imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində dövlətimizin başçısı da bildirib ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Prezident qeyd edib: “Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir”.
Ermənistan Qarabağ və anklav kəndləri Azərbaycan ərazisi kimi tanıyıb
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatik siyasət konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru addımlar atılır. Bu gün sülh prosesində bir neçə beynəlxalq platforma mövcuddur. Bunlar Rusiyanın, Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə aparılan danışıqlardır. Rusiyanın vasitəçiliyi ilə liderlərin bir neçə üçtərəfli görüşləri keçirilib, bu görüşlərin nəticəsi olaraq üçtərəfli bəyanatlar imzalanıb. Sülh prosesində Brüssel formatı xüsusilə diqqəti cəlb edir. Belə ki, bu format çərçivəsində 2021-ci ilin dekabrından etibarən Şarl Mişelin vasitəçiliyi ilə liderlərin bir neçə görüşü keçirilib. Son zamanlar ABŞ da vasitəçilik prosesində əhəmiyyətli dərəcədə fəallaşıb.
Hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Bunun nəticəsindir ki, Ermənistanın 86.6 min kvadratkilometr ərazisi tanıdığını bəyan edib. Prezident
İlham Əliyev müşavirədə bu haqda bildirib: “Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.
Rəsmi İrəvan təxribatlara son qoymalıdır
Rəsmi İrəvan Azərbaycanın beş bənddən ibarət olan sülh sazişi üzrə təkliflərini qəbul etdiyini, ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, sülh prosesinə zərər vuran təxribatlarını da davam etdirir. Lakin erməni tərəfinin sülh müqaviləsinə imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktivdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Eləcə də, lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq rəsmi İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. Ona görə də, İrəvanın tezliklə sülh sazişinə imza atması onun üçün çox faydalı olacaq. Çünki Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırılmasından asılıdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

