YAP Mərkəzi Aparatının rəhbəri ilə ICAPP-ın baş katibi arasında görüş keçirilib
21.07.2023 [16:53]
Kamboca Krallığında iyulun 23-də keçiriləcək parlament seçkilərini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) missiyasının tərkibində müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov iyulun 21-də ICAPP-ın baş katibi Ahn Myung-soo ilə görüşüb.
Görüşdə Tahir Budaqov Yeni Azərbaycan Partiyasının ICAPP ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb. Öz növbəsində Ahn Myung-soo Yeni Azərbaycan Partiyasının ICAPP-ın Daimi Komitəsinin üzvü kimi qurumun fəaliyyətində yaxından iştirak etdiyini bildirərək birgə səylərlə əməkdaşlığın davamlı inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə YAP-ın yeni yaradılmış ICAPP Biznes Şurasındakı fəaliyyəti və əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Həmin gün ICAPP-dan olan müşahidəçilər “Kamboca Milli Assambleyasına seçkilərin tarixi və perspektivləri” mövzusunda Kamboca Milli Seçki Komitəsi, Vətəndaş Cəmiyyəti Alyansı Forumu və Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunmuş brifinqdə iştirak ediblər. Brifinqdə Kamboca Milli Assambleyasına Seçkilər haqqında Qanunun mahiyyəti, VII çağırış Milli Assambleyaya seçkilərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər, eləcə də Kambocanın tarixi və mövcud ictimai-siyasi vəziyyəti haqqında məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Günün sonunda ICAPP missiyasının üzvləri Baş nazirin keçmiş müavini mərhum Samdek Vibol Panha Sok Anın həyat yoldaşı xanım Eni Sok Anın adından verilən şam yeməyinə qatılıblar.
Qeyd edək ki, ICAPP-ın müşahidə missiyasının tərkibinə YAP üzvü, “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru, ICAPP Biznes Şurasının üzvü Ruslan Quliyev də daxildir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10

