Fransa hara və niyə tələsir?
26.07.2023 [11:23]
MÜBARİZ
Fransanın kiçik bacısı sandığı Ermənistana növbəti dəfə dəstək verməyə hazırlaşdığı xeyli vaxt idi ki, müzakirə mövzusu idi. Söhbət Fransanın uzaq məsafələri yaxın edib Qərbi Zəngəzurda - Gorusda konsulluq açamaq niyyətindən gedir. Bütünlüklə güclü erməni lobbisinin təsiri altında olan Fransa hökuməti indiyədək kluarlarda aparılan müzakirələri masa üzərinə daşıyaraq konsulluğun açılması istiqamətində əməli işə keçib. Belə ki, Fransa Milli Assambleyasında Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petel və Senatda analoji qrupun sədri Gilbert-Lyuk Devinaz ölkənin xarici işlər naziri Ketrin Kolonnaya Gorusda konsulluğun açılması “zərurətinin əsaslandırıldığı” rəsmi məktub göndəriblər. Məktubda Ermənistanın cənubunda yerləşən Sünik rayonu əhalinin ən az məskunlaşdığı dağlıq rayon olmasına və coğrafi “təcridinə” baxmayaraq, strateji məntəqə kimi təqdim olunub. Məktubda Ermənistana qarşı yönələn “Bosfor boğazının türk əhalisini Xəzər dənizi regionu ilə birləşdirmək üçün” hansısa absurd pantürk plandan, hərbi tarazlığın Azərbaycanın xeyrinə dəyişməsindən, Ermənistana qarşı mümkün yeni təcavüzdən bəhs olunur. Saxta göz yaşları içində vurğulanır ki, Ermənistanın sözügedən təhlükəyə qarşı durmaq üçün müttəfiqləri azdır. Onların arasında Fransa Ermənistanın ərazi bütövlüyünə və erməni əhalisinin təhlükəsizliyinə təminat verən ən sədaqətli dövlətlərdən biridir.
Zəngəzur dəhlizində hərənin öz marağı
Açıq-aydın görünür ki, Azərbaycan-Ermənistan münasibətlərində müşahidə edilən son proseslər regionda və uzaq coğrafiyalarda yerləşən ölkələrdə asanlıqla həzm edilmir. Məlumdur ki, son vaxtlarda Brüssel və Vaşinqton formatlarında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində müəyyən irəliləyişlərə nail olunub. Ermənistan lideri əvvəlcə Praqa sammitində, sonra isə daxili auditoriya qarşısında Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hazırda sərhədlərin delimitasiya və demarkasiya prosesinə start verilməsi üçün müvafiq komissiyalar müntəzəm görüşürlər. Eyni zamanda, həm Brüssel, həm də Vaşinqton formatında üçtərəfli Bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılması, o cümlədən də Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin yaradılmasının zəruriliyi vurğulanıb. Respublikamız bu məsələdə israrlı yanaşma sərgiləyir.
Sülyaratma prosesində hadisələrin bu məcrada inkişafı fonunda Fransa, İran və Rusiya təşəbbüsə yiyələnmək istəklərini ortaya qoyurlar. Qeyd edək ki, İran rəsmiləri bundan əvvəl Zəngəzur dəhlizi ilə bağlı müəmmalı fikirlər ifadə ediblər və “sərhədlərin dəyişməsinin ölkələri üçün qırmızı xətt” olduğunu bəyan ediblər. Halbuki, Zəngəzur dəhlizi hansısa bir ölkənin, o cümlədən də İranın ərazi bütövlüyünə hansısa bir təhdid yaratmır.
Fransanın pis ənənəsi
Fransanın mövqeyi bəhs olunan məktubda bir daha ifadə olunub. Son 30 ildə-təcavüzkar Ermənistanın havadarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Fransa rəsmiləri açıq-aşkar birtərəfli mövqe tutaraq işğalçının yanında yer alıblar. Hazırda isə prezident E.Makron ənənəni daha eybəcər və çılpaq formada davam etdirir. Eyni zamanda, Fransa parlamentinin hər iki palatası da xorda səslərinin daha gur eşidilməsi üçün dəridən-qabıqdan çıxırlar. Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Aradan iki il ötəndən sonra - 2022-ci ilin sonlarında Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə qətnamələr qəbul olundu. Həmin qətnamələrdə hətta öz torpaqlarını işğaldan azad edən Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırış da edilirdi. Ancaq həmin qətnamələri arxivlərdə toz basmaqdadır, heç yada da düşmür. Bu kağız parçaları Azərbaycana nifrətin, erməni lobbisinə yarınmağın əlaməti olaraq qəbul edilib və ilk növbədə Fransa parlamentinin, onun üzvlərinin imicinə zərbə vurub. Belə görünür ki, adları çəkilən parlamentarilərdən ötrü şərəf, ləyaqət önəm kəsb etmir. Onlar üçün önəm daşıyan əsas məsələ erməni lobbisinin rəğbətini qazanmaqdır. Qətnamələrin taleyi isə heç onların özlərini də maraqlandırmır. Sözügedən məktubun ərsəyə gəlməsini də Fransa parlamentində, bütövlükdə, ölkənin hakimiyyət strukturlarında formalaşan pis ənənənin davamı kimi səciyyələndirə bilərik.
Avropa İttifaqının ümumi maraqlarına zərbə
Fransa sülyaratma prosesi və Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalar ortaya qoymaqla əslində Avropa İttifaqının (Aİ) ümumi maraqlarına zərbə vurmuş olur. Başqa cür necə dəyərləndirək? Aİ ilə Azərbaycan arasında enerji dialoqunun uzun tarixi var. Son olaraq 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu, Azərbaycanla Aİ arasında enerji dialoqunun perspektivlərinə dair yol xəritəsi sayılır. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xatırladaq ki, məlum geosiyasi gərginliklər fonunda enerji təchizatı “qoca qitə” üçün həyati əhəmiyyətli bir məsələyə çevrilib. Azərbaycan Avropanın başqa mənbələrdən kəskin şəkildə azalan təchizatını qarşılamağa geniş imkanları olan ölkədir. Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının Prezidenti “Twitter” hesabında belə bir paylaşım edib. O, Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula Von der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”, - deyə Avropa İttifaqının rəsmisi vurğulayıb.
Əlavə şərhə ehtiyac qalmır. Böyük Avropa Azərbaycanın “qoca qitə”nin enerji təhlükəsizliyinə töhfələrini yüksək dəyərləndirdiyi halda, Fransanın siyasi hakimiyyəti, bu ölkənin parlamentinin təmsilçiləri sülyaratma prosesinə hansısa bir formada pəl vurmağa cəhd göstərirlər. Məlum geosiyasi gərginliklər fonunda Zəngəzur dəhlizinin açılması Avropa İttifaqının siyasi və iqtisadi maraqlarına tam uyğundur. Avropa İttifaqının yüksəksəviyyəli rəsmiləri Zəngəzur dəhlizinin önəmini dəfələrlə vurğulayıblar. İndi Avropaya daşımaların təhlükəsiz həyata keçiilməsi üçün yeni marşrutlar lazımdır. Bu kontekstdə Zəngəzur dəhlizinin alternativi yoxdur. Yeni marşrut nisbətən qısadır, infrastrukturun böyük hissəsi hazırdır. Belə olan halda Fransanın Zəngəzur dəhlizini açılmasına əngəllər yaratmağa çalışması suallar doğurur.
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

