Sirli uzlaşma “nöqtəsi”...
27.07.2023 [10:00]
Qərb bütün mövzularda Rusiyanı düşmən saysa da...
44 günlük Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə, ədalətin bərpasına yol açdı. 30 ilə yaxın icrası həyata keçirilməyən BMT TŞ-nin məlum 4 qətnaməsi məhz Azərbaycan tərəfindən icra edildi. Diqqət yetirsək, uzun illər Azərbaycana qarşı fərqli standartlardan çıxış edən beynəlxalq təsisatlar ədalətin bərpası üçün heç bir təsiredici vasitələrdən istifadə etməyib. Digər ölkələrə münasibətdə daha fərqli mövqe tutan, hətta qəbul edilən hər hansı bir sənədin 2 saat ərzində icrasına nail olan bu təsisatlar 30 ilə yaxın Ermənistana qarşı yalnız “tövsiyəedici” fəaliyyətdən başqa heç nə ilə yadda qalmadı.
Qələbəmiz Minsk qrupunu “dəfn etdi”...
Bu mənada, ATƏT-in tarixə qovuşmuş “Minsk qrupu”nun fəaliyyət(sizliy)i xüsusilə seçilir. Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan “Minsk qrupu”nun əsası 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyulub. Həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunub. Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.
Nəticə etibarı ilə isə, bu dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə yüzlərlə, bəlkə də minlərlə səfərləri gözdən pərdə asmağa xidmət etdi, problemin həllində iştirak isə ümumiyyətlə nəzərə çarpmadı. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupunun fəaliyyətsizliyi isə həm də beynəlxalq hüquqa qarşı qurumun hörmətisizliyi idi.
Nəhayət, ATƏT-in Minsk qrupu tarixin arxivinə yollanıldı - 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bildirmişdi ki, beynəlxalq ictimaiyyət Azərbaycan əhalisinin başına gələn humanitar fəlakətə göz yumurdu. Dövlət başçısı vurğulamışdı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə işğal olunmuş ərazilərə səfər ediblər, burada bütün şəhər və kəndlərin vəhşicəsinə viran edilməsinin, ermənilərin ərazilərimizdə qanunsuz məskunlaşmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar: “27 illik qondarma fəaliyyəti ərzində Ermənistanı qınayan bircə söz belə deyilməmişdi. İndi isə ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdlərini görəndə, əlbəttə ki, biz bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını yerinə yetirmək üçün heç nə etməyiblər. Etdikləri yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə leqallaşdırmaq, təcavüzkarla təcavüzün qurbanı arasında balans yaratmaq cəhdləri olub. Azərbaycan özü beynəlxalq hüququ bərpa etdikdən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdikdən sonra bizim artıq vasitəçiyə ehtiyacımız yoxdur”.
Minsk qrupu keçmişdə qaldı...
Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib və 2 ilə yaxındır ki, regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün iki istiqamət üzrə proses aparılır. Son bir neçə ayda bu proseslərdə müəyyən aktivlik hiss edilir - məsələn, Ermənistan artıq bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyü faktını detallı şəkildə tanıyıb. Məsələ bir neçə istiqamət üzrə yekun nəticələrin əldə olunması ilə finala doğru irəliləyəcək. Başqa sözlə, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddiası irəli sürməyəcəyi ilə bağlı öhdəlik götürməli və digər şərtlərə əməl etməlidir. Yəni, proses nəticəyə yaxınlaşır.
Amma daima öz bəyanatlarında nəticənin vacibliyi amilinə toxunan, hətta birbaşa təmaslara üstünlük verilməsinin tərəfdarı kimi çıxış edən Qərbin, o cümlədən ABŞ-ın bəzi hallarda Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdləri də müşahidə olunur. Bu, Qərbin siyasi riyakarlığının təzahürü sayıla bilər. Minsk qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Çünki artıq Minsk qrupunun yaranmasını zəruri edən situasiya aradan qalxıb - Azərbaycanın ərazi bütövlüyü təmin olunub.
“Sövdələşmə” arzusu...
Hazırda geosiyasi rəqibə çevrilmiş Rusiya ilə Qərb arasında bir çox cavabını gözləyən suallar var:
- Krımla bağlı məsələ;
- Avropanın enerji təhlükəsizliyi məsələsi;
- “Taxıl sazişi” məsələsi və bu kimi bir sıra açıq suallarda Qərb Rusiya ilə hətta eyni masa arxasında oturmağı belə “qəbul etmir”.
Bəzi hallarda Kremllə adi müzakirələrin aparılması məsələsində belə Qərbin aqressiv reaksiyasının şahidinə çevrilirik. Bunun səbəbi də bəllidir - Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe bildirir, onu düşmən sayır. Qərb Avropanın şərqində Rusiya ilə açıq döyüşə girməsə belə onu sıradan çıxarmaq üçün bütün potensialının hazır olduğunu dilə gətirir. Bütün beynəlxalq təsisatlar Rusiyaya qarşı iqtisadi-siyasi rıçaqlardan istifadə edir. Kreml bir sıra Avropa təşkilatlarının tamhüquqlu üzvü statusunu belə itirib. Bu kimi misallar çoxdur. Nəticədə mənzərə onu deməyə əsas verir ki, Qərblə Rusiya heç bir nöqtədə uzlaşa bilməz. Maraqlıdır ki, Qərb yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür. Bunun səbəbləri maraq doğurur...
Fransa müəmması...
Hazırki danışıqlar prosesində ABŞ və Rusiya birbaşa və ya dolayısı ilə vasitəçi rolda çıxış edir. Ötən ilin sonundan etibarən “dəfn edilmiş” Minsk qrupunun sonuncu üzvü - Fransanın da prosesə “cəlb edilməsi” üçün müəyyən cəhdlər nəzərə çarpır. Fransanın ermənipərəst mövqeyi hər kəsə bəllidir - bu mənada, rəsmi Parisin səmimi şəkildə vasitəçi rolunda çıxış edəcəyi bütün hallarda şübhə doğurur. Proses özü bunu sübut edir:
- Müharibədən öncəki başıbəlalı Minsk qrupu dövründə rəsmi Paris daima Ermənistanı dəstəkləyib;
- Müharibə dövründə qeyri-adekvat açıqlamaları ilə yadda qalıb;
- Postmüharibə dövründə açıq şəkildə beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirib.
Demək ki, “Minsk qrupu”nun dirildilməsi ilə bəzi beynəlxalq oyunçular regionda yeni və ya yenidən təsir mexanizmi formalaşdırmaq istəyir. Xüsusilə, bu kimi cəhdlər məsələni hazırki status-kvo vəziyyətində saxlamağa, qeyri-müəyyənlik yolu ilə regionda təhlükəsizliyin bərpası prosesini ləngitməyə, ən əsası regional və qlobal iqtisadi layihələrin gerçəkləşməsinə maneə yaratmağa xidmət edir. Bu, açıq şəkildə görünür və yeni iqtisadi-siyasi münasibətlər sistemi ilə, Qərbin özünün iddia etdiyi ədalətli və hüquqi həll prosesi ilə ziddiyyət təşkil edir...
Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi qəbuledilməzdir
Azərbaycan 2020-ci ilin noyabrında öz gücü ilə regionda yeni siyasi reallıqlar formalaşdırıb. Bu siyasi reallıqlardan biri isə Ermənistanın uzun illərdən bəri terrora və təcavüzkarlığa əsaslanan, yalan iddialara söykənən siyasətinin qarşısının alınması, regionda yeni münasibətlər sisteminin formalaşdırılmasıdır. Azərbycan qlobal iqtisadi xəttin ən mühüm stansiyalarından biri olan Cənubi Qafqaza sülhün gəlməsi üçün bütün gücünü səfərbər edib. İllərdir ki, ilmə-ilmə hörülən və regional inkişafı hədəfləyən bu siyasi kurs artıq mühüm nəticələrə nail olub. Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi isə prosesin qeyri-müəyyən vaxta qədər dondurulmasını, yenidən siyasi manipulyasiyalara yol verilməsini, “turist səfərlərinin” yenidən başlamasını aktuallaşdıra bilər ki, bu da Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək. Artıq 30 illik işğal dövrü geridə qaldı və yeni siyasi situasiya ortadadır - Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur. Bu vahid mövqe, vahid təsəvvür isə prosesin tam şəkildə yekunlaşmasını hədəfləyir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

