Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BQXK-nın biganəliyi...

BQXK-nın biganəliyi...

27.07.2023 [11:01]

Təşkilat itkin düşmüş azərbaycanlıların taleyi ilə niyə maraqlanmır?

Nardar BAYRAMLI

Son zamanlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin adı və fəaliyyəti gündəm mövzularından biridir. Bunun səbəbi isə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin müalicə üçün Ermənistana məhz BQXK-nın vasitəsilə aparılıb-gətirilməsidir. Təşkilat öz mandatına uyğun fəaliyyət göstərdiyini, hər hansı tərəf tutmadığını bəyan etsə də, əslində “erməni təəssübkeşliyi” ortadadır. BQXK-nın son bəyanatında da bu yanaşma hiss olunur.

Amma, nədənsə, BQXK müharibədən əziyyət çəkmiş, ermənilər tərəfindən girov götürülmüş və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı o qədər də narahat deyil. Ən azı təşkilatın bu yöndə ciddi fəaliyyət ortaya qoymaması belə düşünməyə əsas verir. Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamız genişmiqyaslı humanitar fəlakətlə üzləşib. Xüsusən də intensiv hərbi əməliyyatların başladığı 1991-ci ilin sonundan etibarən mülki əhali öz ata-baba yurdlarından qovulub, girov götürülüb, əzab-əziyyətlərə məruz qalıb və itkin düşüb.

3890 itkindən yalnız 138...

Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası  yaradıldığı 1993-cü ildən etibarən Azərbaycan Respublikasının qoşulduğu 1949-cu ?? 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələbləri ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq şəraitində işləyib. Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Yalnız 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib.

Məsələ burasındadır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi həmin insanların taleyinə biganə yanaşır. Təşkilat nəyə görə hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır? Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciəti cavabsız qalır. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya vaxtilə işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.

54 hərbçi ailəsi ilə BQXK vasitəsilə əlaqə saxlasa da...

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi o dövrdə BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. BQXK bu hərbi cinayətin araşdırılması istiqamitəndə heç bir səy göstərməyib. Digər tərəfdən, BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bu da BQXK-n?n itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının və öz mandatına uyğun fəaliyyətdə olmamasının göstəricisidir.

Bütün bunların fonunda BQXK hazırda Ermənistanın və Qarabağ separatçılarının təxribatlarına rəğmən Laçın yolunun digər nəqliyyat vasitələri üçün də açılması yönündə “canfəşanlıq” edir. Erməni təəssübkeşliyinin nəticəsidir ki, təşkilat humanitar missiya adı altında qaçaqmalçılığa da şərait yaradıb. İyulun 11-də Dövlət Sərhəd Xidmətinin açıqladığı məlumat da bunu təsdiqləyir.

Laçın nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı vaxtdan Beynəlxalq Qırmızı Xaç Komitəsinə  məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb.

BQXK qanunsuz əməllərinə  haqq qazandıra bilməz

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri “humanitar missiyanın” başqa məqsədlərə də xidmət etdiyini aşkara çıxardı. Məsələ ilə bağlı BQXK-nın açıqlaması onların qanunsuz əməllərinə  heç bir haqq qazandıra bilməz.

Bu gün BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində mövcud formatda fəaliyyəti üçün heç bir hüquqi və humanitar zəmin yoxdur. Hüquqi aspektdən yanaşsaq, 1949-cu il Cenevrə konvensiyaları, onun 1977-ci il protokolları və 2005-ci il Əlavə protokollarının iştirakçısı olan dövlətlər təsisata silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib. Belə bir vəziyyətdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlikdir. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Ona görə də, təşkilatın Xankəndidəki ofisi İrəvana yox, Bakıya tabe olmalıdır. Eyni zamanda, onların fəaliyyəti Ağdam-Xankəndi yolu üzrə tənzimlənməlidir.

Göründüyü kimi, BQXK fəaliyyətində qeyri-obyektiv yanaşma sərgiləyir. Əgər belə olmasaydı, təşkilat öz mandatı çərçivəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi ilə ciddi məşğul olardı. Təəssüf ki, biz bunun əksini görürük.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31