“Görüş” təklifi gündəmə gətirilir
29.07.2023 [10:00]
Rusiya təklif edir, ermənilər təmasa can atırlar...
2020-ci il - Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm reallıqlardan biri də Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı - Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi və martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. Daha sonra isə Azərbaycan dövləti Xocalı şəhərində keçirilmiş görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərinə görüşə çağırmışdı. Azərbaycanın erməni vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırışı isə qondarma seaparatçılar tərəfindən manipulyasiyaya uğramışdı - onlar, bu çağırışı, inteqrasiyanı özləri üçün böyük təhdid saymışdılar və bu kimi görüşlərin baş tutmasına maksimum mane olmaq istəmişdilər.
Bu ilin aprel ayında isə, Ermənistan mətbuatı Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürduüyünü yazmışdı. Təklifin separatçı rejim tərəfindən irəli sürüldüyü bildirilən xəbərdə qeyd olunurdu ki, qondarma separatçı rejim görüşün Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə keçirilməsi təklifini göndərmişdi. Azərbaycan belə bir görüşün keçirilməsinə razı olmamışdı.
İstəmirlərsə, demək, istəmirlər
Təklifin Qarabağın erməni ictimaiyyətindən deyil, separatçı rejimdən çıxması özü hər şeyi ortaya qoyurdu və bunun altında bəzi gizli və çirkin maraqların yatması şübhəsiz idi. Belə ki, ötən 30 illik işğal dövründə də, eyni zamanda, II Qarabağ müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz özünün humanizmini ortaya qoyub. Bu humanist davranışa layiqincə qiymət verməyənlərlə danışıq aparmaq əbəsdir. Şuşada Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi: “Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər”.
Lavrovun təklifi...
Xarici İşlər nazirlərinin sonuncu Moskva görüşündə bu tip təmasların yaradılması məsələsi yenidən gündəmə gətirilib. Rusiyanın XİN rəhbəri Sergey Lavrov hətta belə görüşlərin “zəruriliyi” barədə söz açıb - Ermənistanın bu kimi görüşlər üçün Qarabağ ermənilərini “başa salacağını” deyib. Maraqlıdır ki, Rusiya tərəfinin bu mövqeyi hər kəsdən qabaq qondarma “separatçı” rejimi “narazı salıb”. Onlar Rusiyanın mövqeyini “Azərbaycanpərəst” adlandırıblar. Bu da azmış kimi, hətta Moskvanı “Azərbaycanı dəstəkləməkdə” ittiham ediblər.
Təbii ki, bu kimi davranışlar bir çox mətləbdən xəbər verir - birincisi, qondarma rejim onlarla kiminsə görüşməsi üçün əldən-ayaqdan gedirlər. Amma Azərbaycanın bununla bağlı mövqeyi də bəllidir. Yəni, separatçıların bu “narazılığı” əslində görüşə dördəlli hazır olmalarının mesajı sayılır. Sadəcə, son qərar hər zaman olduğu kimi Azərbaycanındır. Dövlətimiz nəyi və nə vaxt edəcəyini bilir...
Təklifi dəyərləndirməyənlər anlamırlar ki...
Dünənə qədər Azərbaycanın Bakıda görüş keçirməklə bağlı təklifini dəyərləndirməyənlər anlamırlar ki, dövlətimiz hər zaman problemlərin danışıq və ya sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Görüş təklifinin, xüsusilə bu görüşün Bakıda təşkili isə mühüm arqumentlərə əsaslanır. Təbii ki, həm Xocalı, həm də Bakı Azərbaycan torpağıdır. Amma görüşün paytaxtımızda reallaşması əlavə üstünlüklər verir. O baxımdan ki, Bakıdakı görüş 30 ilə yaxın Azərbaycandan məcburən kənar düşmüş vətəndaşların reinteqrasiyasının daha da güclənməsini şərtləndirən amilə çevrilə bilər. Eyni zamanda, bu, həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayacaq. Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi ola bilərdi. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görmək imkanı qazanacaqdı. Prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ formalaşdıracaqdı. Amma Qarabağ erməniləri bu təklifi lazımi şəkildə dəyərləndirə bilmədilər. Bu mənada da, indi dolayısı ilə - hətta ayrı-ayrı dövlətlərin “dili” və “xahişi” ilə yeni görüşlər arzusunda olduqlarını ortaya qoyurlar...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

