32 ildir ki...
17.08.2023 [10:20]
Naxçıvan blokadadadır
İrəvanın ağ yalanına şərik olan “xor”un qərəzi
Ermənilərin Laçın dövlət sərhəd buraxılış məntəqəsinin önündə başlatdığı qondarma “blokada” oyunu qərəz və yalan təbliğatı üçün “vasitədir”. 30 il öncə - Azərbaycan torpaqlarını işğal edən zaman da ermənilər bu kimi qara təbliğatdan istifadə edirdi. Özləri işğal edirdi, talayırdı, insanları əsir, girov götürürdü, soyqırımları həyata keçirirdi, amma Azərbaycanı dünyada “təcavüzkar” kimi tanıdırdı. Düzdür, dövr həmin dövr deyil və erməni yalanları artıq ayaq tutsa belə yeriyə bilmir, amma bununla yanaşı Ermənistanın taktikası dəyişmir. Yenə də eyni strategiyadan istifadə etməklə Azərbaycana qarşı haqsız kampaniya aparılır. Ermənipərəst xora qoşulanlar isə daima fürsət güdənlərdir. Fransanın “drijorluğu” ilə başladılan bu kampaniyada beynəlxalq hüquq və beynəlxalq konvensiyalar ayaqlar altına alınır, insan hüquq və azadlıqları, dövlətlərin ərazi bütövlüyünə hörmət anlayışı tam şəkildə pozulur, ən əsası ədalət mizanı pozulur. Bu gün ermənilərə qoşularaq bizə qarşı nahaq kampaniyaların tərkib hissəsi kimi çıxış edənlər dünyada ədalət anlayışının yoxa çıxmasına, məhv olmasına “vəsilə” olurlar.
Reallıq ortadadır - heç bir blokadadan söhbət gedə bilməz
Bu gün Azərbaycanı “blokada”da ittiham edən ermənilərin danışdıqları yalanlar ortadadır. 30 ilə yaxın işğalçılıq siyasəti yürüdən, təcavüzkarlıq edən, yüz minlərlə insanın öz doğma evində yaşamaq hüququnu əlindən alan Ermənistan yenidən özünü “diqqət mərkəzinə” daşımaq istəyir. Səbəb bəllidir - 2020-ci ilin sentyabrından etibarən sürətlə erməni yalanlarının ifşası prosesi baş verdi - Prezident İlham Əliyevin müharibə dövründə 30-dan çox xarici və populyar KİV-ə verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin üzərinə işıq salmış oldu. Bütün dünya anladı ki, XXI əsrdə, dünyanın ən sivil regionlarından birində ermənilərin təcavüzkarlığı nəticəsində bir milyondan çox insan öz evində yaşamaq hüququndan məhrum olunub. Bu həqiqətlərin yayılma sürəti ilə paralel erməni təbliğatının iflası da yaşanırdı. Azərbaycan isə növbəti dəfə humanistlik nümayiş etdirdi - sülh, münasibətlərin normallaşması prosesi gündəmə gətirildi. Kapitulyasiya imzalayan və məğlubiyyətini bəyan edən Ermənistan üçün bir şans tanındı - artıq bu ölkə də “vassallıq”dan xilas ola, müstəqil həyata qədəm basa bilərdi. Təbii ki, erməni məkri buna imkan vermir.
Bu gün Laçın rayonu ərazisində oynanılmasına çalışılan oyunun heç bir əsası yoxdur. Bütün şərtlər və faktlar bunu sübut edir:
- Laçın dövlət sərhəd buraxılış məntəqəsi fəaliyyət göstərir;
- Oradan açılan gündən bu yana 2 mindən artıq insan istifadə edib;
- Bütün humanitar yüklərin daşınması, o cümlədən digər vacib zəruri daşınmalar təmin edilib;
- Laçın postunda heç bir erməni ilə kobud və ya qanundan kənar rəftar qeydə alınmayıb.
Qeyd olunanlar ermənilərin danışdıqlarının və iddia etdiklərinin yalan olduğunu sübuta yetirən güclü arqumentlərdir. Aprelin 23-dən bu günə qədər dəfələrlə həm Ermənistanın, həm də qondarma separatçı rejimin silahlı birlikləri Laçın dövlət sərhəd xidmətini atəşə tutub - buna, Rusiyanın sülhməramlı kontingenti də şahidlik edə bilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin qanunsuz şəkildə daşıdığı malları isə şərhsiz yada salırıq. Belə bir mənzərədə ermənilərin “blokada” iddialarının əsassız və qərəzli olduğu birinci addımdaca üzə çıxır.

Yalan hay-küyün səbəbi...
Blokada nədir? Blokada - obyektin təcrid olunması istiqamətində əməliyyat, onun xarici əlaqələrinin məhdudlaşdırılması yolu ilə həyata keçirilən bir nəsnədir. İndi gəlin görək, ermənilərin iddialarının “blokada” anlayışı ilə uyğunluğu varmı - birmənalı şəkildə yoxdur. Axı, Qarabağda yaşayan ermənilərin hər hansı bir təcrid olunma halı qeydə alınmayıb. Qeyd edildiyi kimi, onlar Laçın dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə Ermənistana rahat şəkildə gedib-gələ bilirlər. Hətta xarici KİV-lərdə bununla bağlı razılıq edən ermənilərin də sayı az deyil.
Bütün “səs-küyün” səbəbi hər kəsə bəllidir - bəzi güclər, Ermənistan və onun havadarları Azərbaycanın regionun gələcək inkişafı üçün planlaşdırdığı inkişaf yoluna maneə yaratmaq istəyir. Qondarma rejimi yenidən diriltmək və aktuallaşdırmaq kimi cəhdlər də buna hesabalanıb. Amma Azərbaycanın mövqeyi qətidir - Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq rəy məhz bunu dəstəkləyir. Ölkəmiz heç bir blokada filan yaratmayıb - humanitar adlanan yüklər isə Azərbaycanın təklif etdiyi alternativ marşrutla da daşına bilər. Ağdam - Xankəndi yolu bunun üçün ən əla xətdir. İkinci bir tərəfdən, Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşlarının reinteqrasiya prosesinin sürətlənməsi qarşılığında kiminsə bizim ərazimizə “humanitar yardım” göstərməsinə də hacət qalmır. Azərbaycan öz vətəndaşlarının bütün hüquq və azadlıqlarını öz qanunları çərçivəsində bərabər şəkildə təsbit edir. Etnik kimlik Azərbaycanda hansısa xüsusi imtiyaza və ya hüquqsuzluğa zəmin yaratmır.
Ermənistan 32 ildir Naxçıvanı blokadada saxlayır
Görəsən, yalandan hay-haray salaraq Azərbaycanın “blokada” yaratdığını qışqıran Ermənistan niyə unudur ki, 32 ildir Azərbaycanın suveren ərazisi olan Naxçıvanı blokdada saxlayır. Əsl blokada budur - 11 sentyabr 1991-ci ildən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı kommunikasiya əlaqəsi məcburən dayandırılıb. İllərdir ki, Ermənistan bu əlaqənin qarşısını kəsib. İnsanlar öz doğma yurd-yuvalarına quru yolla getmək imkanlarını itiriblər. Azərbaycan ilə Naxçıvan arasında heç bir quru yolla kommunikasiya imkanı yoxdur. Ermənistan bütün beynəlxalq konvensiyaları tapdalayaraq Azərbaycan vətəndaşlarının öz evinə getmək, öz ərazisinə keçmək hüququnu tapdalayır. Maraqlıdır ki, bu fakt bütün beynəlxalq təsisatlar tərəfindən göz ardı edilib. Bir dəfə də olsun BMT və ya başqa bir beynəlxalq təşkilat bu məsələ ilə bağlı həyəcan təbili çalmayıb. 460 mindən artıq Azərbaycan vətəndaşı Ermənistanın yaratdığı blokada ucbatından ana vətəni ilə quru yolla gediş-gəliş imkanını itirib.
Üçtərəfli bəyanatdan irəli gələn öhdəlik yerinə yetirilmir
Ermənistanın qanunsuz addımları bununla da bitmir. 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda Naxçıvanın blokadadan çıxarılması məsələsi öz əksini tapmışdı - bununla bağlı xüsusi müddəa belə qeyd edilmişdi. Belə ki, bəyanatın 9-cu maddəsində göstərilirdi ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir”. Bəyanatın imzalanmasından 3 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Niyə beynəlxalq aləm bir dəfə olsun Ermənistanı öhdəliyini yerinə yetirməyə çağırmır. Münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar prosesində bu məsələ zaman-zaman gündəmə gəlir - amma rəsmi İrəvan quru sözdən başqa bir şeylə yadda qalmır.
Beləliklə, bütün dünya açıq şəkildə Azərbaycanın deyil, Ermənistanın blokada siyasəti yürütdüyünü görür. Təəssüf ki, bu mənzərə qarşısında dünya ictimaiyyəti susqunluq nümayiş etdirir. Amma haqq nazilir, üzülmür - zaman gələcək ki, erməni yalanları, erməni haqsızlığı bumeranq effekti ilə həm İrəvanın, həm də onu dəstəkləyən “xorun” özünün başına dəyəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43