Parisin “kolon(na)” siyasəti...
17.08.2023 [10:40]
Fransalı nazir özünü ifşa edir
Özünü “demokratiya”nın beşiyi sayan Fransa növbəti dəfə beynəlxalq hüquqa qarşı hörmətsizlik nümayiş etdirir. Son dövrlərdə rəsmi Parisin gündəmində daha da intensiv hal almış Azərbaycana qarşı çirkin kampaniyaların həyata keçirilməsi, beynəlxalq hüququn ayaqlar altına alınması, demokratik prinsiplərə qarşı laqeyd münasibət yenidən öz təzahürünü tapır - Parisin bir ovuc erməni lobbisinin əlində oyuncağa çevrilməsi faktı təsdiqlənir. Ermənipərəst xora “rəhbərlik” edən Fransa dünya ictimaiyyətinin gözü önündə, beynəlxalq aləmə nümayiş etdirə-etdirə imzaladığı bütün konvensiyaları - hüquqi sənədləri pozur. Azərbaycana qarşı edilən bu haqsızlıq isə Parisə yəqin ki, baş ucalığı gətirməyəcək...
Fransanın “narahatlığı”...
Anti-Azərbaycan kampaniyasının “moderatoru” olan Fransa Ermənistanı təlimatlandırmağa da davam edir. Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna BMT Təhlükəsizlik Şurasının iclası öncəsi erməni həmkarı Ararat Mirzoyan ilə telefonla danışıb. Təbii ki, əsas mövzu “blokada” yalanın “genişlənmə perspektivi” olub. Fransalı nazir utanmadan Qarabağda yaşayan ermənilərin səkkiz aydan artıqdır ki, “əziyyət” çəkdiyini bildirib, üstəlik, təmsil etdiyi dövlətin “narahatlığını” da ifadə edib.
Xüsusi vurğulanmalıdır ki, Fransa XİN-in telefon danışığı ilə bağlı yaydığı məlumatda əksini tapan “8 aylıq müddətdən doğan narahatlıq” məsələsi erməni yalanını elə birinci pillədəcə ifşa edir - birincisi, Fransanın “qarınağrısı” 2020-ci ildə Ermənistanın kapitulyasiya imzalaması, Azərbaycanın öz doğma yurdlarını işğaldan azad etməsi ilə başlanıb. Təsadüfi deyil ki, ötən ilin payızında Fransa Senatı ard-arda qeyri-adekvat qərarları ilə gündəmə gəlmişdi. Hətta beynəlxalq aləmin, üstəlik, elə Fransa və Ermənistanın da tanımadığı qondarma rejimin leqallaşdırılması cəhdləri də nəzərə çarpırdı. Bu, hazırki yalan və qərəz kampaniyasının məqsədli olduğunu açıq şəkildə ortaya qoyur.
Digər tərəfdən, aprel ayının 23-dən etibarən fəaliyyətə başlayan Laçın dövlət sərhəd buraxılış məntəqəsi ermənilərin sərbəst və təhlükəsiz şəkildə gediş-gəlişinə təminat verib. Azərbaycan bundan artıq nə etməlidir? Bütün humanitar məqsədli yüklər isə buraxılış məntəqəsindən keçib - o başqa məsələdir ki, Fransanın Ermənistan vasitəsilə Qarabağdakı silahlı tör-töküntünü silahlandırmaq istəyinin qarşısı alınıb. Fransa regionda sülhün formalaşmasına qarşı olduğunu hər addımbaşı biruzə verir - bu ölkənin XİN başçısının “narahatlığı” da məhz buradan qaynaqlanır.
Məntiqsiz iddialar...
Özünü diplomat hesab edən Ketrin Kolonna “atəşkəs razılaşmalarına uyğun olaraq götürülmüş öhdəliklərə zidd olan və danışıqlar prosesinə ziyan vuran Azərbaycanın davam edən “blokada”sından təəssüfləndiyini bildirib”. Yəqin ki, XİN başçısı “atəşkəs razılaşması” dedikdə üçtərəfli Bəyanatı nəzərdə tutur. Amma özündən və ölkəsindən böyük səhvə də yol verir:
-bu atəşkəs razılaşması deyil, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, Ermənistanın isə məğlubiyyətini etiraf etdiyi bir sənəddir;
-Üçtərəfli Bəyanatla Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri danır, onlara riayət etmir - məsələn, sənədin 4-cü bəndində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Və ya sənədin 9-cu maddəsində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Ermənistan bu müddəaları birmənalı şəkildə pozur və yerinə yetirməkdən boyun qaçırır;
- bir daha xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan heç bir “blokada” şəraiti yaratmayıb və ermənilər laçın dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə hərəkət edir - 2 minə yaxın erməninin bu xidmətdən istifadəsi də buna sübutdur.
Ketrinin küt məntiqinə görə, Azərbaycan öz “beynəlxalq öhdəliklərinə” əməl etməlidir - XİN başçısı unudur ki, Azərbycan özünün suveren ərazilərində qanunlarının təmin olunmasını təşkil etməlidir və hələ ki, sülhün pozulmaması üçün beynəlxalq hüququndan istifadə etmir. BMT Nizamnaməsinin 51-ci maddəsi ertələnir...
Azərbaycan cavab verdi...
Qeyd edək ki, Azərbaycan XİN də fransalı nazirə cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Fransa tərəfi yaxşı bilir ki, erməni sakinlərin həqiqətən də gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycan tərəfi Ağdam-Xankəndi və digər alternativ yollar təklif edib. Avropa İttifaqı və BQXK-nın bu yollardan istifadəyə dəstək verməsinə baxmayaraq, Fransa tərəfinin Ermənistanın manipulyasiyalarına uyaraq, bu razılaşmalara dəstək verməməsi təəssüf doğurur. Bəyanatda vurğulanır ki, məhz bu alternativ yollardan istifadə ilə bağlı Ermənistanın və onun tabeliyində olan separatçı rejimin əldə olunmuş razılaşmanı pozmasına Fransa tərəfinin heç bir reaksiya verməməsi, bu ölkənin bölgədə gərginliyi daha da artırmaq səylərindən xəbər verir. “Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycanın ərazilərindən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə əsl maneə olduğunu da Fransa tərəfinə xatırlatmaq yerinə düşər. Fransız nazirin Ermənistanın saxta təbliğatına inanaraq, Avropa İttifaqının Ermənistandakı Missiyası tərəfindən də yanlış olaraq dəyərləndirilən guya missiyaya qarşı atəş açılması barədə dezinformasiyaya öz açıqlamasında istinad etməsi də Fransanın bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir” - deyə bəyanatda öz əksini tapır.
Parisin siyasi oyunları...
Qeyd edək ki, həm müharibə, həm də post-müharibə dövründə Azərbaycana qarşı təxribatçı və siyasi reallıqları özündə əks etdirməyən bəyanatlarla və addımlarla yadda qalan Fransa işğalçı Ermənistana açıq dəstək nümayiş etdirir. Son dövrlərdə isə bu “dəstək” daha intensiv hal almağa başlayıb - anlaşılandır ki, Azərbaycanın Vətən müharibəsində qələbə əldə etməsi, Ermənistanın isə məğulb olaraq kapitulyasiya imzalaması Fransanın illərdir davam edən “status-kvo” oyununu pozub. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Ümumiyyətlə, rəsmi Parisin Azərbaycana qarşı tutduğu mövqe əsassızdır - bütövlükdə, beynəlxalq hüquqa qarşı hörmətsizlik bahasına da olsa, Fransa yenə də “cəhdlərini” davam etdirməkdən əl çəkmir. Təbii ki, beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar iflasa uğrayır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43

