Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Separatçı rejim təşviş içindədir

Separatçı rejim təşviş içindədir

19.08.2023 [11:10]

TŞ onların son ümidini də “dəfn etdi”...

Azərbaycanın son uğurları Qarabağdakı qondarma separatçı rejimi “tərpədib”. Son ümid yeri kimi BMT TŞ-dakı müzakirələrə göz dikən seapartçı rejim buradan da əliboş qayıtmaqla son ümidini də dəfn etdi. Fransanın verdiyi “vədlər” boş çıxdı və onların hər hansı bir “perspektivi”nin olmaması özləri üçün də aydınlaşdı. Xüsusilə qeyd olunmalıdır ki, BMT TŞ-da gedən müzakirələr zamanı Azərbaycanın Qarabağ erməniləri ilə təmasının vacibliyi önə çəkilsə də, seapartçı rejimlə bağlı hər hansı bir fikir səsləndirilmədi. Yəni, şura üzvləri bütövlükdə separatçı rejimin hər hansı bir mahiyyət daşımadığını, iddia edildiyi kimi hər hansı bir “mexanizmin” müzakirə mövzusu olmadığını növbəti dəfə təsdiqlədi. Bu isə onların birdəfəlik gündəmdən çıxmasına işarədir.

Arutyunyan “gedir”?

Yayılan xəbərlərə görə, artıq bu reallığı sepatrçı rejim özü də dərk edir. Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə hələ də qalan qondarma separatçı rejimin başçısı Araik Arutunyanın qapalı dairədə “istefaya” getdiyini açıqlaması da bunun göstəricisidir. Bu barədə Ermənistan teleqram kanalları məlumat yayıb. Bildirilir ki, istefanın açıqlanması yaxın zamanda baş tuta bilər.

Qeyd edildiyi kimi, BMT TŞ məğlubiyyəti Ermənistan ilə qondarma rejimin bütün oyunlarına son verdi. Beynəlxalq dəstəyi qazana bilməyən Araik Arutyunyan isə bütün ümidini itirib və nəticələri görür. O, Azərbaycanın apardığı siyasətin qarşısının alınmasının mümkünsüzlüyünü anlayır. Bu mənada da son addımı atmağa qərar verib.

Qeyd edək ki, buna qədər Arutyunyan öz “müraciət”lərində, müsahibələrində daima terrora çağırışa üstünlük verirdi. Hətta son olaraq ötən 4 ayda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı onun kürkünə “əməlli-başlı” birə salmışdı. O bunu Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində İrəvanın mövqelərinin daim zəifləməsi kimi önə sürürdü. Arutyunyan son ana qədər özünün terrorçu mahiyyətindən əl çəkmir - hətta bir müddət öncə səsləndirdiyi müraciətdə Ermənistanın Azərbaycanla bağlayacağı sülhü “tanımayacağını” və “mübarizə” aparacağını bildirmişdi. Bütün dünyanın Azərbaycanın suveren ərazisi kimi tanıdığı Qarabağdakı terrorçu dəstənin başçısının bu çağırışı Azərbaycana mühüm addımlar atması üçün hüquqi əsaslar belə yaradır. Beləliklə son siyasi proseslər onu göstərir ki, Arutyunyanın “ümid bəslədiyi” “beynəlxalq ictimaiyyət”, daha doğrusu, Fransa və digər ermənirəpəstlərin məsələdə hansısa bir “rol oynaması” mümkün deyil.

Vardanyanın terror “arzuları”...

Baş verənlər, eyni zamanda, Araik Arutyunyanın istefası xəbəri qondarma rejim arasında yenidən bölünmələrə yol açıb. Yaranan situasiyadan istifadə edərək özünü aktuallaşdırmağa çalışanlar arasında isə bir müddət öncəyə qədər “yeni layihə” kimi dəyərləndirilən Ruben Vardanyan da var. Xankəndidəki xuntanın daxilindəki ciddi qarşıdurma və gərginliklərdən istifadə etməyə çalışan Vardanyan yenidən təxribat planlarına əl atmaq, əhali arasında çaşqınlıq yaratmaq istəyir. Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb. Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında həyata keçirilir. Məlumatda qeyd olunur ki, “gənclərə bu və ya digər sirrlər çatdırılacaq”. Misal üçün, onlar dağlıq ərazilərdə düşərgələrin təşkili, yolların açılmasını öyrənəcəklər. Reallıqda isə “ekstremal şəraitdə yaşamaq” adı altında erməni gənclər Azərbaycan ordusuna qarşı təxribat hücumlarına hazırlaşdırılır. Onlara “dağlarda fəaliyyətin” öyrədilməsi də buna hesablanıb.

Beləliklə, Vardanyan yeni mərhələ üçün yeni “təhlükə” olmaq niyyətinə düşüb. Onun “artsax gənclər təşəbbüs qrupu” adlı təşkilat vasitəsilə yeni terror fəaliyyətinə əl atmaq istəyi müəyyən planlardan xəbər verir. Bu “qrupun” ASALA-ya və ya başqa bir terror qruplaşmasına məxsus olmasını istisna etmək mümkün deyil. Vardanyan onların adını “ictimai gündəmə” soxuşdurmaqla görüntü yaratmağa çalışır. O “terror qrupuna mən rəhbərlik edirəm” fikrini ictimai rəyə sırıması yeni dönəmdə qondarma rejimdə yeni təmsilçilik əldə etmək üçün də bir çaba sayıla bilər.

SADİQ

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31