Ermənistanın formal müstəqilliyi...
24.08.2023 [10:49]
Paşinyanın etirafı, yoxsa qorxusu?
Artıq onilliklərdir ki, ağ yalanları ilə özünə tarix “uydurmağa” çalışan ermənilər bütün nöqtələrdə “dalana dirənirlər”. Əsassız tarixi iddialarını sübut etmək üçün tutarlı arqumentə və ya fakta sahib deyillər, tarixi həqiqətləri gizlətmək cəhdləri isə səmərə vermir. Beləliklə, bütün yalanları ortaya çıxan ermənilər bir reallığı qəbul edirlər - onlar tarixin heç yerində yox imişlər.
Bu məsələ müasir dövrümüzdə də aktuallığını qoruyur. Havadarlarının dəstəyi ilə və dövrün konyukturasına uyğun olaraq Azərbaycanın tarixi torpaqlarında “dövlət” quran ermənilər 30 ildən artıqdır ki, guya “müstəqildirlər”. Amma bütün dünya onların forpost dövlət olduğunu bilir və görür. Sən demə, Ermənistanın forpostluğu sadəcə məcazi məna daşımırmış - sözün əsl mənasında və hüqüqi baxımdan Ermənistan SSRİ-nin dağılmasının ardından müstəqillik qazanmayıb. Bunu Ermənistan baş naziri Nikol Paşinyan etiraf edib. Erməni baş nazir ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib.
Paşinyan dərk edir ki...
Ermənistan hökumət başçısı bildirib ki, o, Bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də ondan sonra dəfələrlə təkrar oxuyub. “Bu Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”, - Paşinyan bildirib. Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda ondan çıxmaq üçün bütün yolları da bağlayıb. Paşinyan hesab edir ki, “XX əsrin sonunda qəbul edilən bəyannamə ilə Ermənistan 20-ci əsrin əvvəllərində onun ölkəsinin müstəqilliyini itirməyə aparan düsturu bir daha qəbul edib. Nikol Paşinyan deyib ki, bu sənədin dərin təhlilə ehtiyacı var, çünki bu, qəbul olunduqdan sonra bütün sonrakı nəticələri olan siyasi sənəddir. “İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Biz sülhə nail olsaq, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında uçacaq”, - Paşinyan vurğulayıb. Baş nazir deyib ki, o, müstəqilliyi, suverenliyi, demokratiyanı seçir.
Bəyannamənin “qara müddəaları”...
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Sənəd İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub, Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin katibi Ara Sahakyan tərəfindən imzalanıb. Bu sənəd Ermənistan Respublikasının müstəqilliyini rəsmən elan edən deklorasiya kimi qəbul edilir. Qeyd edək ki, Bəyannamə 12 maddədən ibarətdir. Burada Ermənistanın adından “SSRİ” adının götürülməsi qeyd edilib və ermənilərin ən böyük bəlası sayılan yalan iddiaları və əsassız “tarix” də orada əksini tapıb. Qondarma “soyqırımı” iddiaları, ərazi iddiaları kimi ermənilərin ən böyük bəlasına çevrilmiş məsələlər də orada yer alır. Eyni zamanda, sənədin 6-cı maddəsindəki bəzi ştrixlər Ermənistanın SSRİ -nin “subyektlərindən” asılılığına da dəlalət edir.
Paşinyanın qorxusu...
Təsadüfi deyil ki, bir müddət öncə Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov Kremlin Ermənistanın müstəqilliyinin ləğv edilməsi barədə qərar vermək hüququnun olduğunu demişdi. Rusiyalı deputat bildirmişdi ki, Ermənistan keçmiş SSRİ-nin tərkibindən çıxarkən ciddi hüquqi prosedur səhvlərinə yol verib. Onun sözlərinə görə, Rusiya həmin mərhələdə baş verənləri təftiş etmək məcburiyyətində buraxılarsa, Ermənistan adlı dövlət xəritədən silinəcək: “Ermənistanın keçmiş SSRİ-dən ayrılması ilə bağlı hüquqi prosedur sona çatdırılmayıb. Ona görə də, əslində, Ermənistan hələ də keçmiş SSRİ-nin tərkib hissəsi statusunu itirməyib və deməli, müstəqil dövlət sayıla bilməz”.
Yevgeni Fyodorov keçmiş SSRİ artıq dağılmış olsa da, Rusiyanın mövcud olduğunu xatırladıb: “Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir. Bu baxımdan, keçmiş SSRİ-nin tərkibindən hələ tam çıxmamış Ermənistan da əslində, Rusiyanın ərazisidir. Bu baxımdan, beynəlxalq hüquq normaları nəzərə alındıqda, Ermənistan müstəqil dövlət deyil, mübahisəli ərazidir. Rusiya beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan ərazisinə iddia etmək haqqını hələ də qoruyur”.
Demək ki, Paşinyanın qorxusunun səbəbləri həm də bundan qaynaqlanır. Eyni zamanda, Paşinyanın son dövrlərdə öz nitqində Ermənistanın 29 min kvadratkilometrlik əraziyə malik “müstəqil dövlət” olmasını tez-tez xatırlatması da əbəs yerə deyilmiş. Demək ki, burada da şübhəli məqamlar gizlənir ki, erməni baş nazir bundan xəbərdardır...
Ermənistan müstəqillik əldə etmək istəyirsə...
Əslində, Paşinyanın “biz sülhə nail olsaq, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında uçacaq” fikri bu mənada həm də qorxudan qaynaqlanır - Ermənistan heç də iddia edildiyi kimi bir dövlət deyilmiş, bu bir “layihə” imiş. İllərlə fərqli məqsədlərə xidmət etdirilən, alət funksiyasında çıxış edən bu “layihə”nin üzərini isə artıq “qara buludlar” almaqdadır. Beynəlxalq hüquqa əsaslanan qlobal dünyada özünə yer etmək üçün Ermənistan “sənədləşməlidir” - başqa sözlə, kiçik də olsa, leqal dövlət kimi ortaya çıxmalıdır. Bunun üçün ilkin şərt isə sərhədlərinin müəyyənləşməsi, “layihə” statusundan xilas olmasıdır.
Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin irəli sürdüyü sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan bütövlükdə dünyanın yeni inkişaf konsepsiyasından kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

