BBC qərəzli olmaq istəmirsə...
06.09.2023 [10:42]
İşğalçıları və separatçıları təbliğ etməməlidir
Nardar BAYRAMLI
Son vaxtlar BBC telekanalı ölkəmizə qarşı qərəzli kampaniya aparır. Bu, özünü xüsusilə Cənubi Qafqazda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında mövcud olan problemlərin işıqlandırılmasında göstərir. Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi zaman bu xarici telekanal reallıqları görməzdən gəlirdi. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edən zaman adıçəkilən televiziyanın gerçək üzü görünməyə başladı. Bu proses indiyə qədər də davam edir.
Belə ki, BBC telekanalı, o cümlədən bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Bütün bunlar Azərbaycan cəmiyyətində haqlı narazılıq və etiraz doğurur.
Artıq ölkəmizin bir sıra media qurumları BBC-yə öz etirazlarını bildiriblər. O cümlədən, Azərbaycan Mətbuat Şurası da məsələ ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir: “Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və yanlış rəy formalaşdırmaq cəhdidir. BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur”.
Qərbi Azərbaycan İcması da yaydığı bəyanatda BBC-nin ermənipərəst mövqeyini faktlarla xatırladıb. Məsələn, BBC “Xocalıya ədalət” kampaniyasına reaksiya olaraq 2017-ci ildə “İvanyan (Ermənistanın Xocalı şəhərinə verdiyi qondarma ad) onilliklər boyu davam etmiş Azərbaycan işğalından sonra “Artsax”ın inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqının hisslərini təhqir edən bir separatçıya və Serj Tankyan kimi faşist düşüncəli şəxslərə qucaq açıb və s.
Qeyd edək ki, Azərbaycannın BBC yayım şirkətini ermənipərəst mövqeyinə və Qarabağ hadisələrini qərəzli işıqlandırmasına görə haqlı tənqidlərinə qarşı tərəf reaksiya verib. Bu barədə məlumat yayan BBC özünə haqq qazandırmağa çalışıb və Azərbaycanın da mövqeyini təqdim edəcəyini bildirib: “Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edən BBC bunu lazımi qərəzsizliklə etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiq qalmaqdadır. Yaxın günlərdə biz, “BBC News” xəbərlərində Azərbaycanın mövqeyini eşidəcəyik. Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiq qalmaqdadır”.
Əgər həqiqətən BBC qərəzsizdirsə, onun əməkdaşının hazırladığı “Dağlıq Qarabağ: İnsanlar çörək növbəsində huşlarını itirirlər” reportajı, həmçinin ifaçı Serj Tankyan və separatçı Artak Beqlaryanın Azərbaycana qarşı əsassız ittihamların səsləndirilməsinə şərait yaratmasını necə başa düşmək olar? Təbii ki, BBC-nin belə mövqeyi jurnalistika prinsiplərinə və meyarlarına tamamilə ziddir. Ona görə də, Azərbaycan cəmiyyəti hesab edir ki, BBC azad söz hüququndan sui-istifadə etməməli, fəaliyyətində obyektiv olmalıdır. Əks halda, işğalçılara və separatçılara tribuna vermək, onları təbliğ etmək qətiyyən yolverilməzdir. Yaxşı olar ki, BBC Ermənistanın işğalçı siyasəti nəticəsində yer üzündən silinmiş yaşayış məntəqələrimizi, tarixi-mədəni və dini abidələrimizi, eləcə də digər erməni cinayətlərini dünya ictimaiyyətinə çatdırsın. Belə olarsa, bu, BBC-nin obyektiv və vicdanlı bir fəaliyyət ortaya qoyduğunu nümayiş etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17

