Gənclər radikal müxalifətdən üz döndərib
21.12.2011 [01:38]
Hər zaman dövlətçiliyə qarşı olan, xalqın iradəsinə əks mövqedə dayanan, Azərbaycanın milli maraqlarını satmağa hazır radikal müxalifət öz fiaskosunu ört-basdır etmək üçün zaman-zaman fərqli üsullara əl atır. Nəzarətlərində olan qəzetlər vasitəsilə apardıqları yalançı təbliğatların heç bir işə yaramaması, seçkilərdə xalqın onları birmənalı şəkildə rədd etməsi, ən əsası gənclərin onların yalanlarına inanmaması və dövlətçilik maraqlarına xəyanət etməməsi radikal düşərgənin işini çətinə salıb. Bu səbəbdən də yenidən görüntü yaratmağa çalışan radikal düşərgənin bəzi təmsilçiləri öz qohum-əqrəbalarından ibarət toplantıları qəzet səhifələrində şişirtməklə özlərinə təskinlik vermək, ictimai rəydə hələ tam yox olmadıqlarını sübut etmək arzusundadırlar. Bir müddət öncə AXCP sədrinin “gənclərlə görüş” adı altında keçirdiyi tədbiri də bu qəbildəndir.
İlk olaraq qeyd etmək lazımdır ki, AXCP sədri Əli Kərimli nə qədər çalışsa da yenə arzuladığı kütləviliyi əldə edə bilməyib. Hətta gənclər görüntü yaratmaq naminə belə onların yalanlarını dinləmək istəməyiblər. Belə olan halda Ə.Kərimlinin və beş-üç partiya funksionerinin övladlarından və qohumlarından ibarət azsaylı insanın toplantısından başqa heç nə əldə etmək mümkün olmayıb.
Gənclərin radikal düşərgəyə inamsızlığının arxasında isə böyük arqumentlər dayanır. Artıq illərdir ki, istər fikirləri, istərsə də əməlləri ilə milli maraqlara, dövlət mənafeyinə qarşı olduğunu açıq-aşkar büruzə verən, maraqlı xarici qüvvələrin əlində oyuncağa çevrildiyini sübut edən düşərgəyə inam tam itib. İşi-peşəsi ölkədə olan siyasi sabitliyi pozmaq, iqtisadi inkişafa maneçilik törətmək, dövlətimizə qarşı olan dairələrin əmrlərini yerinə yetirmək olan bu qüvvələrin gənclərdən də yalnız öz maraqları üçün istifadə etdiyi ortadadır. Bir neçə il öncə AXCP sədrinin yetirmələrindən olan Ruslan Bəşirlinin ermənilərlə apardığı “danışıqlar” hər kəsin yadındadır. AXCP sədrinin ən “perspektivli” gəncinin hansı fəaliyyətlə məşğul olduğu aşkara çıxandan sonra Ə.Kərimlinin birmənalı şəkildə ondan imtina etməsi də yaddaşlardan silinməyib. Bu mənada gənclərin belə insanlara yalnız istifadə üçün bir vasitə kimi gərəkli olması gənc nəslin nümayəndələrinin düşərgəyə mənfi münasibətinin formalaşmasına rəvac verib. İkinci bir tərəfdən, düşərgə təmsilçilərinin erməni partiyaları ilə yaxınlığı, onlarla “dostluq əlaqələrinin” qurulması radikalların kimliyini və niyyətlərini ortaya çıxarır.
Ə.Kərimli isə keçirdiyi məhdud, azsaylı insanın qatıldığı tədbiri sanki bir qəhrəmanlıq kimi qələmə verir, gənclərin adından hökmlər çıxarır, yeni yalanlar danışır. Bu bir daha göstərir ki, artıq ortayaşlı nəsli aldada biləcəyinə özü də inanmayan Ə.Kərimli və onun xislətli düşərgə təmsilçilərinin yeni planları gənclərə yönəlib. Bu planların arxasında isə nələrin durduğu hər kəsə bəllidir. Amma Ə.Kərimli və onun kimi düşünənlərin artıq yanıldığını gənclər özləri sübut edirlər. Bu toplantıya qatılmamaqla, Ə.Kərimlinin yalanlarının yedəyi olmamaqla, əksinə hər zaman milli mənafe məsələlərində radikal düşərgənin xəyanətkar addımlarını cəsarətlə tənqid etməklə Azərbaycan gəncliyi öz mövqeyini ortaya qoyur. Reallıq hissini itirən, yalnız xalqdan qisas almağı düşünən, hakimiyyəti zəbt etmək xəyalları quran Ə.Kərimli və digər düşərgə üzvləri nostalji hisslərdən qurtula bilmirlər. Azərbaycan gəncliyi isə öz potensialından, savadından, dövlətin onlara qayğı və diqqətindən, yaradılan imkan və şəraitdən daha yüksək səviyyədə istifadə edərək dövlətçilik və millətçilik mənafeyi uğrunda mübarizənin önündə yer alırlar.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

