Səlibçi psixologiyanın növbəti ifşası...
23.09.2023 [10:55]
Dost Macarıstandan Aİ-dəki bədxahlara ağır zərbə
M.ABDULLAYEV
Xaricdə, xüsusən də Qərbdə erməni lobbisinin girovluğunda olan müəyyən dairələr formalaşıb. Özlərinin siyasi və karyera perspektivlərini erməni lobbisinin maliyyə qaynaqları ilə təmin edən həmin dairələr aldıqları sifarişlərə uyğun olaraq milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil siyasət aparan Azərbaycana qarşı davamlı şəkildə qərəzli fəaliyyət sərgiləyirlər. O cümlədən ölkəmizin Qarabağ bölgəsində suveren hüquqlarının, konstitusiya quruluşunun tam təmin edilməsi məqsədilə atdığı qətiyyətli addımlar da bəhs olunan bədnam dairələrin hədəfindədir. Təəssüf doğuran haldır ki, Avropa İttifaqında (Aİ) da erməni lobbisinin “sözəbaxan uşaqları” olan siyasətçilər və ölkələr var. Bu günlərdə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin respublikamızın Qarabağdakı antiterror tədbirlərinə dair qərəzli anti-Azərbaycan bəyanatı əvvəlcə Aİ-nin bütün 27 üzv ölkəsinin birgə sənədi kimi yayılacağına dair xəbərlər gəldi. Lakin dost Macarıstanın bəyanata veto qoyması ilə Aİ-dəki ermənipərəstlərin istəyi yenə də baş tutmadı.
Ümumavropa maraqlarının qurban verilməsi
Aİ-də belə bir “sənəd”in meydana çıxması ümumavropa maraqlarının lobbi maraqlarına qurban verilməsi anlamına gəlir. Başqa cür necə dəyərləndirək? Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır. Respublikamız qurumda təmsil olunan 9 dövlətlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer alır və “qoca qitə”nin yeni enerji xəritəsini formalaşdırır. Aİ ilə Azərbaycan arasında enerji dialoqunun uzun tarixi var. Son olaraq 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu, Azərbaycanla Aİ arasında enerji dialoqunun perspektivlərinə dair yol xəritəsi sayılır. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xatırladaq ki, məlum geosiyasi gərginliklər fonunda enerji təchizatı “qoca qitə” üçün həyati əhəmiyyətli bir məsələyə çevrilib. Azərbaycan Avropanın başqa mənbələrdən kəskin şəkildə azalan təchizatını qarşılamağa geniş imkanları olan ölkədir. Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının Prezidenti “Twitter” hesabında belə bir paylaşım edib. O, Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula fon der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.
Sözügedən memoranduma uyğun olaraq respublikamızdan Avropaya 2023-cü ildə 12 milyard kubmetr qaz tədarük edilməsi nəzərdə tutulub. Yaxın illərdə isə bu həcmi 20 milyard kubmetrə çatdıracağıq. Azərbaycan Avropa ilə enerji dialoqunun sayca üçüncü - “yaşıl enerji” əməkdaşlığına da start verib.
Bütün bunların müqabilində Avropa İttifaqında qərəzli bəyanatın meydana çıxmasının məntiqi əsla anlaşılmır. Bu kimi cəhdlər ilk növbədə Aİ-nin öz maraqlarına ziddir.
Məlum qərəzli bəyanatla əlaqədar Aİ-də “lövbər” salan ermənipərəstlərə bir daha xatırladırıq ki, Azərbaycan sentyabrın 19-da Qarabağ bölgəsində antiterror tədbirlərinə başlayarkən beynəlxalq hüquq normalarına, Konstitusiyanın tələblərinə , ədalət və humanizm prinsiplərinə əsaslanıb. Cəmi bir gün ərzində uğurla tamamlanan bu tədbirlər üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, eləcə də konstitusiya quruluşunun bərpası məqsədi daşıyıb. Burada iddia olunduğu kimi, Qarabağda yaşayan erməni azlığının “etnik təmizlənməsindən”, onların “humanitar böhranla” sınağa çəkilməsindən ümumiyyətlə söhbət getmir. Azərbaycan Konstitusiyası ölkəmizi özlərinə yurd seçən bütün digər xalqlar kimi, ermənilərin də hüquqlarının təmin olunmasına yüksək təminatlar verir. İndiyədək Qarabağda yaşayan erməni əhali separatçı rejimin girovluğunda qalmışdı. Azərbaycan uğurlu antiterror tədbirləri həyata keçirməklə bunun qarşısını alıb və Qarabağ bölgəsində suverenliyini təmin edib.
C. Borrelin ifadə etdiyi qərəzli fikirlərin Aİ-nin ayrıca bəyanatı kimi yayılmasına cəhd göstərilməsi qurumun xristian təəssübkeşliyinin, səlibçi psixologiyasının növbəti ifadəsidir. Bu, quruma əsla başucalığı gətirmir. Ermənistanın baş nazirinin özü Qarabağda ermənilərin həyatına təhlükə olmadığını bəyan etdiyi halda, Aİ və ayrı-ayrılıqda burada rol alan ölkələr Azərbaycana qarşı əsassız ittihamlar və iftiralar səsləndirirlər. Budurmu Qərb demokratiyası və dəyərləri?
İki dost ölkə - Azərbaycan və Macarıstan
Macarıstanın Aİ adından yayılması nəzərdə tutulan bəyanata veto qoyması və bununla da qərəzli prosesin qarşısını alması heç də təsadüfi deyil. Türk dünyası ilə yaxınlaşmağı özünün strateji hədəflərindən biri kimi bəyan edən Macarıstanla Azərbaycan arasında əlaqələr getdikcə genişlənir. Təkcə 2023-cü ildə Prezident İlham Əliyev dost ölkəyə yanvar və avqust aylarında olmaqla iki dəfə səfər edib. Dövlətimizin başçısının avqustun 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə ikitərəfli münasibətlərin aktual məsələlərinə diqqət çəkilib.
Enerji dialoqu Azərbaycanla Macarıstan arasında genişlənən əməkdaşlığın mühüm bir istiqamətini təşkil edir. Yaxın perspektivdə Avropada Azərbaycandan qaz tədarük edəcək ölkələrdən biri də Macarıstan ola bilər. Artıq Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb. Azərbaycanla-Macarıstan arasında enerji dialoqu yalnız qazın tədarükünü əhatə etmir. Bu ölkənin respublikamızdan ixrac edilən mavi yanacağın digər dövlətlərə tranzitini həyata keçirmək imkanları da var.
Azərbaycanla Macarıstan arasında təməli qoyulan enerji dialoqunda yeni bir istiqamətin də böyük perspektivi var. İki dost ölkə ənənəvi enerji təchizatı sahəsində olduğu kimi, bərpa olunan mənbələrdən alınan enerjinin tədarükündə də sıx əməkdaşlıq etmək niyyətindədir. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli saziş imzalandı. Azərbaycanda bərpa olunan mənbələrdən alınacaq elektrik enerjisi bu marşrutla Avropaya, o cümlədən də Macarıstana çatdırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

