Gəldikləri kimi də qayıtdılar...
26.09.2023 [10:31]
Ermənistanın “TIR şousu” iflasa uğradı
Nardar BAYRAMLI
Azərbaycan dövlətinin beynəlxalq hüquqa və ədalətə əsaslanan prinsipial mövqeyi Ermənistanın və onun havadarlarının məkrli planlarını darmadağın etməkdədir. İyul ayından başlayaraq Qarabağda guya “humanitar böhranın, aclığın hökm sürdüyünü” iddia edən bu qüvvələrin “tır şousu”başa çatdı. Ordumuz tərəfindən həyata keçirilən və cəmi 24 saat çəkən lokal antiterror tədbirlərin nəticəsi olaraq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi ilə yanaşı, dinc erməni əhalisinə Azərbaycan hökuməti tərəfindən humanitar yardımlar göstərilir. Bu prosesdə Beynəlxalq Qızıl Xaç Komitəsi də iştirak edir. Humanitar yardımlar Ağdam-Xankəndi və Laçın-Xankəndi yolu vasitəsilə erməni sakinlərə çatdılır.
Bütün bunların fonunda isə Ermənistandan 26 iyul tarixində 400 ton “humanitar yardım”ın Qarabağın erməni əhalisinin guya “humanitar blokadadan” xilas etmək üçün göndərdiyi TIR-ları Laçın istiqamətindən geriyə, Ermənistana doğru qayıdıb. Ermənistana məxsus 19 TIR-dan əlavə Fransanın göndərdiyi 2 TIR da geri qayıtmağa məcbur olub.
Xatırladaq ki, hələ o zaman Azərbaycan Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan etmişdi. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu yüklərin daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, Ermənistan bu addımla siyasi şou yaradır və siyasi möhtəkirlik nümunəsi ortaya qoyurdu. Xarici səfirliklərin, o cümlədən Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək, sözün əsl mənasında, məsələdən tamaşa düzəltmək anlamına gəlirdi. Digər tərəfdən, bəzi ölkələrin səfirliklərinin nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyildi. Amma gözlənildiyi kimi, Ermənistanın və onun havadarlarının növbəti şousu heç bir nəticə vermədi və iflasa uğradı.
Ermənistan bu şouya başlayarkən Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bunu təxribatçı addım kimi dəyərləndirmişdi. Belə ki, bəyanatda qeyd olunurdu ki, Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd keçid məntəqəsinə qarşı növbəti təxribatdır. “15 iyun tarixində Laçında sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən əl çəkmədiyinin bariz nümunəsidir. Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil”,- deyə vurğulanan bəyanatda xatırlanırdı ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişin bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir.
Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib. XİN bu kimi təxribatlardan əl çəkməyi Ermənistan tərəfindən bir daha tələb etmişdi.
Lakin rəsmi İrəvan təxribatçı əməlləri ilə nəyəsə nail olacağına ümid etsə də baş tutmadı. Artıq sözügedən TIR-lar gəldikləri yerə qayıtdılar. Bu da Azərbaycanın Ermənistanın yalan, qarayaxma siyasətində, uydurma “humanitar böhran”, Qarabağ ermənilərinin blokadası” kimi dezinformasiyalarının tamamilə fiaskoya uğradığının növbəti təsdiqidir. Azərbaycan bununla, eyni zamanda, ermənipərəst qüvvələrə, separatçıları dəstəkləyən dairələrə də yerini göstərmiş oldu.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

