Qanunsuz silahların müsadirə prosesi davam edir
28.09.2023 [10:20]
Müdafiə Nazirliyi məlumat yayıb
NARDAR
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra dövlətimizin müvafiq strukturları tərəfindən ərazidə müvafiq tədbirlər görülür. Görülən tədbirlər sırasında mülki əhalinin təhlükəsizliyinin təmin olunması, onlara humanitar yardımların çatdırılması da diqqət mərkəzindədir. Bu prosesdə ən önəmli məsələlərdən biri qanunsuz erməni hərbi birləşmələrin tərksilah edilməsidir.
Ötən gün Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə məlumat yayıb. Məlumatda müsadirə edilmiş silahların adı və onların sayı açıqlanıb. Bunlar aşağıdakılardır: Atıcı silah və qumbaraatanlar - 1105, artilleriya silahları - 60, HHM vasitələri - 226, döyüş sursatları - 425375, təchizat və ləvazimatlar - 2721, optik və digər cihazlar - 223, zirehli texnika - 22, avtomobil texnikası - 125, qoşqu - 21”.
Qeyd edək ki, Ermənistan və onun xarici havadarları ordumuzun antiterror tədbirlərini Azərbaycanın Qarabağ regionunun dinc sakinlərinə hücumu kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışır. Əslində, bu, Azərbaycanın BMT Nizamnaməsi əsasında özünün suveren ərazisində qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək ilə bağlı hüquqları ilə tam uyğun olan antiterror tədbirləridir. Ermənistanın öz öhdəliklərinə nümayişkaranə şəkildə əməl etməməsi Azərbaycanın bu tədbirləri görməsini qaçılmaz etdi.
Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının ölkəmiz tərəfindən pozulmasına dair Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri də eyni şəkildə əsassızdır. Tam əksinə, Ermənistan özü qeyd olunan sənədin Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin çıxarılmasına dair öhdəliklərinə açıq şəkildə əməl etmədi. Bu bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan tank və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxlüləli raket sistemləri, minaatanlar, elektromaqnitik döyüş vasitələri və digər hücum vasitələri kimi ağır silahlarla təchiz olunmuş 10 min nəfərdən artıq silahlı birləşmələri Azərbaycan ərazisində saxlamağa davam etmişdi. Bu qanunsuz silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi-texniki, logistik və maliyyə dəstəyi ilə, o cümlədən Laçın yolundan sui-istifadə etməklə saxlanırdı. Bu, Ermənistanın özünün revanşist siyasi məqsədləri üçün Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq cəhdinin tərkib hissəsi idi. Təsadüfi deyil ki, 2020-ci il üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2,728 mina aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ iqtisadi rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 320-ə qədər insan minaların qurbanı olub.
Antiterror tədbirləri Ermənistanın üçtərəfli Bəyanata əsasən Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin dayandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirmiş oldu. Təkcə, 24 saat davam etmiş antiterror tədbirləri zamanı qanunsuz hərbi birliklərin 90-dan artıq postu ələ keçirilmiş, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemləri və 2 hava hücumundan müdafiə sistemləri zərərsizləşdirilmişdi. Əlbəttə ki, heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz və Azərbaycan da etmədi. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət etdi.
Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq boz zonanı saxlamaqla bağlı sistematik cəhdləri dəf edilib. Onu da vurğulayaq ki, bugünlərdə Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırıb. Silahları təhvil vermiş və Azərbaycanın müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir. Faktlar isə onu deməyə əsas veri ki, qarşıdakı günlərdə də Qarabağ ərazisində kifayət qədər qanunsuz silah-sursat müsadirə olunacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

