Fransadan Cənubi Qafqaza yeni hərbi təhdid...
03.10.2023 [10:45]
Paris İrəvanı silahlandırmaqla yeni müharibəyə təhrik edir
“Ermənistana dəstək” adı altında Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırma yolları axtaran Fransanın bütün siyasi çabaları iflasa uğrayır. Ötən illərdə zaman-zaman davam etdirilmiş, II Qarabağ müharibəsindən sonra isə intensivləşdirilmiş siyasi “gedişlər”, “birtərəfli ritorika”, hətta təşkilatların əli ilə təsiretmə imkanları tükənir. Azərbaycanın ard-arda mühüm qələbələr əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması Fransanın illərdir regionda davam etdirməyə çalışdığı “status-kvo” oyununu pozub. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxıb. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qalıb. Aparılan ermənipərəst siyasət isə işə yaramır - prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, Fransa parlamentinin qəbul etdiyi qondarma “qətnamə”lər və ya BMT TŞ müstəvisində təşkilinə çalışılan “toplantıların” xeyri olmur. Fransanın oxu daşa dəyir və Ermənistanın timsalında özünün regiondakı əlaltısı vasitəsilə Cənubi Qafqaza nüfuz etməsi planları “suya düşür”. Aprelin 23-dən sonrakı mərhələdə Fransa prosesdə uduzduğunu tam dərk edir - “humanitar yardım” adı altında iki ay Azərbaycan sərhəddində gözləyib geri qayıdan TIR-lar bu məğlubiyyətin rəsmi təsdiqi idi.
Fransa yenidən aktivləşir - bölgədə sülhə mane olan əsas qüvvə...
Sentyabrın 20-dən sonrakı mərhələdə regiondakı siyasi və hərbi reallıqlar tamam dəyişib - artıq Azərbaycan özünün suverenliyini tam bərpa edib. Başqa sözlə, Fransanın 30 il ərzində “siyasi-hərbi dəyənək” kimi əlində saxladığı xunta rejimi diz çökdürülüb, özünü buraxıb. Ermənistan isə istər siyasi, istər sosial, istərsə də hərbi müstəvidə dalana dirənib - rəsmi İrəvan ya yenidən Fransa və ya digərlərinin sözünə uyub özünü daha dərin uçurumlara yuvarlamalıdır, ya da Azərbaycanın xoşməramlı, əməkdaşlığa əsaslanan sülh niyyətinə müsbət cavab verməlidir. Paşinyan hakimiyyətinin bu kimi çətin “yolayrıcı”nda qalması isə hər kəsdən qabaq Fransanı qıcıqlandırır. Bunun nəticəsidir ki, dünənə qədər “sülh” balladaları oxuyan Fransa yeni “təhdidlərə” əl atmaqla “hədə-qorxu kampaniyası” başlatmağa çalışır.
Parisin “arzuları”....
Məsələn, Fransanın müdafiə naziri Sebastyan Lekornyunun Ermənistanla bağlı “açıqlamaları yalnız təəccüb və gülüş doğurur - özünü Avropanın “köklü dövlətlərindən biri” sayan Fransa kimi ölkənin “hərbi gücü”nə başçılıq edən birisinin bu qədər bəsit düşünməsi, qeyri-demokratik ritorika seçməsi artıq onların əsl simasını bütün dünyaya nümayiş etdirir. Lekornyu bildirir ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır, Makron isə şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir: “O, (Makron - red) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”“.
Maraqlıdır ki, 30 il ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa niyə ötən dövrdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı “narahatlıq” keçirmirdi? Axı, Azərbaycan Ermənistanın işğalına məruz qalmışdı. Bu gün isə Azərbaycan öz torpaqlarında antiterror tədbirləri aparıb, separatçı meyillərə son qoyub. Ermənistanın “təhlükəsizliyi” və ya “ərazi bütövlüyü” nə üçün Fransanı “narahat etməlidir”?
Fransalı nazirdən etiraf - Aİ “missiyası”nın hərbi kodu açılır...
Məsələnin əsl mahiyyəti fransalı nazirin öz tərəfindən etiraf olnur - Sebastyan Lekornyu deyib ki, biz ölkədə (Ermənistanda - red.) indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, on?arın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”.
Bəli, “xoruzun quyruğu axır ki, göründü”. Lekornyu bununla həm ölkəsinin qanunsuz əməllərini ifşa etmiş oldu, həm də Fransanın regional təhlükəsizliyə mane olmasını təsdiqlədi. Azərbaycan KİV-i aylar öncə Ermənistana gələn Aİ “missiyasının” hərbi anlam daşıması ilə bağlı mütəmadi materiallar dərc edir, hətta Fransanın bu regionda “jandarmeriya” açdığını dilə gətirir, bölgədə yeni təhdid formalaşdırdığını qeyd edir. Bu fakt Fransanın müdafiə naziri tərəfindən təsdiqlənir - belə olan təqdirdə isə yaranan yeni “təhdidedici hərbi güc” tək Azərbaycana qarşı deyil, bütövlükdə regiona qarşıdır. Başqa sözlə, Ermənistanla sərhəddi olan - olmayan, Cənubi Qafqazdakı siyasi - iqtisadi proseslərdə yer alan bütün dövlətlər Fransa təhdidi ilə üz - üzədir.
Yeri gəlmişkən, Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki prezident Fransua Olland da aktivləşib. O bildirib ki, Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb. Fransadan gələn bu bəyanatlar göstərir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Baş verəcək hər hansı bir hərbi hərəkətlənmə isə Ermənistanın, bütövlükdə bir bölgənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməlidir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

