Səbr və qətiyyətin təntənəsi
03.10.2023 [11:07]
M.ABDULLAYEV
Ermənistan hakimiyyəti və forpost ölkənin xaricdəki havadarları indi də Azərbaycanın sentyabrın 19-da başladığı və 23 saat ərzində uğurla tamamladığı antiterror tədbirlərini hədəfə alıblar. Onlar ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirir, bizi Qarabağ bölgəsinin erməni əsilli sakinlərinə qarşı hansısa “etnik təmizləmə” aparmaqda günahlandırmağa çalışırlar. Halbuki belə iddialar reallıqdan tamam uzaqdır. Prezident İlham Əliyevin sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında respublikamızı bəhs olunan antiterror tədirlərini həyata keçirməyə vadar edən amillərə diqqət çəkib.
İşğalçı Ermənistanın sabiq rəhbərləri ölkəmizə qarşı həmişə aqressiv yanaşmaları ilə fərqləniblər. Prezident İlham Əliyevin bildirdiyi kimi, yeni hökumətə bəslənilən ümidlər də özünü doğrultmadı. Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyan 2019-cu ildə Xankəndidə tribunadan bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, ölkəmiz üçün qırmızı xətt idi. Ona qədər heç kəs belə bir ifadə işlətməmişdi. Bundan sonra Ermənistandan “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları eşidildi. Bu o anlama gəlir ki, ermənilər bizi yeni işğalla hədələyirdilər. Ermənistan tərəfindən aparılan yanlış hesablamalar, bizim potensialımızın, qüvvəmizin və gücümüzün nəzərə alınmaması bu ölkə üçün ciddi bir fəlakətə səbəb oldu.
Ermənistan rəhbərliyi eyni avantüraları postmüharibə mərhələsində də davam etdirir. Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Bununla belə, o, ölkələrin ərazi bütövlüyü və suverenliyi ilə bir araya sığmayan yanaşmalar ortaya qoyur. Sentyabrın 2-də Ermənistanın lideri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərdi. Bu o demək idi ki, utancverici məğlubiyyətdən üç il sonra Ermənistan bizə qarşı yeni ərazi iddiası irəli sürür. 9 sentyabr tarixində qondarma “DQR”in “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında “status” uğrunda mübarizə aparacağını bildirdi.
Bütün bu sadalanan faktlar Azərbaycana münasibətdə “qırmızı xətlər”in keçilməsi demək idi. Qalib Azərbaycan ölkəmizin milli maraqları ilə bir araya sığmayan belə davranışlara nə qədər dözməli idi? Ölkəmiz Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin tərkisilah edilməsi üçün antiterror tədbirlərinə başlamağa qərar verdi. Respublikamız bu tədbirləri özünün suveren hüquqları çərçivəsində uğurla tamamladı. Beləliklə, Azərbaycan 44 günlük müharibədə olduğu kimi, bu dəfə də öz səbrini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. “Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

