Zəngəzur dəhlizi açılacaq!
04.10.2023 [10:32]
İrəvan razılaşmasa da...
İran kommunikasiyaların inkişafının tərəfdarıdır
Nardar BAYRAMLI
Zəngəzur dəhlizinin açılması məsələsi gündəmin əsas mövzularından biridir. Xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvandan qayıtdıqdan sonra verdiyi bəyanat xüsusilə diqqəti cəlb edir. Belə ki, Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bu dəhliz Türkiyə və Azərbaycan üçün çox önəmlidir və tamamlanması vacib olan strateji məsələdir. “Türkiyə ilə Azərbaycan arasında qardaşlıq daha da möhkəmlənəcək. İrandan müsbət impulslar gəlir və bu, ümidvericidir”- deyən Türkiyə Prezidenti qeyd edib ki, Ermənistan bu yolu açmasa, İran ərazisindən keçəcək. Onun sözlərinə görə, İran indi buna müsbət baxır və ona görə də İran ərazisindən Azərbaycana daxil olmaq mümkündür.
İran tərəfindən də bu məsələyə reaksiya verilib. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə fikirlərinə münasibət bildirərkən deyib: “Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiyaların inkişafının tərəfdarıyıq. İran region dövlətlərinin arasındakı məsələlərin 3+3 formatında həll olunmasını istəyir və bölgəyə kənar qüvvələrin cəlb edilməsinin əleyhinədir”. N.Kənani qeyd edib ki, Azərbaycanın rəsmi şəxslərinin İrana səfəri hazırlanır: “Bu səfərlə bağlı işlər və danışıqlar aparılır. Ümid edirik ki, səfər baş tutacaq və Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək”. “Rəsmi Tehran Qafqaz regionunda sülh və sabitliyin hökm sürməsində maraqlıdır və buna görə də bəyan etmişdik ki, İran işğal olunan Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır”,-deyə o vurğulayıb.
Məlumdur ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımdan daha yaxın və tariflərə görə də sərfəli hesab edilir.
Zəngəzur dəhlizinin açılması Ermənistan üçün faydalıdır. Bu ölkə dəhliz vasitəsilə həm iqtisadi dividentlər qazanacaq, həm də Zəngəzur dəhlizi regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək. Əgər rəsmi İrəvan bu yolun önəmini anlamırsa, yol İran ərazisindən keçəcək. Bununla bağlı rəsmi Tehranın razılığı göz önündədir. Bu amil bölgədə əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmlidir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07

