Valdayda Cənubi Qafqaz müzakirəsi...
07.10.2023 [10:20]
Rusiya Prezidentindən Qarabağ etirafı
Valday Beynəlxalq Diskussiya Klubunun son toplantısı bir sıra məsələlər xüsusilə, Ermənistan-Azərbaycan məsələsi ilə bağlı mühüm açıqlamalarla yadda qalıb. Xatırladaq ki, 2014-cü ildən formatını dəyişən klubda qlobal intellektual gündəmin ən aktual mövzuları ilə bağlı məsələlər dəyələndirilir. Klub hər il regional konfranslar keçirir.
Bu dəfə də ənənəvi formatına sadiq qalan Valday Diskussiya Klubunda müzakirə predmeti olan Cənubi Qafqazda baş verən yeniliklərə diqqət çəkilib. Rusiya Prezidenti eyni zamanda Qarabağ və orada baş verən proseslər haqda fikirlərini bölüşüb.
Qarabağ rəsmən Azərbaycanındır...
Maraqlıdır ki, Rusiya Prezidenti Qarabağda baş verən son dəyişikliklərin Ermənistanın indiki rəhbərliyinin, məhz Paşinyanın günahının olmasını iddia edib və bunu Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqələndirib. “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”, - deyən Putin məsələnin bununla bitdiyini qeyd edib: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.
Vurğulanmalıdır ki, Qarabağın Azərbaycan torpağı olmasının əksini heç bir dövlət, o cümlədən də, Ermənistan iddia edə bilməz. Ortada beynəlxalq müqavilələr, ölkənin sərhədləri ilə bağlı beynəlxalq sənədlər mövcuddur - ölkəmiz hər zaman Qarabağın Azərbaycan torpağı olması fikrini ifadə edib və bu faktı beynəlxalq aləmin diqqətinə çatdırıb. Azərbaycan qondarma rejimə və ya digər qondarma fikirlərə ciddi yanaşmayıb, “status”la bağlı hər hansı bir məsələni müzakirə etməyib - tam əksinə, daima Qarabağın Azərbaycan torpağı olduğunu faktlarla sübut edib. Rusiya Prezidentinin fikirləri də bunu bir daha təsdiqləyir. Putinin “Qarabağ Azərbaycan torpağıdır” fikri geosiyasi münasibətlərin hazırki durumunun ən real qiymətləndirilmələrindəndir.
İnək “inildəyirsə”...
Rusiya Prezidenti həm də “Rusiya Ermənistana xəyanət etdi” kimi ittihamları cavablandırıb. O bu kimi iddialara ironiya ilə reaksiya verib. Rusiya lideri deyib: “Bizim xalq arasında belə bir deyim var: kimin inəyi inildəsə də, səninki susmalıdır”.
“İnək” sözü əvəzinə yanlışlıqla “madyan” deyən Putinin sözünə jurnalist düzəliş etsə də, o, “fərqi yoxdur, ikisi də heyvandır” deyə bildirib.
Əslində bu kimi fikirlərlə Rusiya Prezidenti bəzi dairələrə də mesaj göndərib - Cənubi Qafqazda yaranan yeni reallıqlara müdaxilə “istəkləri” boşunadır. Rusiya da bu məsələyə müdaxilə etmək fikrində deyil və olmayıb. Başqa sözlə, Azərbaycanın konstitusion hüquqlarından istifadə etməsi, suverenliyini bərpa etməsi faktı heç kimi “incitməməlidir”...
Hüquq və təhlükəsizlik...
Putin Qarabağın erməni sakinlərinin hüququ məsələsinə də toxunub. O bildirib ki, əvvəllər Azərbaycan Prezidenti İlham Əliyevlə danışanda İlham Əliyev Rusiya Prezidentini Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunması barədə əmin edib. Putin daha sonra bildirib ki, Qarabağda indi erməni qalmayıb, hamısı gedib, ola bilsin ki, 1000-1500 nəfər qalıb, hamısı gedib, heç kim yoxdur.
Ermənilərin Qarabağdan Ermənistana köçmək arzusu onların öz seçimidir - Azərbaycan heç kimi buna məcbur etməyib. Ortada olan reinteqrasiya proqramı isə xüsusi mükəmməlliyi ilə seçilir. Bu mənada, Azərbaycanı nələrdəsə günahlandırmaq özü birmənalı şəkildə beynəlxalq hüququ pozmaq deməkdir. BMT missiyasının yekun bəyanatında ermənilərin Azərbaycan torpaqlarını öz arzuları ilə tərk etməsi faktı açıq şəkildə öz əksini tapır - belə olan təqdirdə, kimlərinsə bu məsələdən spekulyativ vasitə kimi istifadəsi yolverilməzdir.
Xunta üzvlərinin həbsi...
V.Putin Azərbaycan qanunlarını pozduqları üçün müvafiq cinayətlərdə şübhəli bilinən və saxlanılan qondarma rejim üzvlərinin həbsinə də münasibət bildirib. O qeyd edib ki, Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər. Putin rəsmi Bakının Qarabağın keçmiş “liderləri”nə münasibətdə humanitar mülahizələrə əsaslanacağına ümid etdiyini bildirib. Xatırladaq ki, daha əvvəl Ruben Vardanyanın həbsi ilə bağlı vəziyyəti şərh edən Rusiya lideri onun özünün könüllü olaraq Rusiya vətəndaşlığından imtina etdiyini vurğulamışdı.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22

