Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 3 dəfə məğlub olan...

3 dəfə məğlub olan...

11.10.2023 [10:21]

Fransanın hər hansı formatdakı iştirakı Azərbaycanı qane etmir

Fransanın beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışdığı bütün siyasi oyunlar iflasa uğrayır. Ötən illərdə zaman-zaman davam etdirilmiş, II Qarabağ müharibəsindən sonra isə intensivləşdirilmiş bu siyasi “gedişlər” isə birmənalı şəkildə ermənipərəst marağa əsaslanır. Belə ki, Azərbaycanın mühüm qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması, ardından 24 saatlıq antiterror tədbirlərində xuntanın çöküşü Fransanın illərdir davam edən “status-kvo” oyununu pozdu. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Paris bu məsələ ilə bağlı hətta beynəlxalq hüququ belə gözardı etdi. Aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir - istər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamələr”, istərsə də Fransanın beynəlxalq aləmdə oynamağa çalışdığı oyunlar işə yaramır. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. BMT müstəvisində belə Azərbaycana 3 dəfə məğlub olan Paris Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Məsələn, Qranadada planlaşdırılan görüşün mahiyyətində duran məsələlərdən biri məhz bu idi. Fransa prosesə özünəməxsus müdaxilələr etmək istəyini nümayiş etdirir - bu, yolverilməzdir. Azərbaycan özünün haqq işində qətiyyətindən bir addım da geri çəkilmir.

Azərbaycanın addımları beynəlxalq hüquqa tam şəkildə uyğun olub

Bu məsələ oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı telefon danışığı zamanı da müzakirə edilib. Prezident İlham Əliyev, həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa tam şəkildə uyğun olub. Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var.

Bəli, Fransada hələ də irqi ayrı-seçkilik məsələsi aktual sayılır, son dövrlərdə əlcəzairli gənc bu ayrı-seçkiliyin qrubanına çevrilmişdi. Fransanın Afrikadakı koloniyaları, dəniz aşırılarındakı torpaqları, çox uzağa getmədən XIX - XX əsrdə törətdiyi soyqırımları onun neokolonist siyasətinin ifşasıdır. Rəsmi Paris həmin ərazilərdəki insanların ən adi hüquq və azadlıqlarını tanımır, onları beynəlxalq hüququn verdiyi imkalardan kənar salıb. Budurmu Fransanın “ədalət” anlayışı?

Paris bütün  dövrlərdə şər-böhtan kampaniyası aparıb

Xatırladaq ki, 2020-ci il Vətən müharibəsi dövründə də bu ölkənin rəsmi dairələri mütəmadi olaraq faktları təhrif etməyə çalışır, Azərbaycana qarşı şər-böhtan kampaniyaları aparırdılar. Hətta bu ölkənin rəsmi strukturlarının himayəsində olan bəzi kanallar Vətən müharibəsi dövründə Suriyadan və ya Livandan gələn və Ermənistanın tərəfindən döyüşən muzdluları Azərbaycanın “ayağına” yazmağa çalışırdılar. Beləliklə, Fransanın əsl siması Vətən müharibəsi dövründə Azərbaycan ictimaiyyətinə bir daha bəlli oldu.

Ardından post-müharibə dövründə Fransa prezidenti postuna və mövqeyinə uyğun olmayaraq, həqiqətləri təhrif edərək Azərbaycanı “işğalçı” adlandırmışdı. İndiki məqamda isə Fransanın yenidən “demarş” arzusu sülhə qarşı istiqamət alıb - Paris bütün “gücünü” Cənubi Qafqazda qurulması nəzərdə tutulan təhlükəsizlik arxitekturasının qarşısının alınmasına yönəldib. 

Azərbaycanın qətiyyəti...

Amma Fransa bütün hallarda Azərbaycana qarşı məğlub durumdadır - BMT TŞ müstəvisində, Frankafoniyada... və Qranadada. Parisin planları boşa çıxdı. Azərbaycan hər zaman imzasına, sözünə cavabdehdir - sülh uğrunda bütün səylərini ortaya qoyur. Sözü ilə imzası arasında fərq olmayan Azərbaycanın beynəlxalq müstəvidəki yeri və rolu danılmazdır - Fransa kimi ölkələr nə qədər cəhd göstərsələr də Azərbaycanla bağlı hansısa ədalətsiz və haqsız “sənədi” beynəlxalq aləmə qəbul etdirə bilməzlər.

Azərbaycanın isə Fransaya qarşı etirazı açıq kontekstdədir - məsələn, hələ Qranadadan öncə, ötən il dekabrın 7-də Aİ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında keçirilən görüşün baş tutmasının da səbəbkarının Fransa olması açıq şəkildə bildirilmişdi - Azərbaycan Prezidenti bu faktı beynəlxalq tədbirdə açıqlamışdı. Budur Azərbaycanın qətiyyəti və qəti fikri. Ölkəmiz yürütdüyü siyasətində hər zaman milli maraqlara üstünlük verir. Bizim üçün Fransanın Ermənistanın “böyük bacı”sı olması heç nəyi dəyişmir və heç nəyə də təsir etmir...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31