Mehriban qonşuluq siyasətinə sadiqik
11.10.2023 [11:25]
Mehriban qonşuluq siyasətinə sadiqik
Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin daha da irəli aparılmasına öz müsbət töhfəsini verdiyi vurğulanıb.
Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar. İqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirdiyi və ölkəmizin suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi əsasında Ermənistanla davamlı sülhün qurulmasında maraqlı olduğu bildirilib.
Görüş zamanı, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, son zamanlar iki ölkə arasında münasibətlərdə irəliləyişlər müşahidə olunur. Xatırladaq ki, yanvar ayında səfirliyimizə silahlı hücum Azərbaycanla İran arasında siyasi münasibətlərə ciddi təsir etmiş, ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi. Bununla belə, İran tərəfi hadisənin obyektiv araşdırılacağını və cinayəti törədənlərin layiqli cəzasını alacağını bəyan etmişdi. Bu istiqamətdə İranın hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə əməkdaşlıq ediblər. Bu hadisədən sonra İranın bir sıra rəsmi şəxsləri ölkəmizdə səfərdə olublar. Məsələn, iyul ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda səfərdə olmuşdu, Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak etmişdi. Səfər zamanı o, dövlət başçısı və xarici işlər naziri ilə də görüşmüşdü. İyulun 5-də Prezident İlham Əliyevlə görüşündə iranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirmişdi.
Eyni zamanda, hər iki ölkənin XİN başçılarının da görüşü və telefon danışıqları olub. Bu danışıqlarda da Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
Görünən odur ki, son zamanlar tərəflər arasında gərginliyin aradan qaldırılması, münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif bəyanatlar səsləndirilib. Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu mənada, qonşu İranla da mehriban qonşuluq siyasətinin qarşılıqlı olaraq davam etdirilməsi həm hər iki dövlətin maraqlarına cavab verir, həm də bütövlükdə regionumuz üçün faydalıdır.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

