Ermənistan yenə “şikayətçi” obrazında...
11.10.2023 [11:40]
İrəvan dəfələrlə rədd cavabı aldığı BƏM-dən niyə əl çəkmir?
Xəbər verildiyi kimi, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın müraciəti üzrə dinləmələrə start verib. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq (Ermənistan Azərbaycana qarşı) Məhkəmənin yerləşdiyi Haaqadakı Sülh Sarayında keçirilməsinə başlanılan dinləmələr Ermənistanın müvəqqəti tədbirlərin görülməsi ilə bağlı müraciətinə həsr olunur. Xatırladaq ki, hər iki tərəfin öz şifahi arqumentlərini təqdim edəcəyi bu dinləmələrlə bağlı Ermənistan sentyabrın 28-də BƏM-ə müraciət edib.
Bu arada Ermənistanın nümayəndələri də Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə iclasda yer alırlar. Erməni mediasının xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan “nümayəndə heyəti” ilə bağlı qərar da imzalayıbmış. Qərara əsasən, Yeğişe Kirakosyan, Liparit Drmeyan və Aram Aramyanın oktyabrın 9-13-də Niderlanda ezam olunublar. Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan, beynəlxalq hüquq məsələləri üzrə nümayəndənin aparatının rəhbəri Liparit Drmeyan və dövlətlərarası mübahisələr üzrə idarənin müdiri Aram Aramyan BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin iclasında rəsmi İrəvanı təmsil edirlər.
Bu, ilk “müraciət” deyil...
Ermənistanın bu kimi əsassız iddialarla BƏM-ə müraciət etməsi isə ilk fakt deyil - bir neçə ay öncə Məhkəmə Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd etmişdi. Xatırladaq ki, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdi. Bundan öncə isə, ötən ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi. Beləliklə Ermənistanın qanunsuz, beynəlxalq hüquqa zidd tələblərinin rədd edilməsi paralel olaraq bu dövlətin qeyri-qanuni əməllərinin ifşasına da zəmin yaradır. Başqa sözlə, qanunsuzluq axtarışında olan, hətta beynəlxalq qurumları belə qanunsuz iddiaları ilə bezdirən Ermənistan bu yolla ötən 30 ildə imza atdığı vəhşilikləri, barbarlığı, cinayətləri pərdələməyə çalışır. İşğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, mədəni, dini, tarixi abidələrin dağıdılması, eyni zamanda, ölkəsi daxilində apardığı irqi ayrı-seçkilik təbliğatı rəsmi İrəvanın əsl simasını üzə çıxarır - bu dövlət birmənalı şəkildə beynəlxalq konvensiyaların əleyhinə addımları ilə seçilir. Xocalı soyqırımı və bu kimi bir sıra bəşəri cinayətlərə imza atan Ermənistan rejimi müharibədən sonrakı dövrdə törətdiyi cinayətlərin üstünün açılmaması üçün belə vəsatətlər qaldırır - amma, bu heç bir işə yaramır. Azərbaycanın apardığı hücum diplomatiyası Ermənistanın əsl niyyətlərinin beynəlxalq aləmdə də ifşa olunmasına şərait yaradır.
Ermənistanın haqsız iddiaları..
24 saatlıq antiterror tədbirləri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan müstəsna hüququ idi ki, ölkəmiz bu vasitə ilə özünün suverenliyini tam şəkildə bərpa etmiş oldu. Həmin ərazilərdə yaşayan erməni sakinlərin zərər görməməsi üçün isə bütün zəruri önləyici tədbirlər görülmüş, erməni əhalinin təhlükəsizliyi təmin edilmişdi. Antiterror tədbirləri başlamamışdan qabaq Azərbaycan Ordusunun yaydığı bəyanatda da vurğulanırdı ki, mülki sakinlərə legitim hərbi hədəflərdən uzaq dayanmaları bildirilib. Eyni zamanda, antiterror tədbirlərindən sonra regiona gələn BMT - nin missiyasının bəyanatında da vurğulanırdı ki, Qarabağdan hər hansı bir sakin məcburən çıxarılmayıb - tərk edənlər öz arzusu ilə Ermənistana keçir. Bununla yanaşı, bölgədə hər hansı bir infrastruktur sıradan çıxarılmayıb, mülki əhali hədəfə alınmayıb.
Beləliklə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətləri birmənalı şəkildə iflasa məhkumdur. Əksinə, Ermənistan ötən 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamaqla yanaşı, həmin ərazilərdə bütün infrastrukturu, o cümlədən yüzlərlə yaşayış məntəqəsini Yer üzündən silib. O ərazilərdə yaşayan insanlar isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bütün bunlar isə Ermənistanın işğalçı niyyəti ilə yanaşı, etnik təmizləmə siyasəti apardığını deməyə əsas verir - bu ölkə işğal etdiyi ərazilərin mədəni - dini abidələrini belə özününküləşdirməyə çalışıb. Bu cür çirkin siyasətə imza atan bir dövlətin Beynəlxalq Ədalət Məhkəməsinə hər hansı bir iddia ilə müraciət etməsi isə absurddur.
BƏM-in qərarlarını icra etmir...
Ermənistan həm də bu Məhkəmənin qərarlarını icra etməkdən boyun qaçırır. Bütün zamanlarda olduğu kimi, cəzasızlıq mühitindən sui-istifadə edən Ermənistan BƏM-ə münasibətdə də özünü qeyri-adekvat aparıb. Məsələn, 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistana qarşı bir vəsatət təmin olunmuşdu - Azərbaycan tərəfindən irəli sürülən həmin vəsatət Ermənistanda azərbaycanlılara qarşı etnik nifrəti təşviq edən qruplaşmaların fəaliyyətinin dayandırılması ilə bağlı idi və Azərbaycanın istəyi ilə bu vəsatət təmin edilmişdi. Ermənistan tərəfi bugünədək həmin qərarı yerinə yetirməyib. Ədalət Məhkəməsinin qərarını yerinə yetirməyən bir dövlət hansı üzlə yenidən bu quruma iddia təqdim edir? Bu ölkə özü Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmətsiz yanaşdığı halda, qurumu ittiham etməyə çalışır. Bu kimi hallar bir daha Ermənistanın əsl simasını üzə çıxarır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

