Tehran-23...
25.10.2023 [10:40]
Yeni reallıqları bir daha təsdiqlədi
Bir çox mühüm məqamları ilə yadda qalan “Tehran görüşü” həm də region ölkələrinin yeni reallıqları təsdiqləməsi ilə seçildi. Belə ki, artıq sülh və əməkdaşlıq anonsları verən xarici siyasət idarə rəhbərləri Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərindən sonrakı mərhələdə gözlənilən perspektivlərlə bağlı fikirlərini də bölüşdülər. Başqa sözlə, verilən bəyanatlarda Azərbaycanın ərazi bütövluyünə dəstək, Qarabağ münaqişəsinin tarixə çevrilməsi, qarşıdakı mərhələnin fərqli məsələlərə həsr olunmasının vacibliyi öz əksini tapdı.
Praktiki addımlar atılmalıdır...
Bu mənada, Rusiya XİN rəhbərinin açıqlamaları xüsusilə qeyd edilməlidir. Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda baş tutan Cənubi Qafqaz üzrə “3+3” regional platformasının XİN başçılarının toplantısının yekunları ilə bağlı keçirdiyi
brifinqdə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur. Onun sözlərinə görə, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması ilə bağlı praktiki addımların atılması qalır: “Hər şeydən öncə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və hansısa maneə olmadan nəqliyyat və iqtisadi əlaqələrin qurulması qalır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair bu aspektlər birbaşa olaraq “3+3” formatında müzakirə olunmur. Tərəflərin razılaşdığı kimi bunun üçün ayrıca kanallar var. Rusiya bütün bu proseslərdə əlaqələndirici rolunu oynayır”.
Lavrovdan öncə Putin...
44 günlük Vətən müharibəsindən sonrakı prosesdə Rusiyanın münasibətlərin normallaşması istiqamətində addımları olduqca mühüm əhəmiyyət daşıyıb. Soçidə, Moskvada baş tutan üçtərəfli görüşlər, danışıqlar prosesin istiqamətinin müəyyənləşməsində olduqca əhəmiyyət?? rol oynayıb - Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirib və dövlətlərarası münasibətlər yüksək səviyyədədir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatları problemin həlli ilə bağlı mühüm aspektləri özündə əks etdirib. Bu bəyanatlar prosesin inkişafına müsbət təsir göstərməklə yanaşı, qarşıdakı dövr üçün əsaslı perspektiv yaradıb. Rusiya hər zaman problemin sülh yolu ilə həllində vasitəçi kimi rolunu yüksək səviyyədə təqdim edib. Qeyd edək ki, Rusiyanın mövqeyi bu ayın əvvəlində Valday Diskussiya Klubundakı müzakirələr zamanı Rusiya Prezidenti tərəfindən də dilə gətirilmişdi. Rusiya Prezidenti vurğulamışdı ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.
Bu mövqe səsləndirildiyi zaman da birmənalı olaraq siyasi ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdi - Putinin “Qarabağ Azərbaycan torpağıdır” fikri geosiyasi münasibətlərin hazırki durumunun ən real dəyərləndirilməsi kimi vurğulanmışdı.
Azərbaycan-Rusiya münasibətləri...
Lavrovun da vurğuladığı kimi, “3+3” formatı iqtisadi münasibətlərin genişləndirilməsi üçün yaradılan formatdır və bu imkanlardan Azərbaycan və Rusiya hər zaman müsbət formada istifadə edir. Ümumiyətlə, dialoqa əsaslanan ikitərəfli siyasi münasibətlər iqtisadi əlaqələrin ə inkişafında əsaslı rol oynayıb. Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, iki qonşu ölkə sıx əməkdaşlıq etməsin. Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. Bu ilin ilk yarısında Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 164 milyon 562 min dollar təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 37,6 faiz çoxdur. Bu dövrdə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,27 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Eyni zamanda, qarşılıqlı səfərlər münasibətlərimizin inkişafına xüsusi töhfə verir. Rusiya regionlarının Azərbaycanın bölgələri, hətta Bakı rayonları ilə dostluq əlaqələri qurması, qarşılıqlı səfərlərin reallaşması münasibətlərin dinamizm qazanmasına xüsusi töhfə verir. Əlaqələrin inkişafı isə dövlətlərarası münasibətlərin yüksələn xətlə inkişafında əsaslı rol oynayır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

