Barış, yoxsa savaş...
26.10.2023 [10:45]
Parisin gizli məqsədi ifşa edilir
Vətən müharibəsindən sonra Azərbaycanın apardığı siyasi kurs Cənubi Qafqazın “sabitlik adasına” çevrilməsinə hədəflənib. Regionda çoxtərəfli münasibətlər sisteminin qurulması, Ermənistanla isə ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində aparılan fəaliyyət mühüm mərhələyə qədəm qoyub. Antiterror tədbirlərindən sonrakı müddətdə sülh prosesinin bir addım da “irəlilədiyini” görürük. Təəssüf ki, bu addımlar qarşılıqlı şəkildə atılmır - sülhü imzalayacaq qarşı tərəf, Ermənistan bu istiqamətdə davamlı və ardıcıl siyasət nümayiş etdirmir. Bir tərəfdən Nikol Paşinyan Avropa Parlamentinin tribunasından “sülh çağırışı edir”, digər tərəfdən, Mirzoyan Tehranda əməkdaşlığın inkişafına eyham vurur, üçüncü tərəfdən isə Papikyan Parisdə ölkəsinin silahlandırılması üçün yeni - köhnə “mənbələr”dən silah yığır. Təbii ki, bu hal birmənalı qarşılana bilməz və Ermənistanın bu “ikiüzlü” siyasi xətti fərqli assosasiya yaradır - məğlub ölkə regionda yeni müharibə axtarışındadırmı?
Region ölkələri Fransaya müqavimət göstərməlidir...
Xatırladaq ki, Fransa və Ermənistan müdafiə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan “X” hesabında bildirib. Onun sözlərinə görə görüş zamanı razılaşmaların icrası ilə bağlı görülən işlərin gedişi müzakirə olunub.
O da bəlli olub ki, Ermənistan Fransadan üç GM200 radio lokasiya sistemləri alacaq. Bu barədə isə “Reuters” agentliyi məlumat yayıb. Qeyd olunub ki, İrəvan və Paris Fransanın “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu da imzalayıblar.
Bəli, “Ermənistana dəstək” adı altında Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası formalaşdırma cəhdləri boşa çıxan Fransa bu dəfə fərqli yola əl atır - sentyabrın 20-dən sonrakı mərhələdə regiondakı siyasi və hərbi reallıqların tamam dəyişdiyini dərk edən Paris Ermənistanı yarızor-yarıxoş yeni müharibəyə sürükləyir. Təbii ki, Ermənistan bu fikrə düşəcəyi halda nələrlə qarşılaşa biləcəyinin fərqindədir - və ya Ermənistanı “uçuruma itələyən” Fransa bu kimi eskalasiya cəhdinin hansı nəticələri doğura biləcəyini yəqin ki, anlayır. Eyni gündə Tehranda səsləndirilən sülh çağırışlarına silahlanma ilə “cavab verilməsi” birmənalı qarşılana bilməz. Bu, Ermənistanın bütövlükdə, Cənubi Qafqaz üçün təhdid olmaqda davam etmək qərarının əyani sübutudur. Və ya Fransanın bu “silahlar vasitəsilə” Ermənistana “daxil olmaq” istəyi artıq reallığa çevrilir - hər bir halda ortada olan bu təhdidə qarşı bütövlükdə regional etiraz nümayiş olunmalı, müqavimət göstərilməlidir...
Parisin “mahiyyəti”...
Reallıq odur ki, Ermənistan istər siyasi, istər sosial, istərsə də hərbi müstəvidə dalana dirənib - rəsmi İrəvan ya, yenidən Fransa və ya digərlərinin sözünə uyub özünü daha dərin uçurumlara yuvarlamalıdır, ya da Azərbaycanın xoşməramlı, əməkdaşlığa əsaslanan sülh niyyətinə müsbət cavab verməlidir. Paşinyan hakimiyyətinin bu kimi çətin “yolayrıcı”nda qalması isə hər kəsdən qabaq Fransanı “sevindirir”. Bunun nəticəsidir ki, dünyaya “sülh dərsi” keçmək istəyən Paris Qafqaza “ölüm daşımaq” niyyətindədir.
Bu silah “alveri” Parisin bütün planlarını üzə çıxarır. Özünü Avropanın “demokratiya və sülh carçısı” elan etmiş bir ölkənin Ermənistanı silahlandırması, yeni müharibəyə təhrik etməsi onların əsl kimliiyni ortaya qoyur. Məsələnin əsl mahiyyəti fransalı rəsmilər tərəfindən belə etiraf edilir - bir müddət əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirmişdi ki, biz ölkədə (Ermənistanda - red.) indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”.
Lekornyu bununla ölkəsinin qanunsuz əməllərini ifşa etmiş oldu. Dünənə qədər sülh prosesində iştirak üçün çalışan Fransanın oyunu ifşa ediləndən sonra hədə-qorxu mühiti formalaşdırmaq istəyir - amma bu mümkün deyil. Azərbaycan dövləti ilə heç kim hədə-qorxu ritorikası ilə danışa bilməz. Bunu ən yaxşı bilənlər siyahısına isə elə Ermənistranla Fransa “başçılıq” edir...
Afrikada soyqırımı törədən silahlar...
Təbii ki, Fransanın bu “silah alveri” yalnız “quru erməni sevgisindən” qaynaqlanmır. Ortada Parisin özünün alt maraqları da mövcuddur -əsas məqsədlərdən biri silah satışıdır. Ümumiyyətlə, dünyada gedən münaqişələr, qarşıdurmalar böyük dövlətlərin, silah ixracatçılarının mənafeyinə xidmət edir - Fransa da əlinə düşmüş fürsətdən istifadə etməkdə qərarlıdır. Paris bu yolla özünün köhnə silahlarından yaxa qurtarır və “baqaj”ındakı arsenalın yenilənməsini təmin edir. Başqa sözlə, Parisin ucuz satdığı və ya əvəzsiz verdiyi köhnə silah sursatla Ermənistan “əsir alınır”. Qeyd edək ki, neokolonializm siyasəti yürüdən Fransa ötən əsrin son onilliklərinə kimi Afrikada müstəmləkəçiliklə məşğul olub və hətta bir sıra xalqlara qarşı soyqırımıları təşkil edib. Bu gün həmin günahsız insanların qanuna batan köhnə silahlar Ermənistana “verilir”. Beləliklə də Fransa özünün müstəmləkəçi və qaniçən mahiyyətini dəyişmədiyini təsdiqləyir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

