Növbəti çətirədək...
27.10.2023 [11:00]
102-ci hərbi baza Gümrüdə qalacaqmı?
Məğlub Ermənistan hər ötən gün uzun illər ərzində çətiri altına sığındığı Rusiyadan uzaqlaşmaq yolunda növbəti addım atır və çatları getdikcə dərinləşdirir. Bu ölkənin baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə xələl gətirəcək yeni açıqlama ilə çıxış edib. Söhbət onun “Wall Street Journal” nəşrinə müsahibəsində Rusiya hərbi bazalarının Ermənistanda fəaliyyətinin davam etməsində heç bir üstünlük görmədiyini bildirməsindən gedir. Halbuki indiyədək baş nazirin özü və onun komandasında yer alan digər yüksəksəviyyəli rəsmilər Rusiya hərbi kontingentinin Ermənistandan çıxarılması məsələsinin müzakirə olunmadığını bildirirdilər. Nikol Paşinyanın “Wall Street Journal”da ifadə etdiyi fikirlər o anlama gəlir ki, artıq Ermənistan rəhbərliyi şimal qonşumuzla münasibətlərində ən zəruri həlqəni belə qırmaq və bununla da çoxəsirlik ikitərəfli əlaqələrin sonunu gətirməkdə qətiyyətlidir. Ermənistan rəhbərliyinin Rusiya hərbi bazasının ölkədən çıxarılmasını masaya daşıması bütün körpülərin yandırılması deməkdir...
Ermənistanın Rusiyadan incik düşməsi
Kasıb Ermənistanın özü kimə isə fayda verməyən bir subyektdir. Bu subyektin digərlərindən gözləntiləri, sümürüb almaq istədikləri isə nəhayətsizdir. Biz zaman-zaman Ermənistan iqtidarının müxtəlif çətirlər altına sığındığının şahidi olmuşuq. Belə təəssürat yaranır ki, ermənilər məhz başqalarının himayəsi altında olanda özlərini xoşbəxt sanırlar. Maraqları təmin olunmayanda isə himayəçilərini əvəzləmək onlar üçün əlcək dəyişmək qədər asandır.
Son vaxtlaradək Ermənistanın Rusiyaya aqressiv münasibət bəsləyəcəyini heç kəs gözləmirdi. Axı bu ölkə varlığına görə məhz şimal qonşumuza borcludur. Məhz Rusiyanın himayəsi altında Cənubi Qafqazda Ermənistan dövləti yaradılıb və sonradan da davamlı şəkildə qorunub. Belə görünür ki, indiki mərhələdə Ermənistan rəhbərliyində Rusiyadan nələr almaq limitinin tükəndiyi və daha sərfəli himayəçilər tapmaq zərurəti yarandığı qənaəti formalaşıb. Belə bir qənaətdən çıxış edən N.Paşinyan iqtidarı Rusiyadan uzaqlaşmaq üçün ardıcıl addımlar atır.
Səsləndirilən bəhanələr də kifayət qədər çoxdur. Getdikcə dərinləşən incikliyin ən əsas arqumenti kimi isə, ikinci Qarabağ müharibəsində və postmüharibə mərhələsində Rusiyanın Ermənistanı lazım? şəkildə dəstəkləməməsi göstərilir. N.Paşinyanın və onun komandasında yer alanların açıqlamalarında bildirilir ki, Rusiya, o cümlədən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2020-ci ildə və sonrakı dövrdə baş verən proseslərdə öhdəliklərini yerinə yetirməyib, bu səbəbdən də Ermənistan məğlub durumda qalıb. Nikol Paşinyan bu qəbildən olan absurd iddialarını “Wall Street Journal”a müsahibəsində növbəti dəfə təkrarlayıb. O bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirməyib. Sual yaranır: Nə üçün Rusiya Azərbaycanın ərazi bütövlüyünün və Qarabağda suverenliyinin təmin olunması naminə apardığı ədalətli müharibəni və antiterror tədbirlərini dayandırmalı idi?
Narazılığın pərdəarxası məqamları
Ermənistanın Rusiyadan narazılıq jestləri etməsinin pərdəarxası məqamı isə Nikol Paşinyan iqtidarının Qərbə bağlı olması ilə bağlıdır. O məhz Qərbin hazırladığı inqilab ssenarisi ilə hakimiyyətə gəlib və hazırda da bağlı olduğu qüvvələrə maşalıq etməyi özünün ən şərəfli missiyası sanır. Bundan ötrü Nikol Paşinyan Qərbin geosiyasi məsələlərdə dərin ədavətdə olduğu Rusiyaya qarşı cəbhə açıb. Kollektiv Qərb hazırda şimal qonşumuzun Cənubi Qafqazda maraqlarına zərbə vurmaq üçün hazırladığı ssenarini gerçəkləşdirmək istəyir. Qərb dairələri yaxşı anlayırlar ki, bunu ancaq Ermənistan üzərindən etmək mümkündür. Çünki Azərbaycan öz siyasətində milli maraqları əsas tutur və xoş mərama əsaslanan qonşuluq siyasəti reallaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, ölkə ərazisindən digər dövlətlərə qarşı poliqon kimi istifadə olunmasına heç vaxt imkan verməyəcək. Ermənistanda belə qətiyyət yoxdur. Bu ölkə öz oriyentasiyasını dəyişməyə həmişə hazır olub. Eyni zamanda N.Paşinyan Qərb qarşısında öhdəliklərini yerinə yetirmək zorundadır.
Rusiya ilə körpülərin yandırılması üçün indiki məqamın seçilməsi də təsadüfi deyil. Məlum proseslər Rusiya üçün müəyyən çətinliklər yaradıb. Riyakar Ermənistan bundan yararlanmağı fürsət kimi dəyərləndirir.
Onu bağışlamaq olarmı?
Onu bağışlamaq olarmı? Məşhur filmdəki bu sual indi Ermənistanın başı üzərində dolaşır. İndiyədək bu ölkə Rusiyadan uzaqlaşmaq naminə bir xeyli yol qət edib. Məhz N.Paşinyan iqtidarının istəyi ilə bu ölkədə Avropa İttifaqının (Aİ) uzunmüddətli missiyası yerləşdirilib. Ermənistan Rusiyanın əsas fiqur olduğu KTMT-nin tədbirlərini iqnor edir. Bu ölkəyə Şimali Atlantika Alyansının (NATO) üzvü olan Fransadan silah tədarükü ilə bağlı müqavilə imzalanıb. Eyni zamanda, yaxın perspektivdə Fransa hərbçilərinin yerli heyətə təlim keçmək bəhanəsi ilə Ermənistana gələcəyi gözlənilir. Bütün bunların ardınca N.Paşinyan xarici nəşrə müsahibəsində Rusiyaya məxsus hərbi bazanın ölkəsində qalmasına lüzum olmadığını açıq mətnlə ifadə edib.
Qeyd edək ki, 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. Baza, ümumilikdə, 13 döyüş və 17 təchizat-təminat bölməsindən ibarətdir. Hərbi bazaya bitişik olan “8-ci şəhərcik” adlanan yaşayış məntəqəsində 4000 nəfərə yaxın hərbçi ailəsinin üzvləri yaşayır. Xatırladaq ki, keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan təkidli səylərlə öz ərazilərindəki Rusiya bazalarının çıxarılmasına nail oldular. Ermənistan isə fərqli mövqe tutdu. Bu ölkə Rusiyaya məxsus hərbi bazanın öz ərazisində 2044-cü ilə kimi qalmasına icazə verdi.
Bəhs olunan hərbi bazanın Ermənistandan çıxarılması məsələsi Rusiya üçün artıq qırmızı xəttdir. Bu gün də Ermənistanın həyatında mühüm yer alan - forpost dövlətin enerji təminatı şimal qonşumuzdan asılıdır, iqtisadiyyatın əsas sahələri, o cümlədən də dəmiryolu şəbəkəsi bütünlüklə bu ölkəyə məxsusdur - Rusiyanın qırmızı xəttin keçilməsi ilə barışacağı isə mümkün görünmür. Hadisələrin bu ssenari üzrə irəliləyəcəyi təqdirdə Ermənistanın çox ağır cəza alacağı qaçılmaz olacaq...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

