/ / "Azadlıq" qəzeti, İsa Qəmbər, radikal müxalifətin digər nümayəndələrinin ermənilərə və anti-Azərbaycançı dairələrə işlədikləri bir daha isbatlandı
"Azadlıq" qəzeti, İsa Qəmbər, radikal müxalifətin digər nümayəndələrinin ermənilərə və anti-Azərbaycançı dairələrə işlədikləri bir daha isbatlandı
25.02.2012 [01:52]
Bu mövzu haqqında dəfələrlə yazmışıq. Hər dəfə də faktlarla sübuta yetirmişik ki, bu gün demokratiya libası geyinib, hər kəsə insan hüquqlarından, vətənpərvərlikdən dərs keçən radikal müxalifət və onun mətbuat orqanları ermənilərə və anti-Azərbaycançı dairələrə işləyirlər. Lakin hər dəfə də yazılanları müxalifətsayağı “şərh edən” radikallar ictimaiyyəti maraqlandıran suallara cavab verməkdən yayınıb və şəxsi maraqlarını üstün tutduğunu göstəriblər.
Təəssüflər olsun ki, regionda və dünyada baş verən ciddi siyasi proseslər ərəfəsində Azərbaycanın milli maraqlarını təhlükə altına qoya biləcək fikirlər səsləndirən və erməni mətbuatı vasitəsilə gündəmdə qalan radikallar bu dəfə dövlətin, xalqın mənafeyinə qarşı olduqlarını nümayiş etdiriblər.
Ermənistanın “Panorama.am”, “Voskanapat.info” və digər saytları yenə də bizim psevdovətənpərvərlərimizə istinad ediblər
ölkəmizdə “Eurovision-2012” mahnı yarışmasına hazırlıq işlərinin sürətlə davam etdirildiyi bir zamanda, erməni mətbuatı yenidən “Azadlıq” qəzetinə və İsa Qəmbərə istinad etməklə, öz çirkin niyyətini həyata keçirməyə cəhd göstərib.
Bu dəfə Ermənistanın “Panorama.am”, “Voskanapat.info” və digər saytları “Azadlıq” qəzetinə və İsa Qəmbərin absurd fikirlərinə istinad ediblər. “Yeni Azərbaycan” qəzetində milli maraqlarımızı müdafiə edən məqalə “Azadlıq” qəzetini necə qıcıqlandırıbsa, erməni saytlarını da elə o dərəcədə qıcıqlandırıb. Ona görə də, “Azadlıq” qəzetini verdiyi reaksiyanı eyni ilə təkrar ediblər. Bu bir daha onu göstərir ki, “Azadlıq” qəzetinin və ermənilərin ağası eynidir. Hər ikisi eyni məqsədə xidmət edir.
Əlbəttə ki, bunun müxtəlif dövlətlərdəki anti-Azərbaycançı dairələrin ölkəmizə qarşı başlatdığı kampaniya ilə paralel getməsi müəyyən şübhələr doğurur və Bakıda keçiriləcək “Eurovision-2012” mahnı yarışmasının möhtəşəmliyinə kölgə salmaq üçün insan haqlarından təzyiq vasitəsi kimi istifadə edildiyi qara-piarın eyni mərkəzdən idarə olunması haqqında fərziyyəni meydana çıxarır.
Nə üçün erməni mətbuatı yalnız “Azadlıq” qəzetinə və İsa Qəmbərə istinad edir?
Hər kəsə bəllidir ki, Azərbaycan bu gün regionun ən demokratik dövləti kimi, bütün sahələrdə şəffaf və azad fəaliyyəti təmin edib. ölkəmizdəki çoxpartiyalı sistem və azad mətbuat cəmiyyətdə fikir plüralizmini labüdləşdirib. Belə olan halda, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan sosiumunda da müxtəlif fikirlər səsləndirilir. Bunlar həm iqtidaryönlü, həm də müxalifyönlü ola bilər və buna görə də heç kəs təqib olunmur. Amma maraqlısı ondan ibarətdir ki, ermənilər 4500 mətbuat orqanından yalnız “Azadlıq” qəzetinə və 10-a yaxın müxalifət partiyası sədrindən ancaq İsa Qəmbərə istinad edir. Məhz, buna görə də cəmiyyət haqlı olaraq, soruşur: Nə üçün? Hansı səbəbə görə, Azərbaycana münasibətdə düşmək mövqe tutmuş Ermənistanın “Panorama.am”, “Voskanapat.info” və digər saytları ölkəmizin əleyhinə söylənilmiş fikirləri “Azadlıq”dan götürür? Bəlkə, “Azadlıq” qəzeti Azərbaycanın milli maraqlarına zərbə vurmaq üçün ermənilərin anti-təbliğat ruporu rolunu oynayır? “Azadlıq”ın rəhbərliyini və İsa Qəmbəri ermənilərlə birləşdirən ortaq “dəyər” nədir?
“Azadlıq”ın, İsa Qəmbərin maraqları ilə ermənilərin mənafeləri eynidir
Xatırladaq ki, ötən ilin yay aylarında Müsavat partiyasınn başqanının ermənilərlə görüşü haqqında məlumatlar öz təsdiqini tapmışdı. Ermənistan Milli Konqresinin nümayəndələrilə əldə olunmuş razılaşmanın isə Azərbaycan xalqının milli maraqları ilə daban-dabana zidd olduğu üzə çıxmışdı. Bir neçə gün öncə isə Əli Kərimlinin Almaniyadakı anti-Azərbaycançı dairələrlə iş birliyi öz təsdiqini tapdı. Bütün bunların əsasında ortaya çıxan mənzərə bir daha sübut edir ki, “Azadlıq”ın rəhbərliyinin, İsa Qəmbərin maraqları ilə ermənilərin mənafeləri eynidir. Bu anti-Azərbaycançı dairələrin əsas məqsədi Azərbaycanın demokratik dövlət kimi imicinə zərbə vurmaq, “Eurovision-2012” mahnı yarışmasının möhtəşəmliyinə kölgə salmaq, xalqımızın milli maraqlarına təhlükə yaratmaqdır.
Xalqımız milli maraqları satanları heç zaman dəstəkləməyəcək
Bir sözlə, radikal müxalifətin bu cür addımları cəmiyyətdə onlarla bağlı formalaşmış rəyin yalnış olmadığını bir daha sübut edir. Partiyalarının sıralarındakı gənclərə də eyni fəaliyyət ruhunda dərs keçən Əli Kərimli, İsa Qəmbər kimilər əlbəttə ki, Ruslan Bəşirliləri yetişdirirlər. Artıq Azərbaycan xalqı Dağlıq Qarabağın 2000 dollara satıldığını, eyni zamanda, radikalların əxlaqi dəyərlərə zidd olan əməllərini də görüb. Düşünürük ki, bundan sonra nə “Azadlıq” qəzeti, nə Əli Kərimli, nə də İsa Qəmbər insanlara vətənpərvərlikdən, milli maraqlardan və dövlətçilikdən bəhs etməyəcək, danışmayacaq. çünki, düşmən dəyirmanına su tökmək hələ indiyədək heç kəsə xeyir gətirməyib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

