Sülhün və barışın düşməni - Vaşinqton
20.11.2023 [12:11]
Sorğumuzu cavablayan respondentlərin əksəriyyəti belə düşünür
2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri Ermənistan ilə ölkəmiz arasında münasibətlərin normallaşması ilə bağlı prosesin daha tez reallaşması üçün ümidlər yaratdı. Artıq iki ölkə arasında demək olar ki, ən mühüm müddəalarla bağlı razılaşmalar əldə olunmuşdu – Ermənistan detallı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımışdı, eyni zamanda bu ölkə Azərbaycanın suverenliyinin tam bərpasını qəbul etmişdi. Amma prosesin inkişafı göstərdi ki, Ermənistan bu gün sülhdən çox sülhün manipulyasiyası ilə məşğuldur. Bunda isə xarici təsirlərin, konkret olaraq ABŞ-ın tutduğu mövqe xüsusi diqqəti cəlb edir. Xüsusilə, son günlərdə ABŞ-ın mövqeyi anlaşılmazdır - rəsmi Vaşinqtonun açıq ermənipərəst mövqedən çıxış etməsi isə Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Konqresdə baş tutan qərəzli dinləmələr, Dövlət Departamentinin rəsmilərinin qeyri-adekvat açıqlamaları, 907-ci düzəlişlə bağlı ədalətsizliyin davam etməsi Azərbaycan vətəndaşları arasında ABŞ-a olan etimadın azalmasını şərtləndirir. Bunu keçirilən rəy sorğuları da təsdiqləyir.
Belə ki, "Yeni Azərbaycan" qəzeti 1000 nəfər respondent arasında sorğu keçirib. Sorğuda iştirak edən respondentlər fərqli sosial statuslu şəxslər arasından seçilib. Onların 83 faizi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindəki iştirakının səmimiliyinə şübhə etdiyini vurğulayıb. Fikir bildirənlərin mütləq əksəriyyəti Vaşinqtonun davranışlarının sülhə xidmət etmədiyini bildirib. Respondentlər rəsmi Vaşinqtonun erməni lobbisinin maraqlarını müdafiə etdiyi fikrindədirlər. ABŞ-ı sülhün və barışın düşməni adlandıranların 90 fazi isə düşünür ki, Ağ Ev hər zaman özünün korporativ maraqlarının təminini önə çəkir – onlar ABŞ administrasiyasının Cənubi Qafqaz siyasətini davamlı hesab etməyiblər və bildiriblər ki, Vaşinqton növbəti mərhələlər üçün özünə təsir imkanları axtarışındadır. Buna baxmayaraq, sorğu iştirakçılarının 78 faizi bu il sülhün imzalanması imkanlarını yüksək dəyərləndiriblər – onların tam yarısı bunun üçün ABŞ-ın və Fransanın regiona yönəlik ikili standarta əsaslanan siyasətdən əl çəkməsinin zərurətini səsləndiriblər.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

