Bizim Fransaya borcumuz yoxdur...
22.11.2023 [10:10]
Amma Fransanın bizə borcu var!
Vaxtilə Fransanın azadlığı uğrunda döyüşlərdə özünü sipər etmiş Əhmədiyyə Cəbrayılova minnətdarlıq borcu var
İmperialist Qərbin “adından” Cənubi Qafqaza demarşı Fransa “üstlənib”. Bu gün özünü həm siyasi proseslərin mərkəzinə “atan”, həm də “hərbi potensialını” İrəvana “daşıyan” Paris tarixdən dərs almağı bacarmayan az-az ölkələrdəndir. Fransanın peşəsi tarixən məzlum, gücsüz - qüvvətsiz, savadsız “cəmiyyətlərə”, daha doğrusu kütlələr üzərində “ağalıq etmək” olub. Bu, XVI - XIX əsrlərdə də belə idi, XX əsrdə də belə olmuşdu, XXI əsrdə də eyni istiqamətlə davam edir. Orta əsrlərdə Afrikada yaşayan yerli aborigenlərin hüquqlarını tapdayaraq onlara zülm edən, insanları kölə edib bazarlarda satan Fransa XIX əsrin ilk onilliyində “Şərqə doğru” planı ilə iflasa uğramışdı. Sonradan Birinci və İkinci Dünya müharibələrindəki inamsız iştirakı ilə ikinci palana “atılmışdı”...
Bunları xatırladarkən heç də Fransanı tənqid obyekti və ya təhdid hədəfi kimi “şişirtmək” fikrimiz yoxdur. Özünü demokratik adlandıran bu ölkənin son 30 illik tarixinə nəzər saldıqda onun müasir inkişaf xarakterini müəyyənləşdirmək mümkündür:
- Fransa XX əsrin “soyuq müharibəsi”ndə özünün zəif və müəyyənləşməmiş mövqeyi ilə “məşhur olub” - nə “ət”, nə də “balıq” olmağı bacarmayan Paris gününün xoş keçdiyi “yeri” özü üçün “müttəfiqlik hesab edirdi;
- Bu dövlət heç bir zaman arzuladığı Avropa liderliyinə yüksələ bilmədi - bilməyəcək də. Çünki ən xırda və cılız komponentləri belə (məsələn erməni lobbisinin maraqlarını) özünün dövlət maraqlarından üstün sayan Fransa “dövlətçiliyi” tarixi ənənəyə istinad etməkdən çəkinir. Adi fakt - son 30 illik tarixdə hətta Fransada dövlət başçısı postuna “namizədlərin” seçki kampaniyaları belə bu günün rakursunda diktator sayılan Qəddafi tərəfindən maliyyələşdirilib;
- Dövləti daxildən gücləndirməyin yolu heç də Avropa İttifaqı planlaşdırması ilə tənzimlənməli deyil - Fransa qonşularından ibrət götürməli idi. Zəif dövlət planlaşdırmasının ən bariz sübutları irqi ayrı-seçkiliyin, antisemitizmin günü-gündən artması, dini tolerantlığın tam şəkildə sivilizasiyaların qarşıdurması halına transformasiyası etməsi ilə üzə çıxır.
Bu siyahını artırmaq da olar - səbəb isə tarixdən dərs götürməmə “xəstəliyidir”. Fransa heç bir zaman səmimi dostluq qura bilmir və bilməyəcək də. Misal göstərmək üçün uzağa getmək gərəkməz - Ermənistan üzərindən öz maraqlarnı təmin edəcək planlar qurur. Azərbaycanı hədəfə alma “xatirinə” Cənubi Qafqaza “səlib yürüşü” təşkil edir. Bu dövlət tarixən hər kəsə borclu qalıb. Əlcəzairə, Ruandaya və adını sadalamadığımız onlarla ölkəyə soyqırımı “üzr borcu” var. Poleniziya, Kaledoniya və başqa ölkələrə istismarçı “üzrü” var.
İndi də Ermənistanı özünün “ağuşuna alaraq” onun qanını sorur - bu addımdan uğur gözləməyin özü yumşaq desək, xəstəlik əlamətidir -region Fransa üçün yaddır. Hətta burada “kirayəçi bacısı” olsa belə. “Bacısının” evini silahla doldurmağa qalanda ...
Bu silahlandırmanın hədəfi Azərbaycandır. Azərbaycana qarşı fransız “kin”inin arxasında isə hər hansı bir “borc” yoxdur. Azərbaycan heç vaxt heç kimə borclu qalmayıb. Fransanın neokolonialist “caynaqlarını” regiondan kəsən Azərbaycan nəinki düşməninə, dostuna belə borclu qalmayıb.
Amma Fransanın Azərbaycana borcu çoxdur. XX əsrin ən qanlı tarixi yazılarkən - İkinci Dünya müharibəsində Fransanın “azad ölkə” kimi yaşaması üçün Azərbaycan cəbhəni indiki dildə desək, yanacaq enerjisi ilə təmin etdi... Fransız xalqı unutmamalıdır ki, tarixin bütün dövrlərində “kef etməyib” - cəmisi 80 ilə yaxın keçmişdə fransızlar faşizmin əsarətində əzilərkən onun meşələrində əlində silah döyüşən məhz Azərbaycan oğlu idi - İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Əhmədiyyə Cəbrayılov bu ölkənin orden və medalları ilə, o cümlədən “Hərbi medal”lar ilə təltif olunub. Makronun sələfi Şarl De Qoll II Dünya müharibəsindən sonra SSRİ-yə səfəri zamanı ilk olaraq onu axtarmışdı. Bu gün Azərbaycana qarşı haqsızlıqlar edən Fransa özünün minnətdarlıq borcunu beləmi ödəyir? Makron Azərbaycan xalqının Fransanın azadlığı uğrunda döyüşdüyünü yaddan çıxarmaqla öz tarixinə qarşı naxələflik edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

