Sirlər açılır...
22.11.2023 [10:40]
UNESCO-da Ağdam həqiqətlərinə kor olmaq “həvəsi” necə yaranıbmış
UNESCO-nun ermənipərəst üzü axır ki, ifşa olundu. Qurumun Xankəndiyə “gəlmək” arzusu özünəməxsusluğu ilə seçilib - sən demə “missiya” birbaşa Xankəndiyə getmək “arzusunda”dır. Rəsmi Bakı quruma Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Lakin qarşı tərəf bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər. KİV-in əldə etdiyi xəbərə görə, UNESCO Azərbaycan tərəfinə işğaldan azad edilmiş ərazilərdə cəmi iki abidəyə baxış keçirəcəyini bildirib, bundan sonra isə dərhal Xankəndi şəhərinə gedəcəklərini vurğulayıblar. Azərbaycan isə bunun əleyhinə çıxış edib. Azərbaycan tərəfi UNESCO missiyasının bu şərtlər daxilində bölgəyə səfərini qeyri-səmimi və qeyri-şəffaf adlandırıb. Beləliklə, Azərbaycan UNESCO-nun şərtini qəbul etməyib.
Tərəfsiz tərəf...
Bu fakt reallığın tablosudur - özünü tərəfsiz, bəşəri dəyərlərin daşıyıcısı “elan etmiş” beynəlxalq təşkilatların bu kimi davranışları onlar haqqında əsl həqiqəti ortaya qoyur. 2020-ci ildən etibarən Azərbaycan bütün dünyaya ermənilərin işğal etdikləri torpaqlarımızda törətdikləri vandalizmi nümayiş etdirir - hətta Ağdam “Qafqazın Xirosiması” adını alıb. Bu şəhərə səfər edən xarici ölkə nümayəndələri, səfirlər və diplomatlar törədilən cinayətlərin izlərini öz gözləri ilə görürlər. Amma UNESCO Ağdama gəlməkdən imtina edir - çünki Ağdama gələcəyi təqdirdə dağıdılan abidələri, talan edilən qəbiristanlıqları, təhqir edilmiş məscidləri, minalanmış əraziləri görmüş olacaqlar. Bu faktları artıq məcburi şəkildə qeydə alacaqlar və Azərbaycan onlardan qeydə aldıqları faktlarla bağlı münasibət sərgiləməyi istəyəcək - UNESCO bundan boyun qaçırır. Həqiqəti gizlətmək, erməni vəhşiliklərinin ört-basdır edilməsi onların sanki “vəzifə borcudur”. Necə olur ki, tarixi Azərbaycan torpağında, Azərbaycan şəhərində - Xankəndidə erməni abidəsinin “vəziyyətini” öyrənmək UNESCO üçün bu qədər vacib şərtə çevrilir, amma Ağdama gələrək 30 il işğal altında saxlanılan bir şəhərə qarşı törədilən cinayətləri qeydə almaq mümkün olmur.
İkili standart...
Bu, artıq erməni təəssübkeşliyi deyil - bunun adı vəzifəsini, məsuliyyətini, birbaşa məramını və məqsədini “unutmaq”, arxa plana keçirmək və siyasi dəyənəyə çevrilməkdir. UNESCO bu addımı ilə özünü və təmsil etdiyi BMT-nin adına ləkə gətirir. Vətən müharibəsindən ötən 3 ildə tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərməyi ağlından belə keçirmədi - halbuki baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir.
UNESCO-nun Azərbaycanla bağlı davranışları, fikirləri ikili standarta söykənir. Ağdamdan “yan ötərək” Xankəndiyə getmək arzusu qurumun fərqli güclərin, dairələrin maraqlarına xidmət edərək əsl həqiqətlərin üzə çıxmasında, erməni vandalizminin dünyaya tanıdılmasında maraqlı olmadığına işıq tutur.
UNESCO Azərbaycana münasibətdə...
Ötən ilin noyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətini dayandırdı. Fəaliyyətə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoruna ünvanlanan məktubda indiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanırdı.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti, milli və bəşəri mədəni irs nümunələrinin qorunmasına, bərpasına verdiyi töhfələr əvəzsizdir. Mehriban xanım Əliyeva indiyədək tariximizdən gələn multikultural ənənələrinə sadiqlik nümayiş etdirərək nəinki yalnız Azərbaycanda, hətta ölkəmizin sərhədlərindən kənarda da çoxsaylı, həm İslam dininə, həm də digər dinlərə məxsus tarixi abidələrin bərpasında fəal iştirak edib, bu istiqamətdə təşəbbüsçü olub.
UNESCO isə göründüyü kimi özünün bəyan etdiyi dəyərlərin müdafiəsinə laqeyd münasibət sərgiləyir. Xatırladaq ki, ötən il UNESCO rəhbərinə ünvanlanan məktubda həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilmişdi. Azərbaycan hələ 44 günlük müharibədən əvvəlki mərhələdə işğal altına düşən ərazilərimizdəki mədəni-dini irs nümunələrinin ermənilər tərəfindən dağıdılması, özününküləşdirilməsi və yaxud təhqirlərə məruz qalması barədə UNESCO-nu mütəmadi qaydada məlumatlandırıb.
Ancaq bu məlumatlandırmalar tə?ssüfləndirici haldır ki, nəticəsiz qalıb. Ötən dövrdə isə UNESCO özünün davranışlarında daha çox “tərəf” olmaq yolunu seçib. Ağdam yolu ilə Xankəndiyə getməkdən boyun qaçıranların hansı yolun yolçusu olduğu daha aydın görünür...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

