YAP nümayəndə heyəti Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri ilə görüşüb
22.11.2023 [15:05]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-də Vyetnam Dostluq Assosiasiyaları İttifaqının nəzdində fəaliyyət göstərən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Vyetnam Dövlət Auditi sədrinin müavini Danq The Vin ilə görüşüb.
Görüşdə xalqlarımız arasında dostluq əlaqələrinin tarixi əhəmiyyətindən bəhs olunub və hazırda müxtəlif sahələri əhatə edən dövlətlərarası əməkdaşlığın önəmi vurğulanıb.
Qonaqları salamlayan Danq The Vin Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun öz fəaliyyətini Azərbaycan və Vyetnam xalqları arasındakı uzunmüddətli səmimi dostluq münasibətlərinə uyğun qurduğunu qeyd edib. Danq The Vin ötən əsrin ortalarında müharibələrdən əziyyət çəkən Vyetnamın bərpası istiqamətində mühüm işlər görüldüyünü, Azərbaycan xalqının vyetnamlılara dəstəyinin yüksək qiymətə layiq olduğunu bildirib.
Vurğulanıb ki, üzvlərinin əksəriyyətini Azərbaycanı yaxından tanıyan vyetnamlıların təşkil etdiyi Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası onların Azərbaycan xalqı ilə bağlarının qorunub saxlanılmasına və daha da möhkəmləndirilməsinə xidmət edən işlər görür. O, vaxtilə Azərbaycanda ali təhsil almış vyetnamlı gənclərin bir çoxunun Vyetnamın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, iki xalq arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiklərini söyləyib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan və Vyetnam xalqları arasında tarixi köklərə və dostluq prinsipinə əsaslanan səmimi münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Azərbaycana və 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfərlərinin xalqlarımız arasında münasibətlərin və ölkələrarası əməkdaşlıq əlaqələrinin qurulmasında müstəsna rol oynadığını deyib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin bərpasından sonra yaradılan diplomatik əlaqələr və iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafı üçün geniş imkanlar formalaşdırıb. Azərbaycan ilə Vyetnam arasında təhsil, turizm, biznes, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edən Tahir Budaqov Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının bu sahədə önəmli platformalardan olduğunu vurğulayıb.
Xalq diplomatiyasının Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı baxımından önəmli olduğunu söyləyən YAP Sədrinin müavini iki ölkənin gəncləri arasında sıx təmasların qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın regionlarının geniş iqtisadi potensiala malik olduğunu və uğurla inkişaf etdiyini vurğulayan Tahir Budaqov işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirərək "Vyetnamlı dostlarımızın bu prosesdə iştirakından məmnun olarıq" deyib.
Görüşdə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nqiem Vu Xay Azərbaycan və Vyetnam xalqları arasında dostluğun nümunəvi olduğunu diqqətə çatdıraraq birgə təşəbbüslərin bundan sonra da hər iki tərəfə fayda gətirəcəyini qeyd edib.
Görüşdən sonra YAP nümayəndə heyəti Vyetnam Hərb Tarixi Muzeyini ziyarət edib.
Xatırladaq ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli daxildir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

