/ / Mübariz Qurbanlı: Partiyamızın gəncləri sosial şəbəkələrin imkanlarından maksimum yararlanmaq isiqamətində ciddi işlər görməkdədir
Mübariz Qurbanlı: Partiyamızın gəncləri sosial şəbəkələrin imkanlarından maksimum yararlanmaq isiqamətində ciddi işlər görməkdədir
01.03.2012 [22:50]
M.Qurbanlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sosial şəbəkələrdə təşviq olunur və bu işin daha da genişləndirilməsi əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, YAP-ın sosial şəbəkələrdə fəaliyyət göstərən qrupları, eləcə də, gənclərimiz bu yöndə çox geniş fəaliyyət göstərirlər.
“Partiyamızın gəncləri “Böyük xalq dəstəyi” adlı internet şəbəkədə bloq açıblar. Bloqda Azərbaycan hakimiyyətinin bütövlükdə həyata keçirdiyi siyasət təşviq olunur. Həmçinin, digər sosial şəbəkələrdə gənclərimiz bir neçə istiqamətdə fəaliyyət göstərirlər. Təbii ki, bizim əsas hədəflərimizdən biri ermənilərin anti-Azərbaycan təbliğatına qarşı geniş və çoxşaxəli fəaliyyət göstərməkdir. Bəllidir ki, ermənilər müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə yalan məlumatlar yayırlar və bu yalan məlumatlar vasitəsilə ölkəmizin imicinə xələl gətirməyə cəhd göstərirlər. Ermənistanın lobbi qrupları və ayrı-ayrı ölkələrdəki nümayəndələri internet saytlarında Azərbaycanın mövcud vəziyyəti, daxili və xarici siyasəti ilə bağlı yanlış məlumatlar yaymaqdadırlar. Bütün bunlara qarşı hazırladığımız proqram əsasında ciddi işlər görülməkdədir. Gənclərimiz ermənilərin sosial şəbəkələrdə yaydığı yalanları ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycanı təbliğ və təşviq edən çoxsaylı məlumatları, video-çarxları xarici saytlara yerləşdirirlər. Digər tərəfdən, hakim partiya olaraq iqtidarın fəaliyyətini, azərbaycançılığı, iqtisadi inkişafımızı, ordumuzun gücünü, mədəniyyətimizi, turizm imkanlarımızı təşviq edirik. Həmçinin, bir istiqamətimiz də ölkə daxilində bəzi müxalifət partiyalarının Azərbaycan hakimiyyətinə qarşı yönələn yalanlarını ifşa etmək və onlarla sosial şəbəkələrdə faktların dili ilə danışaraq Azərbaycan haqqında həqiqətləri bir daha çatdırmaqdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Sosial şəbəkələrdə fəaliyyətin çox geniş olduğunu deyən M.Qurbanlının sözlərinə görə, partiyamızın gəncləri internetin imkanlarından maksimum yararlanmaq isiqamətində ciddi işlər görməkdədir. O qeyd edib ki, gənclərin hazırlığını daha da təkmilləşdirmək üçün keçirilən seminarda həm texniki, həm ideoloji-təbliğati, həm də piarla bağlı məsələlər onlara izah olunur.
“Bütövlükdə, seminarların gedişi göstərdi ki, YAP-ın gəncləri internet şəbəkələrdə işləməyə tam hazırdırlar və bu yöndə bir sıra nailiyyətlərə imza atıblar. Bu tədbirlər davamlı olacaq. Bu seminarlarda iştirak edənlər tədbirləri regionlarda davam etdirəcəklər. YAP İcra katibliyi və Gənclər Birliyi bu layihələri zonalarda da davam etdirmək niyyətindədir. Hesab edirəm ki, bu cür seminarlar müasir dövrün tələblərinə və çağırışlarına uyğundur və bunu hər zaman diqqət mərkəzində saxlayırıq”, - deyə M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

