Xankəndidə “Qarabağ Universiteti”...
29.11.2023 [10:31]
Prezident Sərəncam imzaladı
İşğaldan azad olunmuş ərazilərin ölkənin digər regionları ilə iqtisadi-mədəni əlaqələrinin bərpa olunması istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Prezident İlham Əliyev 28 noyabr 2023-cü il tarixində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılacaq. Bununla bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. O cümlədən universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək tapşırılıb.
Tarixi Azərbaycan şəhəri ...
Azərbaycanda şəhərsalma mədəniyyətinin tarixi çox qədimdir. Bu mənada 5 minillik tarixi olan Naxçıvan, 3 minillik tarixi olan Gəncə, 2 minillik tarixləri olan Bakı ilə müqayisədə təxminən 250 il bundan əvvəl əsası qoyulan Xankəndi nisbətən gənc şəhərdir. Xankəndi XVIII əsrin axırlarında mövcud olan müstəqil Azərbaycan dövlətinin - Qarabağ xanlığınının paytaxtı Şuşanın 10 kilometrliyində salınıb ki, bu da təsadüfi deyildi. Yeni yaşayış məntəqəsinin əsası istirahət məkanı kimi qoyulub. İlk vaxtlarda burada yalnız xan və onun ailə üzvlərinin yaşamasına və istirahət etməsinə imkan verilirdi. Yaşayış məntəqəsinin adı da elə bu səbəbə görə formalaşıb. Həmin ərazi Xanın kəndi (Xankəndi) kimi tanınıb. İllər ötdükcə istirahət mərkəzinin ərazisi genişlənib, bura sənətkarlar, tacirlər və digər peşə sahibləri köçüb yaşamağa başlayıblar. Əvvəllər Xankəndinin cəmi 15 əsas məhəlləsi olsa da, illər ötdükcə onların sayı 37-dək artıb.
Sonradan - 1923-cü ildə qondarma “Stepanakert” adı verilən Xankəndinin ermənilərə hər hansı bir aidiyyatı yoxdur. Bölgənin tarixi qaynaqlarında 1920-ci ilə qədər Xankəndi şəhərində yaşayan 1375 ailədən və təqribən 8 minə yaxın əhalidən bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. 1805-ci il mayın 14-dək Xankəndi şəhəri Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin mülkü hesab olunurdu. Yəni indiki Xankəndi şəhərinin yerləşdiyi ərazi hər hansı etnik qrupa, millətə deyil, bir azərbaycanlı xanıma aid mülk olub.
Burada tarixən formalaşan toponimlər də Xankəndinin xalqımızın mədəni-maddi irs nümunəsi olduğunu əyani şəkildə təsdiqləyir. Mənbələrdən məlum olur ki, burada Qara Hüseyn, Məcidli, Alış, Yaşıl, Siyafur, İmam Əli, Xarrat usta Qulu, Ərminavan, Əyridam, Çaykənarı, Səmirabad, Sarı, Biləndərli, Yurdyer, Böyük, Mirzələr, Kiçik adlı ümumi sayı 17 olan məscid xidmət göstərib. Şəhər yaxınlığındakı qəbiristanlıqlarda 17 türbə, Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri, eyni zamanda, Seyid Məhəmməd, Kərki, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı, Böyük Pir ziyarətgahı kimi ibadət və inanc yerləri olub. Eləcə də məhəllə adları siyahısında erməni toponimlərinə rast gəlinmir. Onlardan bəzilərini xatırlatmaq yerinə düşər: Mərkəzşəhər, Seyid Məhəmməd, Mahallı, Məcidli, Saatlı, Yazarlarar, Tarzənlər, Ağa, Xanbağı, Böyükbazar, Tacirlər, Yuxarı, Dağ, Aşağı, Baiqar və Üçyol Qurdları və s. tarixi məhəllələr kimi tanınıb. Sonradan yaranan yaşayış məhəlləri də sırf xalqımıza xas olan adları daşıyıblar.
Ermənilərin Xankəndiyə olan əsassız iddialarını alt-üst edən digər bir məqam da var. Azərbaycanın digər bölgələrində də “Xankəndi” toponimi geniş yayılıb. Belə ki, ölkəmizin 19 rayon ərazisində Xan adı ilə başlayan 26 yaşayış məntəqəsini sadalamaq mümkündür. (Xanabaq, Xanbulaq, Xankeçən, Xanagah və s.) Elə Xankəndinin yerləşdiyi Əskəran rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 kənd - Xanadrax və Xansk daxildir. Bu kimi tarixi reallıqları nəzərə alan Azərbaycan SSR Ali Soveti 1991-ci ildə şəhərin “Xankəndi” adının bərpa edilməsi ilə bağlı qərar verib.
Xankəndidə dalğalanan Azərbaycan bayrağı
Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.
Tarixin ironiyasına bir baxın. Ermənistan tarixi şəhərimizi 30 il ərzində sözün əsl mənasında separatizm mərkəzinə çevirmişdi. Burada qanunsuz “prezident”, “parlament” seçkiləri keçirilir, hansısa vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Xankəndidə yuva salan separatçılar o qədər azğınlaşmışdılar ki, onlar Bakıya tanklarla gələcəklərini bildirirdilər. Bəli, onlar Bakıya gəldilər. Ancaq cinayət məsuliyyətinə alınmaq üçün. İndi Bakıda zamanında Ermənistan ordusuna məxsus olan tanklar da var. Ancaq onlar qənimət götürülərək Azərbaycan paytaxtına gətiriliblər.
Qarabağ regionunda ali təhsil ənənəsi
Sərəncamda da bildirildiyi kimi, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Xankəndi Pedaqoji İnstitutunda Azərbaycan, erməni və rus məktəbləri üçün müəllim kadrları hazırlığı həyata keçirilirdi. 1973-1988-ci illərdə burada 3 minə yaxın müəllim hazırlanıb. 1974-1988-ci illərdə professor Nəcəf Quliyev institutun prorektoru vəzifəsində çalışıb. 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunda 10 kafedrada 102 nəfər müəllim çalışırdı ki, onlardan da 4 nəfəri elmlər doktoru, professor, 36 nəfəri elmlər namizədi, dosent idi. Aspirantura hazırlığı keçən 17 nəfər gənc tədqiqatçı dissertasiya müdafiəsi ərəfəsində idi. Sonrakı proseslər, Xankəndinin erməni separatçılarının yuvasına çevrilməsi nəticəsində pedaqoji istitutun tarixi ənənələri də yarımçıq qalıb.
Bəhs olunan Sərəncamla Qarabağımızın təhsil ənənələrinin bərpası istiqamətində mühüm addım atılıb. “Qarabağ Universiteti”nin yaradılması çox doğru olaraq həm də işğaldan azad edilmiş ərazilərin bərpasının mühüm istiqamətlərindən biri anlamında qəbul olunur. Sənəddə vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Həmçinin əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Qeyd olunan reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. “Qarabağ Universiteti”nin bu çağırışları yüksək səviyyədə qarşılayacağına böyük əminlik var.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14

