Bəşəriyyət kolonializmə “yox” deyir
07.12.2023 [10:00]
Prezident İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciəti BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırır, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparır. Cari ilin noyabr ayında Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın keşirilməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb. Diqqətə çatdırılan bu və digər məsələlərin bəşəriyyət üçün aktuallığı nəzərə alınaraq dövlətimizin başçısının konfrans iştirakçılarına müraciəti BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Kolonializmə qarşı qadın hərəkatının genişlənməsi
Bakının ev sahibliyi etdiyi konfrans Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında irəli sürdüyü təşəbbüsləri əsasında təşkil edilib. Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh, təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bakı konfransında qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir. XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir. Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıya toplaşaraq, kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.
Ölkəmizdə qadınların dövlət idarəçiliyində və cəmiyyət həyatında iştirakçılığı yüksək səviyyədədir. Azərbaycan cəmiyyətinin qadına yüksək münasibəti 1918-ci ildə qurulan ilk Respublikanın idarəçiliyində özünü büruzə verdi. Belə ki, cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçmək və seçilmək, təhsil və digər hüquqlarını tanıdı. Bu, bütün Şərq aləmində bir ilkə imza atılması demək idi. Dövlətimizin başçısının müraciətində qeyd edildiyi kimi, Azərbaycanda tarixən qadına göstərilən hörmət, qadın adının uca tutulması xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini veriblər. Aparılan uğurlu qadın siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə zərif cinsin təmsilçilərinin ictimai fəallığı yüksək səviyyəyə çatıb. Statistik məlumatlara əsasən hazırda ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Respublikamızın ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Müstəmləkəçilik tarixinin qanlı cinayətlərinin çoxu Fransa tərəfindən törədilib
Yeri gəldi-gəlmədi özünün demokratik ənənələri ilə öyünən Fransanın adı müstəmləkəşilik, yeni kolonializm ifadəlıəri ilə paralel çəkilir ki, bu da təsadüfi deyil. Azərbaycan Prezidentinin bildirdiyi kimi, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olub.
Zaman ötdükcə Fransa ən ağır şərtlər əsasında davam etdirdiyi müstəmləkəçilik siyasətinin formasını dəyişmək məcburiyyətində qalıb. Məzmun isə dəyişmir. Belə ki, Fransanın yeni kolonializm siyasəti yenə də əsarət altında saxlanan xalqların istismarına, ölkələrin sərvətlərinin talanmasına əsaslanır. Bu cəhət dövlətimizin başçısının müraciətində xüsusi vurğulanıb. Bildirilir ki, əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə mane olur. Fransa kolonializmi barədə dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur.
Fransanın kolonializm siyasətinin ifşa olunmasında Azərbaycanın fəal rolu
Müstəmləkəçilik siyasətinin bütün təzahürlərinə qarşı çıxan Azərbaycan Fransanın kolonializm siyasətinin ifşa olunmasında fəal rol oynayır. Dövlətimizin başçısı müxtəlif auditoriyaların tribunalarından Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalayıb. Prezident İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılan müraciətində ölkəmizin qətiyyətli mövqeyii bir daha nəzərə çatdırıb. Qeyd edilib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. “Sizin 2023-cü ilin 6 iyul və 20 oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, həmçinin cari ilin 22 sentyabrında Nyu-Yorkda BMT BA-nın qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir”, - deyə müraciətdə vurğulanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

