Radikal müxalifət rəhbərlərinin xəyanəti növbəti dəfə öz düşərgədaşları tərəfindən ifşa edildi
31.03.2012 [00:04]
Azərbaycanın siyasi palitrasında yoxluqlarını hamıdan qabaq özləri görən, amma bunu həzm edə bilməyən radikal müxalifət gündəmdə qalmaq üçün bütün yollara baş vurur. 19 ildir ki, nə bir layihəsi, nə proqramı, nə də konsepsiyası mövcud olan bu partiyalar yarandıqları gündən bu yana yalnız iddialar və ittihamlar səsləndirməklə məşğuldurlar. özlərindən və ən yaxşı halda bir neçə qohum-əqrəbalarından ibarət olan bu “partiyalar”ın siyasi “çəkiləri” də özlərinə mütənasibdir. Yəni, şəxsi mənafeyə söykənən iddialarını “konsepsiya” kimi anlayan və cəmiyyətə yersiz, mənasız mesajlar ünvanlayan radikal düşərgə rəhbərləri dərk edirlər ki, xalq birmənalı şəkildə onları qəbul etmir. ölkədə keçirilən seçkilərdə əldə etdikləri “səs faizləri” də onların arxasındakı “elektoratın gücünü” nümayiş etdirir. Təbii ki, xalqımız həm də 1991-93-cü illəri unutmayıb. O zamandan yalnız qəzet səhifələrində “siyasi qüvvə” olduqlarını iddia edən bu partiyalar gülməli “layihələr” vasitəsilə “fəaliyyətlərini” qurmaq, kağız üzərində müxalifətçilik etməklə məşğuldur.
öz siyasi kimliklərini xəyanət, milli maraqları satmaq üzərində quran radikal müxalifət partiyalarının rəhbərlərinin kimlikləri öz düşərgədaşlarına da bəllidir. Bu insanların qaranlıq keçmişləri, siyasi fəaliyyətlərinin yalnız xəyanətə köklənməsi onların siyasi səhnədən belə demək mümkündürsə, “üzüsulu” getmələrini şərtləndirir. Təsadüfi deyil ki, radikal düşərgənin təmsilçilərindən olan Müsavat Partiyasının funksioneri Hikmət Hacızadə də xalqın radikal düşərgə təmsilçilərinə inanmadığını bildirib. O qeyd edib ki: “Tarixi təmiz insanlar ortalığa çıxmalıdır. Mənəviyyatı büllur kimi təmiz ictimai-siyasi xadimlər ortalığa gəlməlidir. Ya da köhnələr, uzun illərdir prosesdə iştirak edən şəxslər saflaşıb, büllurlaşmalıdır”.
Bu, nə deməkdir? Bu fikirlər həmin “köhnə siyasi xadimlərin” başdan-başa çirkab içində olmasını, bütün addımlarının xəyanətlə müşayiət edilməsini deməyə əsas vermirmi? Əgər öz silahdaşları belə Əli Kərimli, İsa Qəmbər və digər müxalifət partiyalarının rəhbərliyini bu cür ittihamlarla qarşı-qarşıya qoyurlarsa, həmin insanlar hansı haqla demokratiyadan danışır, şəffaflıqdan dəm vururlar?
Qeyd etmək lazımdır ki, bu insanlar haqqında mütəmadi olaraq Azərbaycan cəmiyyəti tərəfindən fikirlər səsləndirilir, onların əməlləri ilə bağlı faktlar ifşa olunur. Məsələn, bir müddət öncə mətbuata açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd etmişdi ki, həmin insanlar 20 ildən artıqdır ki, eyni funksiyanı yerinə yetirirlər: “Əvvəl Sovet DTK-sının təsir dairəsində idilər. Vaxtı ilə bunları keçmiş Dzerjınski adına kluba yığaraq onlara milli azadlıq hərəkatında necə hərəkət etməli, nələri danışmalı olduqları barədə məlumat verərdilər. Yəni, bunlar keçmiş Sovet DTK agenturasında olan insanlardı və tədricən zaman keçdikcə ağalarını və istiqamətlərini dəyişdilər. Birinin “komandası” cənubdan, digərininki şimaldan, birininki Avropadan, o birininki okeanın o tayından gəlir. Yəni, bu adamların Azərbaycan xalqı ilə, milli dövlətçilik maraqlarımız ilə heç bir əlaqəsi yoxdur. Onların hamısı şəxsi maraqlardan irəli gələn addımlar atırlar”.
Bu gün həmin faktların artıq düşərgə daxilindən təsdiqlənməsi İsa Qəmbər və Əli Kərimli kimi şəxslərin bitməsindən xəbər verir. İkinci bir tərəfdən, özünü lider sayan həmin şəxslərin xəyanət qarşılığında əldə olunan vəsaiti mənimsəməsi düşərgə daxilində yeni qarşıdurmaların yaranmasına, funksionerlərin həqiqəti mediaya çıxarmasına yol açır. Millət vəkili Siyavuş Novruzov da öz müsahibəsində bildirmişdi ki, bunlar çalışırlar ki, 1-2 mitinq keçirsinlər, ağalarından pul qopartsınlar ki, özlərinin birillik maddi gəlirlərini təmin etsinlər: “Bu vəsaitlər hardan gəlir, bunları hamımız bilirik. Təsəvvür edin, bunlar, hətta öz yoldaşlarına da kələk gəlirlər. Dəfələrlə bu barədə müzakirələr olub. Ayrı-ayrı siyasi partiyalarda rəhbər strukturlardan istefa verənlər səbəbsiz yerə bu addımı atmayıblar. Onlar tələb edirdilər ki, belə bir məsələ var, gəlin, çıxarın ortaya. Düzdür, çox geniş müzakirə də aça bilmirdirlər. çünki özləri də çox pis vəziyyətdə qalırdılar. Amma ortada bu faktlar var”.
Göründüyü kimi, adını “demokrat” qoyan, amma demokratik prinsiplərdən birmənalı şəkildə uzaqda olan, yalnız şəxsi korporativ maraqlara söykənən və qeyri-ciddi açıqlamalar verməklə məşğul olan İ.Qəmbər, Ə.Kərimli yalnız bir amala köklənib: onlar pul qarşılığında ölkədəki siyasi sabitliyin pozulmasını istəyən, iqtisadi inkişafın qarşısının alınmasında maraqlı olan, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən beynəlxalq təzyiq qruplarının maraqlarını müdafiə etməklə məşğuldurlar. Azərbaycanın əldə etdiyi uğurlu inkişaf trayektoriyası, bütün dünya tərəfindən təqdir olunan iqtisadi-siyasi sabitliyə malik olması bir sıra maraqlı xarici gücləri narahat edir və bu narahatlıqlar da elə ara-sıra İsa Qəmbər və Əli Kərimlinin “sallandıqları” İP-də ora-bura can atmalarında təzahür edir...
Əslində, radikal müxalifət dəqiq bilir ki, Azərbaycan xalqı heç bir zaman onlara etimad göstərməyəcək. Məhz, bu amil radikal müxalifətin Azərbaycan xalqına və dövlətinə qarşı düşmən mövqe seçməsində böyük rol oynayır. Onlar məhz öz ağalarının əli ilə ölkədə sabitliyi pozmağa çalışırlar. Xalqın onlara dəstək verməməsi və onlarda xalqa qarşı yaranan kin radikal müxalifətin hətta ermənipərəst qüvvələrlə belə işbirliyinə getməsinə yol açır. Onların məqsədi beynəlxalq səviyyədə ölkənin müsbət imicinə xələl gətirməkdir. Adını “siyasi təşkilat” qoyan, əslində isə, fəaliyyətlərini yalnız pul qarşılığında “hər baltaya sap olmaq”la məhdudlaşdıran radikal müxalifət bununla öz kimliyini, cılızlığını ortaya qoyur. Təbii ki, heç bir ülvi dəyərə malik olmayan, yalnız maddiyyatı özləri üçün prioritet seçmiş bir sıra insanlar üçün ölkə, xalq, dövlət marağı şəxsi maraqların arxasında dayanır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50

