Peşəkarlıq nümunəsi!
22.12.2023 [13:51]
Hüquq-mühafizə orqanlarının daha bir uğurlu əməliyyatı...
Fransanın hücrələri deşifrə edildi
Parisin regiona yönəlik pozucu planları növbəti dəfə iflasa uğradı
Azərbaycanın son 3 ildə regionda formalaşdırdığı siyasi reallıqlar mühüm nəticələrə yol açmaqdadır. Şərq-Qərb tranzit xəttinin üzərindəki ən mühüm geocoğrafi strateji məkanlardan sayılan Cənubi Qafqazda separatizmə son verilməsi, beynəlfxalq hüququn və ədalətin bərpası mühüm perspektivlərə yol açır – ən əsası isə, bölgənin siyasi-iqtisadi cəlbediciliyini artırır. Yeni iqtisadi nizamda əhəmiyyətli yerə malik olan Mərkəzi Asiya - Cənubi Qafqaz – Kiçik Asiya regionu həm coğrafi, həm də iqtisadi anlamda vahid orqanzm kimi çıxış etmək imkanı əldə edib. Təbii ki, bunun da əsasında Azərbaycanın yürütdüyü uğurlu, praqmatik və yüksək iqtisadi dividendlərə hədəflənmiş siyasəti dayanır.
Əlbəttə ki, bu reallıqlar dostları sevindirdiyi qədər düşmənlərimizi narahat etməkdədir. Bu mənada, Azərbaycanın bölgədə formalaşdırdığı təhlükəsizlik mühitinə zərbə vurmaq üçün bir sıra dairlər, ölkələr canfəşanlığı ilə seçilir – məsələn, Fransanın timsalında bəzən Ermənistanı silahlandırmaqla, bəzən sülhə mane olmaq üçün müxtəlif variantlara əl atmaqla, bəzən isə açıq pozuluq fəaliyyətinə cəhd göstərməklə bu işi həyata keçirməyə çalışanlar tapılır. Amma Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik orqanlarının uğurlu fəaliyyəti və peşəkarlığı bu kimi çirkin oyunların ifşa olunmasına, fiaskoya uğramasına yol açır.
Hədəf - təsir dairəsini genişləndirmək…
Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. KİV-lərin bununla bağlı məlumtında bildirilir ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.
Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.
Fransa hakimiyyəti "mat" qaldı…
Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Mənbə hesab edir ki, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaqdır. Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Bununla yanaşı, yayılan xəbərlərdə o da bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanılıb. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
Peşəkar əks-tədbirlər pozucu arzuları iflasa uğratdı…
Qeyd etdiyimiz kimi, Azərbaycanın bölgədə formalaşdırdığı yeni siyasi reallıqlar bəzi maraqlı güclərin çirkin pozuculuq işlərinə əl atmasını "şərtləndirib" – zaman-zaman bu kimi analogiyaların şahidi oluruq və sevindirici haldır ki, Azəbaycanın təhlükəsizlik orqanlarının peşikar fəaliyyəti bu kimi məsələlərin vaxtında ifşa edilməsini, ölkəmizə qarşı planlaşdırılmış xəbis maraqların üzə çıxmasını təmin edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına və tələblərinə uyğun olaraq təhlükəsizlik orqanlarının inkişafı istiqamətində görülən tədbirlər öz bəhrəsini verir - Azərbaycanın formalaşmış təhlükəsizlik strategiyası ona öz maraqlarını qorumağa qadir dövlət imici qazandırıb. Müvafiq dövlət strukturlarının birgə fəaliyyəti və önəmli ictimai dəstək nəticəsində respublikamızda sabitlik mövcuddur. Bu baxımdan və həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir. Bütövlükdə kəşfiyyat-pozuculuq, terror-təxribat və digər cinayətkar cəhdlərin qarşısının uğurla alınması, beynəlxalq terrorçuluqla mübarizənin diqqət mərkəzində saxlanılması təqdirəlayiq haldır.
Bəli, göründüyü kimi, regionda siyasi sabitliyin yaranmasına, ölkəmizin uğurlarına və Qarabağ zəfərinə qarşı olan qüvvələrin yeni fiaskoysu yaşanmaqdadır. Bütün gücü ilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirməyə çalışan Fransa anlamalıdır ki, onun apardığı qeyri-adekvat siyasi xətt artıq "himayədarlıq görüntüsü yaratmağa çalışdığı", əslində isə öz maraqlarının əsirinə, köləsinə çevirdiyi Ermənistan cəmiyyəti tərəfindən də rədd edilir. Fransa bu mənada bölgəyə təsir imkanlarını itirib – sülhün imzalanması və Azərbaycanın bölgədə formalaşdıracağı yeni əməkdaşlıq mühiti Fransa kimi destruktiv gücləri regiondan uzaqlaşdıracaq.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

