Sülh sazişi problemləri 100 faiz həll edəcəkmi?
26.12.2023 [10:50]
Sənəd normal qonşuluq münasibətlərinin əsasını qoyacaq
Nardar BAYRAMLI
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir.
Xarici işlər naziri Ceyhun Bayramov da KİV-ə müsahibəsində bildirib ki, sülh müqaviləsi və proses ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycan dövləti olub: “Ona görə biz sülhü real görürük”. Bu prosesin bir tərəfin istəyindən və arzusundan asılı olmadığını bildirən nazir deyib ki, burada hər iki tərəfə uyğun müvafiq addımların atılması önəmlidir. “Düşünürəm ki, 2024-cü ildə Ermənistan tərəfi ilə fiziki görüşlər keçiriləcək. 2023-cü ildə bir neçə dəfə belə görüşlər olmuşdu. Sonradan görüşlər sırasında fasilə baş verdi. Biz bu məsələyə çox real, nikbin baxırıq”,- deyən nazir əlavə edib ki, ki, bu sülh müqaviləsinə hər şeyin 100 faiz həlli demək olmaz. Bu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını yarada bilər. “Sülh müqaviləsi normal qonşuluq münasibətlərinin əsasının qoyulması, ölkələr arasındakı prinsipləri müəyyənləşdirən bir saziş ola bilər. Azərbaycan dövləti olaraq bizdən asılı olan bütün addımları atacağıq”, - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, son zamanlar, xüsusilə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etməsindən sonra Ermənistanın siyasi rəhbərliyi tərəfindən səsləndirilən mesajları diqqətlə izlənilir: “Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”.
Artıq Ermənistan XİN də Azərbaycan tərəfindən sülh sazişi ilə bağlı növbəti təkliflər paketi aldıqlarını təsdiqləyib. Məlumdur ki, sülh sazişi üzrə iki ölkənin xarici işlər nazirləri arasında altı görüş keçirilib. Bu görüşlərin biri Cenevrədə, ikisi Moskvada, üçü isə Vaşinqtonda baş tutub. Bundan başqa, tərəflər sülh sazişinin layihə üzrə işləri onlayn formada da həyata keçirirlər.
Bütövlükdə, əgər rəsmi İrəvan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, təxribatlardan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etməməli və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Ən doğru yol isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

