44 ölkə ilə 161 sənəd imzalanıb
30.12.2023 [10:50]
XİN rəhbəri 2023-cü ilin mühüm hadisələrini açıqlayıb
2023-cü il Azərbaycanın xarici siyasətində bir sıra uğurlarla yadda qalıb. Bu barədə dekabrın 28-də Xarici İşlər Nazirliyində (XİN) ötən ilin yekunlarına dair mətbuat konfransında bildirilib. Tədbirdə 2023-cü il ərzində xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, ölkəmizin iqtisadi, humanitar diplomatiya və beynəlxalq yardım fəaliyyətləri, postmünaqişə dövründə göstərilən diplomatik səylər, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər, xarici siyasətin informasiya təminatı ilə bağlı təşkil olunan tədbirlər, analitik iş və kadr məsələləri ilə bağlı geniş məlumat verilib.
İl ərzində qonşu dövlətlər, o cümlədən Asiya, Avropa, Amerika və Afrika ölkələri ilə təmasların intensivləşdiyi, bu istiqamətdə 44 ölkə ilə müxtəlif sahələr üzrə 161 sənədin imzalandığı, 25 dövlət ilə siyasi məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılıb. 2023-cü il ərzində ölkəmizin Qoşulmama Hərəkatı, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA), İqtisadi Əməkdaşlıq Təşkilatına uğurla sədrlik etdiyi, habelə digər regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirdiyi bildirilib. Növbəti il üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransına (COP-29) ev sahibliyi üçün Azərbaycanın namizədliyinin təsdiq olunduğu xüsusi qeyd edilib.
Tehrandakı səfirliyimiz işini nə vaxt bərpa edəcək?
Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə yadda qalıb. Azərbaycanın qətiyyətli və prinsipial yanaşması bəzi dairələrin qərəzli mövqeyinin öhdəsindən gəlməyə imkan verib. Onun sözlərinə görə, qonşu dövlətlərlə münasibətlər xarici siyasətimizdə xüsusi, prinsipial yerə malikdir. İl ərzində qardaş Türkiyə, həmçinin Rusiya və Gürcüstanla ali səviyyədə baş tutan görüşlər və əldə olunmuş razılaşmaların praktik səviyyədə icrası ikitərəfli əməkdaşlığın inkişafını təmin edib. Nazir deyib ki, cari ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu münasibətlərdə ciddi gərginliyə səbəb olub, səfirliyin heyəti təxliyə edilib: “Buna baxmayaraq, münasibətlərin perspektivləri barədə müzakirələr davam etdirilib, yüksək səviyyəli təmaslar baş tutub. Azərbaycanın İrandakı səfirliyinin bağlanmasının konkret səbəbləri var. Bu, səfirliyimizə olan hücumla bağlı idi. Təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələrimizə əsasən, insanların həyat və təhlükəsizliyi üçün ciddi risk var idi. Ona görə də səfirlik məlum terror hadisəsindən sonra tam şəkildə təxliyə edilib”. Onun sözlərinə görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil: “Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, məlum cinayəti törətmiş şəxs ən sərt formada cəzalandırılmalıdır. Eyni zamanda, Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyinə tam zəmanət verilməlidir. İranın hüquq-mühafizə orqanları müəyyən işləri yekunlaşdırıb. İran tərəfindən bizə məhkəmə prosesinin başlanması ilə bağlı tarixlər də verilib. Gözləntilərimiz həmin məhkəmə prosesinin keçirilməsi və onun nəticələri ilə bağlı olacaq. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq”.
Bu il BƏM tərəfindən Ermənistanın iddialarının rədd edilməsi baxımından əhəmiyyətli oldu
Ceyhun Bayramov 2023-cü ildə də Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində işlərin davam etdirildiyini deyib. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral, 6 iyul və 17 noyabr tarixli qərarları Ermənistanın iddialarının rədd edilməsi baxımından əhəmiyyətli oldu. O bildirib ki, Ermənistanın davamlı şəkildə öz öhdəliklərinə əməl etməməsi, danışıqları imitasiya edərək Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğunu davam etdirməsi cəhdləri danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunmasına imkan verməyib. “Sülh prosesi barədə danışarkən, mühit çox önəmlidir. Ona görə də hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı mənada təsir edə bilər”,-deyən nazirin fikrincə, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri kimi hesab edilə bilər. Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir.
Delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacaq
“2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Bizi məmnun edən məqam ondan ibarətdir ki, bütün bunlar birbaşa təmas nəticəsində əldə edilib. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüquq əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”, - deyə C.Bayramov əlavə edib. Nazir hələ də Ermənistanın işğalı altında 8 kəndlə bağlı fikrilərini ifadə edib: “Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur. Ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz”. Delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacağını söyləyən nazir deyib: “Amma o kəndlərin də spesifikaları var. Onlardan 4-ü anklav kəndlərdir, 4-ü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir”.
Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı ilk layihənin ölkəmiz tərəfindən irəli sürüldüyünü xatırladan C.Bayramovun fikrincə, məsələnin tarixi və olduqca çox istiqamət var: “Biz hər detalı razılaşdırmağa çalışsaq, bu, çox uzun proses olar. İstəyirik ki, bunun əvəzinə, ciddi fikir ayrılığı yaratmayan, hər iki tərəfin beynəlxalq universal və qarşılıqlılıq prinsipləri əsasında münasibətlərin bazasını formalaşdıran sənəd ortaya qoyulsun, imzalansın”. Nazir əlavə edib ki, sülh müqaviləsinə gedən yol açıqdır, bunu əldə etmək çox real görünür.
C.Bayramov, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasındakı münasibətləri tənzimləyən çoxsaylı sənədlər var. Xüsusi vurğulamalıyıq ki, sənədlər sırasında 4-ü dövlətlərarası münasibətləri formalaşdırır. “2022-ci ildə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra imzalanan məlum bəyanatlarda da göstərilir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyır. Bu yanaşma bütün təmaslar zamanı Rusiyadan olan həmkarlar tərəfindən təsdiqlənib”, - deyə nazir bildirib. C. Bayramov sülh prosesini və müqaviləsini Azərbaycanla Ermənistan arasında olan ikitərəfli proses adlandıraraq deyib: “Burada hansısa dövlət müsbət töhfəsini vermək istəyirsə, - əgər o neytraldırsa, -gündəliyi pozitivdirsə, - biz onu qəbul etmişik. Son illərdə belə təşəbbüslər Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən də olub”.
ABŞ-la münasibətlərin inkişafında maraqlıyıq
O həmçinin qeyd edib ki, ABŞ ilə ölkəmiz arasındakı əlaqələrlə bağlı Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə ifadə olunub. İndiki mərhələdə “gərgin” sözünün əvəzinə daha yumşaq terminologiyadan istifadə edə bilərik. Bəli, oktyabr ayında bu, gərgin kimi ifadə oluna bilərdi. Amma gərginliyin yaranmasının səbəbi göz qabağındadır, bunun da təşəbbüskarı Azərbaycan olmayıb, Dövlət katibinin köməkçisinin Konqresdə çıxışından sonra olub. Orada Azərbaycana qarşı qərəzli ifadələr istifadə edilib. Azərbaycan tərəfi tamamilə adekvat olaraq məsələni cavablandırıb. “Biz bundan sonra bir sıra müsbət inkişafın şahidi olduq. Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü əsasında Azərbaycan Prezidenti ilə telefon danışığı, Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub”, - deyə nazir qeyd edib.
Azərbaycanın ABŞ-la münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyən Ceyhun Bayramov bildirib: “Biz hesab edirik ki, ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub. İstər enerji təhlükəsizliyi, nəqliyyat məsələləri ilə bağlı, istərsə də qlobal cinayətkarlığa, terrorizmə qarşı mübarizədə və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirmişik. Münasibətlərin inkişafında maraqlıyıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

